Torpağın alınmasını zəruri edən
dövlət ehtiyacının və həmin
torpağı alan
orqanın müəyyən edilməsi barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 51 Bakı şəhəri, 16 fevral
2018-ci il
“Torpaqların dövlət ehtiyacları
üçün alınması
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə əlaqədar əlavə
tədbirlər barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 15
fevral tarixli 382 nömrəli Fərmanının
1.1-ci bəndinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus
Nabat Aşurbəyova,
Süleyman Tağızadə,
Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı
ərazidə 1130 ədəd,
Nəriman Nərimanov
prospekti, İsmayılbəy
Qutqaşınlı, Bəşir
Səfəroğlu və
Mirzaga Əliyev küçələri arasındakı
ərazidə 880 ədəd,
ümumilikdə 2010 yaşayış
və qeyri-yaşayış
obyektlərini Bakı
şəhərinin Baş
Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya
xətlərinin çəkilməsi
məqsədi ilə dövlət ehtiyacları
üçün alan orqan Bakı şəhəri Yasamal
Rayon İcra Hakimiyyəti
müəyyən edilsin.
2. Bakı şəhəri Yasamal
Rayon İcra Hakimiyyətinə
tapşırılsın ki,
bu qərarın 1-ci hissəsində göstərilən
torpaq sahələrinin
dövlət ehtiyacları
üçün alınması
ilə bağlı hazırlıq tədbirlərini
“Torpaqların dövlət
ehtiyacları üçün
alınması haqqında”
Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq həyata keçirsin və bu barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
təkliflər təqdim
etsin.
Abid Şərifov
Azərbaycan Respublikası
Baş nazirinin müavini
Xalq qəzeti.- 2018.- 20 fevral.- S.2.