Dövlətin regional inkişaf proqramları ölkənin qüdrətini artırır, xalqın rifahını yüksəldir

 

Müstəqillik illərində Azərbaycan həyatın bütün sahələrində böyük uğurlar qazanmışdır. Ölkə keçid dövrünü ciddi nailiyyətlərlə başa vurmuş, işsizlik, yoxsulluq, ərzaq, enerji təhlükəsizliyi kimi problemləri həll etmişdir. Neft strategiyası uğurla gerçəkləşdirilmiş, gələcək inkişaf üçün güclü infrastruktur formalaşdırılmışdır.

Azərbaycan inkişafinteqrasiya yolu ilə dünya iqtisadiyyatında layiqli yerini tutmuşdur. Xalqımız beynəlxalq aləmə sübut etmişdir ki, o nəinki müstəqil yaşaya bilər, həm də milli maraqlarına uyğun siyasət yeridə, problemlərini özü həll edə, başqa dövlətlərə də belə nümunə göstərə bilər.

Ölkənin ümumi, tarazlı inkişafında regionların sosial-iqtisadi inkişafı dövlət proqramları (2004--2008; 2009--2013 və 2014--2018-ci illər) da önəmli rol oynamışdır. Bu il yanvar ayının 29-da Heydər Əliyev Mərkəzində üçüncü regional sosial-iqtisadi inkişaf dövlət proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bütün bunlar barədə bir daha geniş söhbət açılmışdır. Dövlət başçısının nitqində və digər çıxışlarda həmin strateji sənədlərin ötən 14 il ərzində, eləcə də son 1 ildə  yaratdığı irimiqyaslı yeniliklər ətraflı şərh  edilmiş, qarşıda duran növbəti vəzifələr müəyyənləşdirilmişdir.

Xatırlatmaq yerinə düşər ki, 2003-cü ildən başlayaraq Azərbaycanın hərtərəfli inkişafına nail olmaq üçün ölkənin ali  rəhbərliyi regional inkişaf proqramlarının həyata keçirilməsi ideyasını irəli sürmüşdür. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında sosial iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərmanında regional inkişaf proqramlarının reallaşması üçün lazım olan təşkilati, iqtisadi və idarəetmə tədbirləri müəyyənləşdirilmişdir.

Konfransda 14 ildə keçilmiş yola yekun vuruldu,  Prezident İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilərkən xalqa bəyan etdiyiBiz Azərbaycanı zəngin və qüdrətli dövlətə çevirəcəyik” vədinin yerinə yetirilməsi üçün regional inkişaf proqramlarının ötən dövrdə ölkəyə nə verdiyi, hansı rol oynadığı nəzərdən keçirildi və yüksək qiymətləndirildi.

Ölkə rəhbəri konfransda bildirdi ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları, bütövlükdə, nəzərdə tutulduğu qaydada gerçəkləşdirilmişdir. Üçüncü proqram da uğurla icra edilir.

Əvvəlki proqramların önəmini vurğulayan dövlət başçısı qeyd etdi ki, birinci proqram regionların inkişafında dönüş yaratdı. Həqiqətən, bu proqramda qarşıya qoyulan vəzifələrin artıqlaması ilə yerinə yetirilməsi qarşıya qoyulan məqsədin düzgünlüyünü sübut etdi, xalqın strateji hədəfləri gerçəkləşdirmək inamını artırdı, imkan və səyləri sonrakı proqramların da uğurla yerinə yetirilməsi ətrafında cəmləməyə kömək etdi. Birinci proqramın həyata keçirilməsi ilə bağlı tədbirlər sonrakı proqramların icrası üçün nələrin vacib olmasına,  icra orqanlarının daha çevik fəaliyyət istiqamətləri seçməsinə şərait yaratdı.

Son 14 il ərzində regional quruculuq sahəsində qazanılmış nailiyyətlərin miqyası, əsaslı dəyişiklikləri əks etdirən rəqəmlər də Azərbaycanın bu dövrdə sürətli inkişaf yolu keçdiyini, böyük uğurlara imza atdığını təsdiq edir. Ən başlıcası, regionlarda dərin iqtisadi islahatlar aparılmış və bu, dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.

