Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli
qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin və Azərbaycan Milli
Elmlər Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 48 Bakı şəhəri,
13 fevral 2018-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq və Azərbaycan Respublikası
Dövlət İmtahan
Mərkəzinin təklifinə
əsasən Azərbaycan
Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 2, maddə
293) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin
və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına
qəbul Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.1-ci bəndin
ikinci cümləsində
“səhifəsində” sözü
“saytında” sözü
ilə əvəz edilsin.
2. 3.3-cü bənddə
“namizədlər” sözü
“bakalavrlar” sözü
ilə əvəz edilsin.
3. 3.5-ci bəndə
“magistraturalarına” sözündən
sonra “və Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının magistraturasının
tədrisi ingilis dilində olan “İdman jurnalistikası”,
“Menecment (idman sahəsi üzrə)”, “İdman tibbi və reabilitasiya” ixtisaslaşmalarına” sözləri
əlavə edilsin.
4. 4.1-ci bəndin
ikinci cümləsində
“namizədlər” sözü
“bakalavrlar” sözü
ilə əvəz edilsin.
5. 4.2-ci bənddə
“ixtisas” sözü “ixtisaslaşma” sözü
ilə əvəz edilsin.
6. 4.5-ci bənd aşağıdakı redaksiyada
verilsin:
“4.5. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə (jurnalistika ixtisası istisna olmaqla) ixtisas magistraturasının ixtisaslaşmalarını
Mərkəz tərəfindən
elan edilən müddətdə Mərkəzin
rəsmi internet saytında
qeydiyyatdan keçən,
qabiliyyət imtahanında
iştirak edən və həmin imtahandakı nəticəsi
müəyyən edilmiş
müsabiqə şərtlərinə
uyğun olan bakalavrlar, jurnalistika üzrə magistratura ixtisaslaşmalarını isə
Mərkəz tərəfindən
elan edilən müddətdə Mərkəzin
rəsmi internet saytında
qeydiyyatdan keçən,
qabiliyyət imtahanından
“məqbul” qiymət alan, proqram seçimi
zamanı jurnalistika üzrə proqramı seçən və ixtisas imtahanının nəticəsi müəyyən
edilmiş müsabiqə
şərtlərinə uyğun
olan bakalavrlar seçə bilərlər.”.
7. 4.6-cı bənddə
“ixtisasların” sözü
“ixtisaslaşmaların” sözü
ilə, “namizəd” sözü “bakalavr” sözü ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 15 fevral.- S.12.