Turizm sektorunun sürətlə inkişaf etdirilməsi istiqamətində ölkəmizdə mühüm layihələr həyata keçirilir

 

Turizm hər bir ölkənin sosial-iqtisadi inkişafında beynəlxalq iqtisadi əlaqələrin  genişləndirilməsində mühüm rol oynayır. Hazırda dünyada ümumi milli məhsulun 10 faizi bu sahənin payına düşür, dünya ixracatının 8 faizi ticarət xidmətinin 30-35 faizi beynəlxalq turizmin hesabına əldə edilir. Son illər Azərbaycanda da turizmin inkişafı istiqamətində ciddi addımlar atılır. Ötən il ölkəmizə gələn xarici turistlərin sayı  rekord həddə – 2,7 milyon nəfər olmuşdur. Bu, 2016-cı illə müqayisədə 20 faiz artım deməkdir. Mütəxəssislərin fikrincə, ölkəmizin mövcud turizm potensialı hərəkətə gətirilsə, uğurlarımız daha böyük ola bilər. Azərbaycanda turizmi inkişaf etdirmək üçün hansı zəruri tədbirlər görülməlidir? Dünya təsərrüfat sisteminin bu gəlirli sahəsini tam gücü ilə işlətməyin daha səmərəli yolları hansılardır? Bu suallarla AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Aqil Əsədova müraciət etdik. O dedi:

Əvvəlcə onu deyim ki, Azərbaycana ilk səyahətlər ticarət, dini, siyasi öyrənmə məqsədləri ilə olmuşdur. Bu qədim diyarın ərazisindən keçən ticarət karvanları  ilk işgüzar səfərlər idi. Hələ eramızdan əvvəl Plinin, Plutarx, Heradot, Ptolomey kimi məşhur səyyah alimlər Azərbaycana səyahət etmişlər.

Hələ qədim dövrlərdə Böyük İpək Yolu üzərində Azərbaycanın bəzi şəhərləri mühüm məntəqə kimi tanınırdı. Antik müəlliflərin məlumatlarına görə Böyük İpək Yolunun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyası ərazisindən keçirdi. Bu yol elmi dairələrdəStrabon yolukimi məşhur idi. Belə ki, bu yol haqqında ilk ətraflı məlumatı filosof tarixçi Strabon vermişdir.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra iqtisadiyyatın digər sahələri kimi, turizmin inkişafı istiqamətində ciddi addımlar atıldı. Ölkə Prezidentinin 2010-cu il 6 aprel tarixli sərəncamı iləAzərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramıtəsdiq edildi. Eyni zamanda, bu vacib sahənin daha sürətli inkişafının təmin edilməsi turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin, eləcə xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  2011-ci il ölkədəTurizm ilielan olundu.

Ümumdünya Turizm Təşkilatının UNESCO ilə əməkdaşlığı sayəsində bərpa edilənBöyük İpək Yoluturist transkontinental marşrutuna Azərbaycan da daxil edildi. Son illər ərzində təbliğat işlərinin gücləndirilməsi, ölkəmizin turizm potensialının daha geniş təbliği məqsədilə xarici ölkələrdə təmsilçi ofislərin fəaliyyətə başlaması, eləcə bir sıra xarici ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanının yaradılması ölkəmizə gələn xarici turistlərin sayının artmasına öz təsirini göstərdi.

Hazırda “ASAN xidmətdünyada bir Azərbaycan brendi kimi bəyənilir qəbul olunur. Belə bir vaxtda ölkəmizdə  ASAN viza”ların  verilməsi barədə qərar qəbul edildi. Heç şübhəsiz, ölkə başçısınınAzərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqındafərmanı ölkəmizə xarici turistlərin axınını daha da stimullaşdıracaq bu sahədən əldə edilən gəlirlərin artmasına şərait yaradacaqdır.