Regional dövlət proqramlarının gerçəkləşdirilməsi ölkəmizdə təhlükəsizliyin, siyasi sabitliyin, xalqiqtidar birliyinin təmin olunmasına, vətəndaş həmrəyliyinin güclənməsinə də layiqli töhfə vermişdir. Gələcək inkişafa təkan verən güclü infrastruktur yaradılmış, siyasətdə xalqın maraqları ön plana çəkilmiş, əhalinin həyat səviyyəsi yüksəldilmişdir. Bütün bunlarla Azərbaycan ötən illərdə dünyanın nümunəvi ölkələrindən birinə çevrilmişdir.

Prezident qeyd etmişdir ki, bizim məqsədimiz bu proqramları icra etməklə Azərbaycanın inkişafını sürətləndirmək və bununla da dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır. Biz buna nail olmuşuq. Ölkəmizdə 14 ildə ümumi daxili məhsul 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə və kənd təsərrüfatı məhsulları 1,7 dəfə artmışdır. Bu nailiyyətlər ölkəmizdə aparılan düzgün siyasətin məntiqi nəticəsidir.

Respublikamızın valyuta ehtiyatı 23 dəfə artaraq, 2004-cü ildəki 1,8 milyard dollardan 42 milyard dollara çatmışdır. 2017-ci ildə neftin qiymətinin aşağı həddə qalmasına baxmayaraq, ölkə rəhbərliyi düzgün maliyyə siyasəti yeridərək valyuta ehtiyatının 4,2 milyard dollar artımına nail olmuşdur.

Beləliklə, Azərbaycanın iqtisadi qüdrəti artmış, investisiya imkanları genişlənmişdir. Son 14 il ərzində iqtisadiyyatımıza 231 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici kapitaldır. Adambaşına düşən sərmayələrin miqdarına görə Azərbaycan dünyanın lider dövlətləri sırasındadır. Xarici sərmayələrin çoxluğu dünya ölkələrinin ölkəmizə, onun gələcəyinə inamının ifadəsidir.

Ölkəmizdə işsizlik, yoxsulluq problemi müvəffəqiyyətlə həll edilməkdədir. İş yerlərinin yaradılması həmişə dövlətin diqqət mərkəzindədir. 14 il ərzində 1,9 milyon yeri açılmışdır ki, bunun da 1,4 milyonu daimidir. Hazırda respublikamızda işsizlik 5, yoxsulluq 5,4 faizdir. Bu müddətdə maaşlar 5 dəfədən, pensiyalar 8 dəfədən çox artmış, sosial sahədə bir sıra böyük layihələr icra edilmişdir. 14 il ərzində 3 min 100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş və təmir edilmiş, 43 olimpiya  idman kompleksi inşa olunmuşdur. Bu işlər bu ildavam edəcəkdir.

Bu illərdə ölkədə energetikanın inkişafına böyük diqqət verilmiş, 14 il ərzində ümumi gücü 2500 meqavat olan elektrik stansiyaları tikilmişdir. 2018-ci ildə bu gücün 2900 meqavata çatdırılması nəzərdə tutulur. Nəticədə, Azərbaycan enerji alan dövlətdən  onu istehsal edib satan ölkəyə çevrilmişdir. Rusiya, İran və Azərbaycanın regional enerji şəbəkəsi formalaşıb. Türkiyənin də Gürcüstan vasitəsilə bu sistemə qoşulması imkanı gerçəkdir.

Ölkəmizdə, xüsusən regionlarda qazlaşdırmanın, içməli su təminatının və kanalizasiya problemlərinin həlli sahəsində də böyük uğurlar qazanılmışdır. Qazlaşdırmanın 2004-cü ildəki 51 faizdən 2017-ci ildə 93 faizə, fasiləsiz içməli su təminatının 26 faizdən 67 faizə yüksəldilməsində də rejional inkişaf proqramları önəmli rol oynamışdır. Ceyranbatanda dünyada ən böyük,  müasir sutəmizləyici qurğunun tikildiyini, kənd təsərrüfatının su təminatının yaxşılaşması üçün böyük layihələrin icra edildiyini, 4 su anbarının yaradıldığını, 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkildiyini yada salsaq, uğurların ümumi mənzərəsi bir az da əyaniləşər.

