“İslam
Əməkdaşlıq Təşkilatına üzv
dövlətlərin vətəndaşları üçün
Azərbaycan Respublikasının ali təhsil
müəssisələrində təhsil qrantının verilməsi
Qaydaları, o cümlədən təhsil
qrantının məbləği”nin təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 54 Bakı şəhəri, 19 fevral
2018-ci il
“İslam Əməkdaşlıq Təşkilatına
üzv dövlətlərin
vətəndaşlarına Azərbaycan Respublikasının
ali təhsil müəssisələrində təhsil üçün
qrantların verilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 6 dekabr tarixli 3457 nömrəli Sərəncamının 3.1-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1.“İslam Əməkdaşlıq
Təşkilatına üzv
dövlətlərin vətəndaşları
üçün Azərbaycan
Respublikasının ali
təhsil müəssisələrində
təhsil qrantının
verilməsi Qaydaları,
o cümlədən təhsil
qrantının məbləği”
təsdiq edilsin (əlavə olunur).
2.Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi, Azərbaycan Respublikasının Təhsil
Nazirliyi və Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll
etsinlər.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2018.- 21 fevral.- S.3.