“Ali təhsilin
magistratura səviyyəsi üzrə
ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis
hazırlığı aparılan ixtisasların Təsnifatı”nın
və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qüvvədən düşmüş bəzi
qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli
95 nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 55 Bakı şəhəri,
19 fevral 2018-ci il
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən,
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 6, maddə
568; 2012, ¹ 4, maddə 388, ¹ 5, maddə 492; 2013, ¹ 3, maddə
331, ¹ 8, maddə 1003; 2015, ¹ 6, maddə 787; 2016, ¹ 3, maddə
620; 2017, ¹ 2, maddə 289, ¹ 3, maddə 492, ¹ 9, maddə
1735) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların
(ixtisaslaşmaların) Təsnifatı”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.“2. Humanitar və sosial ixtisaslar qrupu” bölməsinin “060212 Hüquqşünaslıq”
ixtisasına “- İnformasiya
hüququ” sətrindən
sonra “- İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ”, “- Tibbi hüquq”, “- Əqli mülkiyyət hüququ”,
“- Əmək hüququ:
sosial təminat hüququ”, “- İdman hüququ” və “- Turizm hüququ” sətirləri əlavə
edilsin.
2.“3. Mədəniyyət
və incəsənət
ixtisasları qrupu” bölməsinin “060307 Musiqişünaslıq”
ixtisasına “- Musiqi nəzəriyyəsi” sətrindən
sonra “- Musiqi texnologiyaları” sətri əlavə edilsin.
3.“4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsinin “060412 Davamlı
inkişafın idarə
edilməsi” ixtisasına
“- Davamlı inkişafın
siyasi idarə edilməsi”, “- Davamlı inkişafda insan potensialı”, “- Davamlı
inkişafın planlaşdırılması”,
“- Davamlı insan inkişafı” və “- Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi” sətirləri əlavə
edilsin.
4.“5. Təbiət ixtisasları qrupu” bölməsinin “060503 Fizika”
ixtisasına “- Atom və
nüvə fizikası”
sətrindən sonra
“- Kosmologiya” sətri əlavə edilsin.
5.“8. Səhiyyə,
rifah və xidmət ixtisasları qrupu” bölməsinin
“060805 Sosial iş” ixtisasına “- Həyat fəaliyyətinin müxtəlif
sahələrində sosial
iş” sətrindən
sonra “- Gənclərlə
iş” sətri əlavə edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2018.- 21 fevral.- S.3.