Keçən illərdə ölkədə və xüsusən rejionlarda yol, körpü tikintisinə də böyük diqqət yetirimişdir. 14 il ərzində 443 körpü tikilmiş, 12,3 min kilometr yol çəkilmiş, 2018-ci ildə bu rəqəmin 15 min kilometrə çatdırılması nəzərdə tutulmuşdur. Yeni yollar və körpülər respublikanın bütün şəhər və kəndlərinin, iqtisadiyyat sahələrinin sıx əlaqədə inkişafına şərait yaradır.

Məqsədli proqramlar, ilk növbədə, mövcud imkanları səfərbər edib qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə yönəltmək üçündür. Eyni zamanda, heç bir proqram tərtib olunarkən bütün imkanların istifadəsini tam nəzərə ala bilməz. Regional proqramların yerinə yetirilməsi gedişində onlara müəyyən düzəlişlər, əlavələr edilməsi təbii haldır.

2004-cü ildə qəbul edilmiş birinci və sonrakı proqramlarabu tarixi sənədlərin icrası dövründə görülmüş işlərə nəzər salsaq, görərik ki, layihələrin bir hissəsi yerlərdən gələn təkliflər əsasında əlavələr kimi icra olunmuşdur. Regional inkişaf proqramlarının hazırlanmasının təşəbbüskarı və təşkilatçısı olan dövlət başçısı da yaxşı başa düşürdü ki, elmi cəhətdən əsaslandırılmış real layihələr qəbul etmək yalnız başlanğıcdır, əsas məsələ onun icrasını təmin etmək və lazım olan bütün tədbirləri görməkdir.

Proqramı dövlət, hökumət strukturları qəbul edir, onun icraçıları isə təsərrüfat rəhbərləri, sahibkarlar, bütövlükdə, xalq kütləsidir. Hamının proqramda irəli sürülən vəzifələri, inkişaf istiqamətlərini başa düşməsi, onların icrası üçün təşəbbüskarlıq göstərməsi, təkliflər verməsi, xüsusən dövlət başçısının və xalqın həmrəyliyi layihələrin icrasında həlledici amildir. Məhz buna görə də Prezident hər üç regional inkişaf proqramının icrası dövründə bütün  şəhər və rayonlara dəfələrlə səfərlər etmişdir. Yalnız 2017-ci ildə dövlət başçısı 30-dan çox rayonda və şəhərdə olmuşdur.

Bu səfərlər zamanı ölkə rəhbəri proqramların  yerinə yetirilməsi gedişini daim nəzarətdə saxlamış, xalq kütləsilə görüşlər keçirmiş, onların rəylərini, təkliflərini öyrənmiş, qarşıya çıxan çətinlikləri vaxtında dəf etmək üçün əlavə vəsait ayırmışdır. Prezidentin bilavasitə  göstərişi, sərəncamı, fərmanı əsasında həyata keçirilən tədbirlər regional inkişaf proqramlarının müvəffəqiyyətlə yerinə yetirilməsində, sürətli sosial-iqtisadi inkişafın təmin edilməsində müstəsna rol oynamışdır.

Biznesin inkişafı istiqamətində də ciddi addımlar atılmış, 14 il ərzində sahibkarlara 2 milyard manatdan artıq güzəştli kredit verilmişdir. Manatın məzənnəsinin əvvəlki illər dollardan yüksək olduğunu nəzərə alsaq, bunun 2 milyard dollardan çox olduğunu qəbul etməliyik. Həm də son illər güzəştli kreditlər əvvəllər ayrılmış kreditlərin ödənilməsi hesabına verilir.