2017-ci ildə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “İndi Azərbaycana səfər etmək istəyən hər bir şəxs evini ya yerini tərk etmədən ölkəyə səfər etmək üçün 3 gün ərzində elektron vizanı əldə edə bilər. Bütün bu məsələlər bir-biri ilə bağlıdır əvvəl qeyd etdiyim kimi, İpək Yolu təkcə şirkətləri, ölkələri yox, həm insanları birləşdirəcək”.

Artıq real nəticələr göz qabağndadır. Azərbaycana gələn xarici turistlərin sayı  ilbəil artmaqdadır. Həm   önəmli məsələlərdən biri ondan ibarətdir ki, turistlər vəsaitlərin 70 faizini kart vasitəsilə xərcləyirlər. Bütün bunlar ölkədə turizmin inkişafı, infrastruktur təminatının təkmilləşdirilməsi, qeyri-nəğd ödənişlərin stimullaşdırılması baxımından əldə olunan uğurlu nəticələrdir. Turizm ixracın bir növüdür bu sahənin inkişafı ölkəyə valyuta gətirilməsinin dünyada geniş yayılmış yollarından biridir. Bu baxımdan, ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlər, qəbul edilən qərarlar mühüm əhəmiyyətə uğurlu perspektivə malikdir.

Ümumiyyətlə, turizmin inkişafına bir neçə kontekstdən yanaşmaq olar. İlk növbədə, turizm sektorunun inkişafı ölkəyə valyuta daxil olmalarını artırır büdcənin əsas gəlir mənbələrindən birinə çevrilir. Digər tərəfdən, turizmin inkişafı başqa sahələrə təsirsiz ötüşmür. Onun inkişafı yeni yerlərinin açılması, regional inkişaf s. baxımdan səmərəli olduğu kimi, nəqliyyat sektorunun inkişafı, viza alınması prosesinin sadələşdirilməsi turizm cəlbediciliyinin yüksəldilməsində  xüsusi əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, Azərbaycan ərazisində nəqliyyat xidmətlərinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı tədbirlər layihələr həyata keçirilir. O cümlədən, yaxın gələcəkdə Bakı-Yalama Bakı-Astara dəmir yolunun yenidən qurulması, Qəbələ şəhərinə Şahdağ xizək kurortuna dəmir yolunun çəkilişi nəzərdə tutulur. Bütün bunlar ölkəmizdə turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək. Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Təbii ki, dəmir yolunun Qusara Qəbələyə qədər uzaldılması bölgəyə turist axınını daha da sürətləndirəcək.

Turizmin inkişafı baxımından ölkəmizdə önəmli məsələlərdən biri beynəlxalq tədbirlərin keçirilməsidir. Azərbaycan artıq çox mötəbər beynəlxalq tədbirlərə idman yarışlarına layiqincə ev sahibliyi edir ki, bu da ölkəmizə turistlərin gəlişini daha da artırır. Şübhəsiz, yaxın gələcəkdə nəzərdə tutulmuş beynəlxalq tədbirlərin idman yarışlarının reallaşdırılması ölkəmizdə  turizm sektorunun daha sürətli inkişafını təmin edəcək, bu sahəni dövlət  büdcəsinin əsas gəlir mənbələrindən birinə çevirəcək.

Həyata keçirilən bütün bu tədbirlərlə yanaşı, xalqımızın qonaqpərvərliyi, milli mətbəximizin zənginliyi əsrarəngiz təbiət abidələri, dənizsahili çimərliklər ölkəmizdə turizmin inkişafına təsir göstərən mühüm amillərdir. Yaxın perspektivdə dəniz sahili boyunca xüsusi turizm zonalarının yaradılması, xidmətlərin keyfiyyət-qiymət uyğunluğunun təmin olunması, nağdsız ödəniş imkanlarının genişləndirilməsi, dünya təcrübəsinə uyğun olaraq, əcnəbi turistlərin xarici valyuta ilə alış-veriş etmələrinə imkan yaradılması digər vacib  məsələlər diqqət mərkəzində saxlanılmalıdır.

 

Söhbəti yazdı:

Əlipənah BAYRAMOV,

 

Xalq qəzeti. - 2018.- 21 fevral.- S.8.