“Cəzasız cinayət”

 

Bakı Dövlət Universitetinin (BDU), “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC-nin dəstəyi ilə Xocalı soyqırımından bəhs edən bu adda  yeni sənədli film istehsal olunub.

Elmi-siyasi faktlara əsaslanan sənədli filmdə Xocalı soyqırımı 200 ildən bəri erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri terror və kütləvi qırğın aktlarının, soyqırımı siyasətinin yeni tarixi mərhələsi kimi əks etdirilir. Filmdə əsir və girov düşmüş Xocalı sakinlərini, soyqırımı şahidlərini, həmçinin faciə qurbanlarını öz gözləri ilə görüb qələmə alan xarici jurnalistlərin ifadələri ilə bu genosidin təkcə azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş beynəlxalq cinayət olduğu əsaslandırılır. Lakin bu cinayətin təşkilatçılarının və iştirakçılarının cəzalandırılmaması, beynəlxalq qurumların, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının hələ də Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməməsi faktı xüsusi vurğulanır.

Filmdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocalı Cinayət İşi üzrə istintaq qrupunun materiallarından, Almaniya Xarici İşlər Nazirliyinin Siyasi Arxivinin, Türkiyənin Başbakanlıq Osmanlı Arxivi, Hərbi TarixStrateji Araşdırmalar İdarəsi Arxivinin sənədlərindən, xarici ölkələrin mətbuat nümunələrindən istifadə olunub.

Filmin məsləhətçisi BDU-nun rektoru, akademik Abel Məhərrəmov, ssenari müəllifi, rejissoruprodüseri bu universitetin əməkdaşı, İtaliyanın Beynəlxalq İqtisadiSiyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşiddir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 25 fevral.- S.11.