Ölkəmizdə şose yollarla yanaşı, nəqliyyatın müasir növləri sahəsində də böyük layihələr icra edilmişdir. 7 aeroport tikilmişdir, bunlardan altısı (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala) beynəlxalq aeroportudur. Yerli əhəmiyyətli Yevlax aeroportu isə yenidən qurulmuşdur. Hazırda bu aeroportlar fəaliyyət göstərir və ölkəmizə böyük fayda verir. Bunlarla yanaşı, Azərbaycanda böyük gəmiqayırma zavodu inşa edilmişdir. Ələt dəniz ticarət limanının tikintisi isə bu il başa çatdırılacaqdır.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi xalqımızın, dövlətimizin böyük tarixi nailliyyətidir. Artıq bu dəmir yolu ilə yüklər daşınmağa başlanmışdır. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı Azərbaycan ərazisində böyük işlər görülür. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri iqtisadiyyatımıza böyük valyuta axınını təmin edir. Bu kəmərlər Azərbaycan neftinin və qazının xaricə ixrac olunmasına, respublikamıza valyuta gətirilməsinə, bu hesaba qeyri-neft sektorununinsan kapitalının inkişafına, “Cənub” qaz dəhlizinin formalaşmasına, beynəlxalq iqtisadi əlaqələrin inkişafına və i.a şərait yaratmışdır.

Asan xidmət” mərkəzlərinin sayı sürətlə artır, əhaliyə ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər yaradır. Son beş il ərzində “Asan xidmət” mərkəzlərindən istifadə edənlərin sayı 20 milyon nəfərə çatmışdır. Əhali bu mərkəzlərin fəaliyyətini böyük razılıqla dəstəkləyir.

Prezident konfransdakı nitqində  rüşvətxorluğa, bürokratiyaya qarşı mübarizə tədbirləri, ölkəmizi texnoloji cəhətdən inkişaf etdirmək üçün görülmüş işlər, o cümlədən telekommunikasiya və əraziləri müşahidə peykinin buraxılması, Azərbaycanın dünyanın məhdud olan kosmik klubun üzvü olması, üçüncü peykin 2018-ci ildə orbitə buraxılacağı haqqında da məlumat verdi.

Məlum çətinliklərə baxmayaraq, Azərbaycanın uğurları 2017-ci ildə daha böyük olmuşdur. İqtisadiyyatın çoxşaxəli inkişafı təmin edilmişdir. Qeyri-neft sektoru 2,5 faiz, qeyri-neft sənayesi 3,5 faiz və kənd təsərrüfatı 4,1 faiz artmışdır. Keçən il kənd təsərrüfatının ənənəvi sahələri olan baramaçılıq, çayçılıq, meyvə-tərəvəz, pomidor, tütün, fındıq, pambıq istehsalı və ixracı sürətlə artmışdır. İqtisadiyyata rekord miqdarda-- 14,6 milyard dollar sərmayə qoyulmuşdur.

Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər qazandığını nüfuzlu beynəlxalq təşkilatlar da təsdiq edir. Ölkəmiz qlobal rəqabət qabiliyyətliyə görə 2014-cü ildə dünyada 38-ci, 2017-ci ildə isə 35-ci yeri tutmuşdur. Respublikamız makroiqtisadi sabitlik, əmək bazarının səmərəliyi göstəricilərinə görə də çoxsaylı ölkələr arasında qabaqcıl mövqedədir. Azərbaycan ümumi inkişaf səviyyəsinə görə inkişaf etməkdə olan ölkələr sırasında 3-cü yeri tutur.

Aparılan dərin islahatlar ölkəmizdə  yaxın illərdə iqtisadiyyatın daha sürətlə, çoxşaxəli və səmərəli inkişafı üçün etibarlı təməl yaratmışdır. Bu baxımdan bizim bugünə və sabaha böyük inamla baxmağımıza ciddi əsaslar var.

Cari ildə də elektrik enerjisi istehsalının artırılması və bu sahədə təminatın yaxşılaşdırılması, kəndlərin qazlaşdırılması davam etdiriləcək.  Əhalinin və torpaqların su təminatının artırılması, məcburi qaçqın və köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına qayğı göstərilməsi ilə bağlı qarşıda yeni vəzifələr durur. Cari ildə turizmin inkişafına, iqtisadiyyatda sənaye zonaları, parkları və məhəllələrinin yaradılmasına, yeni müəssisələrin işə salınmasına və digər layihələrin həyata keçirilməsinə başlanmışdır.

Bütün bunları düşündükcə respublikamızın bundan sonra daha böyük nailliyyətlər qazanacağına inamımız yüksəlir və ümumi məmnunluğumuz artır.

 

Əli NURİYEV,

AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi

 

Xalq qəzeti.- 2018.-18 fevral.- S.4.