Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017-ci il 8 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
orta ixtisas təhsili müəssisələrinə
ümumi orta təhsil bazasında tələbə qəbulu
Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 46 Bakı şəhəri,
13 fevral 2018-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq və Azərbaycan Respublikası
Dövlət İmtahan
Mərkəzinin təklifinə
əsasən Azərbaycan
Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017-ci il 8 fevral tarixli 38 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 2, maddə
291) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi
orta təhsil bazasında tələbə
qəbulu Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.1.2-ci yarımbənddə
“ümumi orta təhsil haqqında sənədin əslini təqdim etməyən abituriyentlər” sözləri
“tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin”
sözləri ilə əvəz edilsin.
2. 2.3-cü bənd
aşağıdakı redaksiyada
verilsin:
“2.3. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi
qabiliyyət tələb
edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər “Abituriyentin
elektron ərizəsi”ni
təsdiq etdikdən sonra Mərkəz tərəfindən keçirilən
qəbul imtahanında
(cari ilin məzunları isə buraxılış imtahanında)
iştirak edirlər. İmtahanda topladıqları ümumi
balları Mərkəz
tərəfindən müəyyən
edilmiş müsabiqə
şərtlərini ödəyən
abituriyentlər Mərkəzin
rəsmi internet saytında
seçdikləri xüsusi
qabiliyyət tələb
edən ixtisasın
aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş
abituriyentlər Mərkəz
tərəfindən müəyyən
edilmiş cədvəl
üzrə Mərkəzin
təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin
Yoxlanılması Komissiyaları
tərəfindən mərkəzləşdirilmiş
qaydada keçirilən
qabiliyyət imtahanında
iştirak edirlər.
Qabiliyyət imtahanının keçirilməsi şərtləri
Mərkəz tərəfindən
müəyyən edilir.
Qabiliyyət imtahanlarının
nəticəsi “məqbul”
və ya “qeyri-məqbul”la qiymətləndirilir.”.
3. Aşağıdakı
məzmunda 3.9-cu bənd
əlavə edilsin:
“3.9. “Azərbaycan
Respublikasında dövlət
dili haqqında” Azərbaycan Respublikası
Qanununun 5.3-cü maddəsinə
əsasən, Azərbaycan
Respublikasında ali və orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu
zamanı Azərbaycan
dili fənnindən imtahan verilməlidir. Qəbul (buraxılış)
imtahanını rus dilində verən abituriyentlər Azərbaycan
dili fənnindən
test imtahanı verirlər.
Bu imtahanın nəticəsi
“məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul”
alanlar iki (cari və növbəti)
tədris ili üçün keçirilən
müsabiqələrdə qəbul
imtahanlarına (cari ilin abituriyentləri ixtisas seçiminə) buraxılırlar.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti. - 2018.- 15 fevral.- S.12.