Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinə tələbə
qəbulu Qaydaları”nda
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 47 Bakı şəhəri,
13 fevral 2018-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq və Azərbaycan Respublikası
Dövlət İmtahan
Mərkəzinin təklifinə
əsasən, Azərbaycan
Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 2, maddə
292, ¹ 10, maddə 1905) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinə tələbə
qəbulu Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.1-ci bənd aşağıdakı redaksiyada
verilsin:
“2.1. Azərbaycan
Respublikasında tam orta
təhsil səviyyəsini
cari ildə bitirən abituriyentlər ali təhsil
müəssisələrinə tələbə qəbulu
üzrə müsabiqədə
iştirak etmək üçün Mərkəzin
rəsmi internet saytında
“Abituriyentin elektron ərizəsi”ni doldurur və özləri təsdiq edirlər. Əvvəlki illərin məzunları isə Mərkəzin rəsmi
internet saytında “Abituriyentin
elektron ərizəsi”ni
dolduraraq təsdiq edilməsi üçün
aşağıdakı sənədlərlə
birlikdə Mərkəz
tərəfindən yaradılmış
Sənəd Qəbulu
Komissiyalarına (bundan
sonra – SQK) şəxsən
təqdim edirlər:”.
2. 2.1.2-ci yarımbənddə
“tam orta təhsil haqqında sənədin əslini təqdim etməyən abituriyentlər”
sözləri “orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin”
sözləri ilə əvəz edilsin.
3. 2.4-cü bənd
aşağıdakı redaksiyada
verilsin:
“2.4. Ali təhsil
müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər
elektron ərizələrini
rəsmiləşdirdikdən sonra Mərkəz tərəfindən mərkəzləşdirilmiş
qaydada keçirilən
qəbul (V ixtisas qrupunda cari ilin
abituriyentləri buraxılış)
imtahanında iştirak
edirlər. İmtahanda topladıqları ümumi balları müsabiqə şərtlərinə
uyğun olan abituriyentlər Mərkəzin
rəsmi internet saytında
seçdikləri xüsusi
qabiliyyət tələb
edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçirlər.
Qeydiyyatdan keçmiş abituriyentlər
müəyyən edilmiş
cədvəl üzrə
qabiliyyət imtahanlarında
iştirak edirlər.
Müvafiq ixtisaslar üzrə müsabiqə
və qabiliyyət imtahanlarının keçirilməsi
şərtləri ali təhsil müəssisələrinin təklifləri
əsasında Mərkəz
tərəfindən Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi ilə razılaşdırılmaqla müəyyən
edilir. Qabiliyyət imtahanının nəticəsi
balla, habelə “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.”.
4. 3.1-ci bəndin
ikinci, üçüncü
və dördüncü
cümlələri aşağıdakı
redaksiyada verilsin:
“Qəbul
imtahanları hər tədris ilində iki dəfə – yaz və yay
sessiyaları şəklində
keçirilir. Abituriyent hər sessiyada
istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından
asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.”.
5. Qaydaların 1 nömrəli əlavəsi
– “İxtisas qrupları
və ixtisaslar” üzrə:
5.1. I ixtisas qrupu sütunu üzrə:
5.1.1. “42. İnformasiya
texnologiyaları və
sistemləri mühəndisliyi”
hissəsi ləğv
edilsin;
5.1.2. aşağıdakı
məzmunda 79-84-cü hissələr
əlavə edilsin:
“79. İnformasiya
texnologiyaları
80. Sistem mühəndisliyi
81. Sənaye mühəndisliyi
82. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
83. Şəhərsalma
84. Şərabçılıq”;
5.2. II ixtisas qrupu sütununa aşağıdakı məzmunda
21-ci və 22-ci hissələr
əlavə edilsin:
“21. Davamlı inkişafın idarə edilməsi
22. İdman menecmenti və kommunikasiya”;
5.3. IV ixtisas qrupu sütununa aşağıdakı məzmunda
16-18-ci hissələr əlavə
edilsin:
“16. Bitki mühafizəsi
17. Bağçılıq
və tərəvəzçilik
18. Bədən tərbiyəsi və idmanda reabilitasiya”;
5.4. V ixtisas qrupu sütununa aşağıdakı məzmunda
22-ci və 23-cü hissələr
əlavə edilsin:
“22. Məşqçi
(idman növü üzrə)
23. Rəqs
müəllimliyi”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2018.- 15 fevral.- S.12.