Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir

 

“Cənub” Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində Avropa Komissiyasının “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə göstərdiyi dəstəyi yüksək dəyərləndirməklə bərabər, “Cənub Qaz Dəhlizi”nə üzv olan ölkələrdən – Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniyaİtaliyadan olan tərəfdaşların fəaliyyətini də xüsusi vurğulayıb. Dövlətimizin başçısı “Şahdəniz”, TANAP və TAP-a üzv olan şirkətlərin və maliyyə institutlarının əzmi ilə sözügedən layihənin reallaşdırıldığını bildirib. Bununla bağlı Prezident İlham Əliyev deyib: “2015-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdi, çünki biz səylərimizi əlaqələndirməyə böyük ehtiyacın olduğunu aydın başa düşürdük. Əvvəlki illərdə Azərbaycan qonşu ölkələr olan Gürcüstan və Türkiyə ilə birlikdə mühüm enerji layihələri həyata keçirib. Lakin bu dəfə daha çox ölkə və şirkət cəlb olunmuşdu, ona görə də bizim əlaqələndirməyə, maksimum səmərəliliyə ehtiyacımız var idi. Mən çox şadam ki, Avropa Komissiyası bu təşəbbüsü dərhal dəstəklədi və dördüncü toplantı Avropa Komissiyası və Azərbaycan tərəfindən təşkil olunub. Mən layihənin həyata keçirilməsinə verdiyi böyük töhfəyə görə bir daha cənab Şefçoviçə xüsusi minnətdarlığımı bildirmək istərdim”.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında  adı çəkilən layihənin Azərbaycanın indiyədək çox uğurlu olan və ölkəmizin iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biri kimi diqqət çəkdiyi xatırladılıb. Eyni zamanda, enerji ehtiyatlarından istifadə edilərək respublikamızın qeyri-neft sektoruna, insan kapitalı və infrastruktura investisiya yatırılması, bununla da iqtisadiyyatın uzunmüddətli davamlı inkişafının reallaşdırılması vurğulanıb. Bildirilib ki, Azərbaycanın əvvəlki illərdə həyata keçirdiyi layihələr “Cənub Qaz Dəhlizi”nin gerçəkləşdirilməsi üçün bünövrə rolunu oynayıb. Ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə  müstəqilliyimizin bərpasından bir qədər sonra başlanılıb və bundan 3 il sonra - 1994-cü ildə Azərbaycan dünyanın aparıcı neft şirkətləri konsorsiumu ilə müqavilə imzalayıb və layihənin, eyni zamanda,  investisiyaların həcmi nəzərə alınaraq həmin kontrakt  “Əsrin müqaviləsi” adını alıb.

Hazırda “Əsrin müqaviləsi” layihəsinin müddəti 2050-ci ilədək uzadılıb. Qarşıdakı onilliklər ərzində dünyanın ən böyük neft yataqlarından biri olan “Azəri-Çıraq-Günəşli”də sabit və davamlı tədqiqat və istismar işləri həyata keçiriləcək.

Dövlətimizin başçısı çıxışında  “Əsrin müqaviləsi” layihəsinin reallaşdırıldığı vaxtdan ötən müddətdə görülən işləri də təhlil edərək deyib: “1994-cü il faktiki olaraq bizim tariximizdə, Azərbaycanda və dünyada neftin inkişafı tarixində dönüş nöqtəsi oldu. Bu, həmçinin Azərbaycanı dünya ictimaiyyətinə təqdim etdi, iqtisadiyyatımıza, xüsusilə də ilkin mərhələdə neftqaz sektoruna nəhəng investisiyaların qoyulması üçün qapı açdı və Azərbaycanın etibarlı tərəfdaş olduğunuinvestorlar üçün maksimum dərəcədə əlverişli investisiya mühiti yaratmaq iqtidarında olduğunu nümayiş etdirdi. Mən, sadəcə olaraq, xatırlatmaq istərdim ki, bizim bütün əsas neftqaz müqavilələrimiz parlamentimiz tərəfindən ratifikasiya olunurqanun kimi imzalanır. Bu da investorların investisiyalarına maksimum təminat verir. İki il keçəndən sonra - 1996-cı ildə “Şahdəniz” qaz kondensatı layihəsi üzrə müqavilə imzalandı və hazırda “Şahdəniz” hələ ki, “Cənub” Qaz Dəhlizi üçün yeganə resurs mənbəyidir. Bu da bizim tariximizdə mühüm hadisə oldu, çünki bu, bizə yenidən milyardlarla investisiya cəlb etməyə kömək etdi və Azərbaycan neft istehsalixrac edən ölkədən qaz istehsalixrac edən ölkəyə də çevrildi”.

Konfransda Bakı ilə Gürcüstanın Supsa dəniz limanını birləşdirən ilk kəmərin 1990-cı illərin sonunda fəaliyyətə başladığı qeyd edilib. Bildirilib ki, xam neft nəql edən bu kəmərlə Xəzər dənizi ilə Qara dəniz arasında ilk bağlantı yaradılıb. Lakin bu, yetərli olmayıb. Çünki Azərbaycanın  neft ehtiyatlarının tam şəkildə işlənməsi üçün sözügedən kəmərin tutumu kifayət etmirdi. Bu səbəbdən də əsas neft kəmərinin tikintisi planlaşdırıldı və 2006-cı ildə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurlu açılışı oldu.

Hazırda Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə respublikamızdan deyil, həm də Xəzərin şərq sahillərindəki yataqlardan da neft nəql etməklə artıq Azərbaycanı tranzit ölkəyə, tranzitdə etibarlı tərəfdaşa çevirir”.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin iki mühüm seqmenti - “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələri dünyada həyata keçirilən ən böyük layihələrdəndir.  

