“Elektron
hökumət” portalına
qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və
“İnformasiya sistemlərinin
və ehtiyatlarının,
elektron xidmətlərin
“Elektron hökumət”
portalına qoşulması
üçün Texniki
Tələblər”in təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 1 may tarixli
118 nömrəli qərarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
№ 44 Bakı şəhəri, 13 fevral
2018-ci il
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
27 aprel tarixli 1993 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə
dair 2016-2018-ci illər
üçün Milli
Fəaliyyət Planı”nın
1.1-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 1 may tarixli
118 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanun-vericilik Toplusu,
2014, № 5, maddə 547; 2015, № 8, maddə 974, № 11, maddə
1417; 2016, № 4, maddə 795, № 5, maddə 955, № 6, maddə
1192, № 9, maddə 1582, № 11, maddə
1938, № 12, maddə 2239; 2017, № 3, maddələr 473, 509, № 9, maddələr
1731, 1764) ilə təsdiq
edilmiş 1 nömrəli
əlavə – “Elektron
hökumət” portalına
qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na aşağıdakı
məzmunda 44-cü hissə
əlavə edilsin:
44. Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə:
44.1. Dövlət
Xidmətlərinin Elektron
Reyestri
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti. - 2018.- 15 fevral.- S.12.