Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmişAçıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Sosial müavinətlərin, təqaüdlərin kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1225; 2016, ¹ 7, maddə 1343, ¹ 11, maddə 1977; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 28 dekabr tarixli 607 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına və 1-ci hissəsinə “sənədlərin” sözündən sonra “və məlumatların” sözləri əlavə edilsin.

2. Həmin qərarla təsdiq edilmişSosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” üzrə:

2.1. adına, 1.1-ci və 4.8-ci bəndlərinə “sənədlərin” sözündən sonra “və məlumatların” sözləri əlavə edilsin;

2.2. Qaydalara 1-7 nömrəli əlavələrin yuxarı sağ küncünə “sənədlərin” sözündən sonra “və məlumatların” sözləri əlavə edilsin;

2.3. Qaydalara 1 nömrəli əlavəyə “sənədləri” sözündən sonra “və məlumatları (ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, doğum haqqında akt qeydinin nömrəsi, tarixiqeydiyyata alındığı orqanın adı)” sözləri əlavə edilsin;

2.4. Qaydalara 7 nömrəli əlavə - “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı” üzrə:

2.4.1. 1-ci hissəyə “sənədlər” sözündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;

2.4.2. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);

2.4.3. 1.2-ci, 1.3-cü, 2.4-cü, 2.6-cı, 2.9-cu, 2.10-cu, 2.13-cü, 2.15-ci, 2.26-cı və 2.31-ci bəndlər ləğv edilsin;

2.4.4. aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:

“1.5. Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan sənəd və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.13-cü maddəsinə əsasən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur:

1.5.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

1.5.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

1.5.3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

1.5.4. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti.”;

2.4.5. 2-ci hissədə “sənədlər də” sözləri “sənədlər və məlumatlar da” sözləri ilə əvəz edilsin;

2.4.6. 2.1.2-ci, 2.2.2-ci, 2.2.3-cü, 2.3.3-cü, 2.3.4-cü, 2.5.1-ci, 2.7.2-ci, 2.7.3-cü, 2.7.4-cü, 2.8.2-ci, 2.8.3-cü, 2.8.4-cü, 2.11.1-ci, 2.11.3-cü, 2.11.4-cü, 2.12.1-ci, 2.12.3-cü, 2.12.4-cü, 2.14.1-ci, 2.14.2-ci, 2.16.1-ci, 2.16.2-ci, 2.16.3-cü, 2.18.2-ci, 2.18.4-cü, 2.19.2-ci, 2.19.3-cü, 2.19.4-cü, 2.19.5-ci, 2.20.1-ci, 2.20.2-ci, 2.21.1-ci, 2.22.2-ci, 2.23.2-ci, 2.23.3-cü, 2.23.4-cü, 2.24.1-ci, 2.27.2-ci, 2.27.3-cü, 2.27.4-cü, 2.28.2-ci, 2.28.3-cü, 2.28.4-cü, 2.29.2-ci, 2.29.3-cü, 2.29.4-cü, 2.30.2-ci, 2.32.2-ci, 2.32.4-cü və 2.32.5-ci yarımbəndlər ləğv edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 17 fevral.- S.4.