“The Daily Caller”: Azərbaycan yeni İpək Yolu boyunca Amerikanın mühüm müttəfiqidir

 

Amerikanın “The Daily Caller” nəşrində İsrailin aparıcı analitik mərkəzinin beynəlxalq kommunikasiyalar üzrə direktoru bu mərkəzin sabiq beynəlxalq müxbiri Maayan HoffmanınAzərbaycan yeni İpək Yolu boyunca Amerikanın mühüm müttəfiqidirsərlövhəli məqaləsi dərc edilib. Müəllif yazır ki, siyasi dairələrdə Azərbaycan həm həyati əhəmiyyətli enerji ehtiyatlarının təchizatçısı, həm Çin ilə Avropa arasında Avropanın hüdudlarından kənarda ticarətin artmasına şərait yaradan yeni İpək Yolu üzərində əsas paylaşdırıcı məntəqə kimi geosiyasi əhəmiyyətli dövlət hesab edilir.

M.Hoffman qeyd edir ki, Azərbaycanın nadir coğrafi mövqeyi həm insanların ünsiyyəti, həm əmtəələrin, məhsulların xidmətlərin qarşılıqlı əlaqəsi üçün çox əlverişlidir. Azərbaycan həm Rusiya, həm İran ilə həmsərhəd olan yeganə ölkədir. Müəllif iki ölkə arasında daha sıx tərəfdaşlığın zəruri olmasından söhbət açaraq yazır ki, Birləşmiş Ştatlar Azərbaycan üçün ideal tərəfdaşdır. Bu baxımdan, ABŞ-ın da Bakı ilə ciddi tərəfdaşlığa marağı qarşılıqlı olmalıdır.

Müəllif vurğulayır ki, Azərbaycanı dəstəkləmək müdafiə etmək Amerikanın maraqlarına uyğundur. Lakin bu iki ölkənin yaxınlaşması yolunda müəyyən əngəllər var. Belə əngəllərin ən birincisi konqresinerməni aid varsa hamısına yaxınolmasıdır. Ekspert qeyd edir ki, bunun əsas səbəbi ABŞ-dakı erməni icmasının çoxsaylı siyasi cəhətdənsəxavətliolmasıdır.

Ermənistan kiçik, siyasi iqtisadi cəhətdən inkişaf etməmiş ölkə olduğuna baxmayaraq, onun vacibliyi digər regional dövlətlərin Ermənistandan istifadə dərəcəsi ilə ölçülür. M.Hoffman yazır ki, Ermənistanın vassal dövlət olması hamıya məlumdur, ondan Qərb ilə bütün regionun inteqrasiyasını zəiflətmək üçün bu regionu dağıtmaq məqsədilə istifadə edilir. Ermənistan başqa ölkənin hərbi bazaları silahları ilə doludur, onun lideri isə bir dəfə bəyan edib ki, özünün xarici siyasətini regional böyük dövlətin rəhbərliyi iləkoordinasiya edir”. Müəllif qeyd edir ki, Azərbaycanın Dağlıq Qarabağ regionundadondurulmuşmünaqişə Ermənistanın iflasa məhkum olan layihəsidir. Ermənistan Dağlıq Qarabağ regionunu işğal etdiyinə öz qoşunlarını bu regiondan çıxarmaqdan imtina etdiyinə görə mənfəətli regional layihələrdən, o cümlədən yeni İpək Yolu layihəsindən təcrid olunur.

 

Yusif  Babanlı,

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Xalq qəzeti.- 2018.- 21 fevral.- S.6.