Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 8 fevral tarixli 37 nömrəli
qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə
tam orta təhsil
bazasında tələbə qəbulu Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 45 Bakı şəhəri,
13 fevral 2018-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq və Azərbaycan Respublikası
Dövlət İmtahan
Mərkəzinin təklifinə
əsasən Azərbaycan
Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017-ci il 8 fevral tarixli 37 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 2, maddə
290) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə
qəbulu Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.1.2-ci yarımbənddə
“tam orta təhsil haqqında sənədin əslini təqdim etməyən abituriyentlər”
sözləri “orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin”
sözləri ilə əvəz edilsin.
2. 2.3-cü bənd
aşağıdakı redaksiyada
verilsin:
“2.3. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər “Abituriyentin elektron ərizəsi”ni təsdiq etdikdən sonra Mərkəz tərəfindən keçirilən qəbul imtahanında (cari ilin məzunları isə buraxılış imtahanında) iştirak edirlər. İmtahanda topladıqları ümumi balları Mərkəzin müəyyən etdiyi müsabiqə şərtlərini ödəyən abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər Mərkəz tərəfindən müəyyən edilmiş cədvəl üzrə Mərkəzin təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanının keçirilməsi şərtləri Mərkəz tərəfindən müəyyən edilir. Qabiliyyət imtahanlarının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.- 15 fevral.- S.12.