Pakistan mediasında Xocalı soyqırımı

 

 

Pakistanın “National Herald Tribune” qəzetində və elektron portalında  Xocalı soyqırımının 26- cı ildönümü ilə bağlı məqalə  dərc olunub.  Raca Cavid Eli Bahattinin  müəllifi olduğu məqalənin  başlığı  “Azərbaycan:  Xocalıya  ədalət” adlanır.

 Məqalədə  Xocalı faciəsini törədənlər kəskin tənqid edilir. Bildirilir ki,  bu soyqırımı  bəşər övladına qarşı törədilmiş cinayətlər və  etnik təmizləmə hadisələri içərisində ən dəhşətlisidir. Mühüm strateji mövqeyə malik və Azərbaycanın qədim tarixini  özündə əks etdirən Xocalının    Ermənistan tərəfindən işğalından sonra  maddi- mədəniyyət abidələri  məhv edilib. Həmçinin  qədim Xocalı qəbiristanlığı darmadağın olunub. Bu erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.  Həmin gecə insanların xüsusi qəddarlıqla qətlə yetirildiyi qətiyyətlə pislənilir.

Məqalədə bildirilir ki,  Azərbaycan Respublikasının  ölkədəki  səfirliyi  Strateji Tədqiqatlar İnstitutu  ilə birlikdə fevralın 20-də “İnsanlığa qarşı cinayət: genosidetnik təmizləmə” mövzusunda  seminar keçiriləcək.

 

Ü.VAHİDQIZI

 

Xalq qəzeti.- 2018.- 20 fevral.- S.7.