“Azərbaycan Meliorasiya
və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və
strukturunun təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 42 Bakı şəhəri,
12 fevral 2018-ci il
“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 788-VQD nömrəli Qanununun tətbiqi və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 312-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 noyabr tarixli 1103 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 13 noyabr tarixli 1672 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 6, maddə 576; 2008, ¹ 6, maddələr 584, 586; 2010, ¹ 6, maddə 566, ¹ 11, maddə 1039; 2013, ¹ 6, maddələr 741, 763; 2016, ¹ 3, maddə 577, ¹ 9, maddə 1580; 2017, ¹ 2, maddə 322) ilə təsdiq edilmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.5-ci bəndi ləğv edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2018.- 15 fevral.- S.12.