Keçən il “Şahdəniz-1”dən Azərbaycan, Gürcüstan, Türkiyə bazarlarına və BTC şirkətinin obyektlərinə qaz çatdırılması davam edib. İl ərzində yataqdan 10,2 milyard standart kubmetr qaz 2,4 milyon ton kondensat hasil olunub. MövcudŞahdənizAlfaqurğularının hasilat gücü hazırda gündə 30 milyon, ildə isə təqribən 10,9 milyard standart kubmetrdir.

Cari il “Şahdəniz-2”dən ilk qazın hasil olunacağı gözlənilir. Bu məqsədləİstiqlalMaersk Explorer” qurğuları ilə hasilatın başlanması çərçivəsində artıq 14 quyu qazılıb. Yatağın şimal cinahında dörd, qərb cinahında isə üç quyu tamamlanıb. “Şahdəniz-2”nin qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olunana qədər davam edəcək.

2017-ci ildə “Şahdəniz-2” Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri üzrə çox mühüm istismar sınaqları təhvilvermə işləri görülüb. Bunun üçün 45 milyon təhlükəsiz adam/ saatı sərf edilib. Belə nəhəng layihələrdə əməliyyatların heç bir qəza hadisə baş vermədən görülməsi mühüm nailiyyətdir.

Hazırda “Şahdəniz-2” CQBK-nın genişləndirilməsi layihələri ilk qazın əldə edilməsi qrafikinin istismara verilmə mərhələsinə daxil olmaqdadır. İlk qazın hasilatı üçün lazım olan həcmi mühəndis-layihə işləri, təchizat, tikinti istismar sınaqları da daxil olmaqla, artıq 99 faiz tamamlanıb.

“Şahdəniz-2”də fəaliyyət göstərəcək hər iki platforma artıq Xəzərdədir. Bu qurğular dənizdə təhlükəsiz şəkildə quraşdırılıb indi onların istismar sınaqları davam edir.

 

Keçən il əldə olunan nailiyyətlər sırasında Xəzər dənizinin yeni flaqman gəmisi - “Xankəndi”nin istismara verilməsinin öz yeri var. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq “Şahdəniz-2” layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilib inşa edilib. Tikinti işlərinin 378 milyon ABŞ dollarına başa gəlməsi adıçəkilən gəminin nəhəngliyindən xəbər verir.

Səngəçal terminalı da dünyanın ən böyük terminallarından biridir. Burada “Şahdəniz-2” qazı üçün qurğular inşa olunub.   

Yeri gəlmişkən, onu da qeyd edək ki, “Şahdəniz-2” CQBK-nın genişləndirilməsi layihələrində 24 min nəfər çalışıb ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşıdır. Başqa sözlə, qazanılan bütün nailiyyətlərdə yüksəkixtisaslı fəhlə mütəxəssislərin böyük əməyi var. Azərbaycandakı layihələrdə çalışan işçilərin peşəkarlıq səviyyəsinin onların dünyadakı digər analoji layihələrdə uğurla fəaliyyət göstərəcəyinə imkan verir.

KonfransdaCənub Qaz Dəhlizilayihəsinin, eyni zamanda, ölkəmizin sosial-iqtisadi sahələrinin inkişafında oynadığı önəmli rolu da diqqətə çatdırılıb. Prezident İlham Əliyev bununla bağlı deyib: “Azərbaycan iqtisadiyyatı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq, iqtisadiyyatı tamamilə dəyişmək üçün öz enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edib. Hazırda ümumi daxili məhsulun mütləq əksəriyyəti özəl sektorun payına düşür. Son 15 ildə iqtisadiyyatımız 3 dəfədən çox, ümumi daxili məhsul 3,2 dəfə artıb. Biz işsizlik yoxsulluğu azaltmaq üçün enerji ehtiyatlarından düzgün şəkildə istifadə etməyə müvəffəq olmuşuq. Son 15 ildə əhalimizin 1,5 milyon nəfər artmasına baxmayaraq, işsizlik səviyyəsi çox aşağı – 5 faizdir. Yoxsulluq səviyyəsi 5,4 faizdir, savadlılıq səviyyəsi 100 faizə yaxındır.

Biz iqtisadiyyatı şaxələndirmək üçün insan kapitalına investisiya yatırmışıq, yerləri açmışıq, müasir infrastruktur layihələri yaratmışıq. 2018-ci il yanvar ayının nəticələri göstərir ki, iqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf edir. Burada iqtisadi artım 4 faizə yaxın olub. Yanvarda sənayemizin qeyri-enerji sektorunda iqtisadi artım 8,7 faiz olub. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir. Düşünürəm ki, iqtisadiyyatın şaxələndirilməsinin ən yaxşı göstəricisi Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsidir. Son qiymətləndirmə göstərir ki, Azərbaycan rəqabət qabiliyyətinə görə dünyada 35-ci yerdədir. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan 3-cü yerdədir. Bizdən əvvəl yalnız 30 inkişaf etmiş ölkə 2 inkişaf etməkdə olan ölkə var. Bu, o deməkdir ki, biz rəqabətlilik inkişafa görə 33-cü 35-ci yerdəyik. Bu, bizim enerji amili ilə dəstəklənən siyasətimizin göstəricisi siyasətimizin nəticəsidir”.

Bütün yuxarıda qeyd edilənlər 1990-cı illərin əvvəllərində dağılmaq, dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanın qısa bir  zamanda əldə etdiyi uğurun real ifadəsidir. Bütün bunlar, həm onu göstərir ki, respublikamızda həyata keçirilən qlobal, genişmiqyaslı çoxşaxəli siyasi-iqtisadi siyasət ölkəmizin iqtisadi tərəqqisinin təmin edilməsinə yönəldilib.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti. - 2018.-18 fevral.- S.1.