“Bakı şəhərinin
Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami,
Yasamal, Səbail, Pirallahı, Xəzər
rayonlarının sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı
il 25 fevral tarixli 86 nömrəli qərarında
dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 56 Bakı şəhəri, 19 fevral
2018-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
“Bakı şəhərinin Suraxanı,
Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 2, maddə
392) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.4-cü bənd
aşağıdakı redaksiyada
verilsin:
“1.4. tikintiyə başlamazdan əvvəl tikintiyə icazə verilərkən, tikiləcək
binaların ərazidə
yerləşdirilməsinin ərazi
planlaşdırma sənədlərinə
uyğunluğuna, həmçinin
şəhərsalma norma
və qaydalarına, tikilən binaların mərtəbəliliyinə və
tikinti aparılacaq ərazinin tikinti sıxlığı normalarına,
yaşayış məntəqələrinin
yaşıllıqla təmin
edilməsi normalarına
əməl olunmasına
ciddi nəzarət edilməsini, eyni zamanda ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi
ilə bağlı qanunvericiliyin tələblərinin
təmin edilməsini;”.
2. 3-cü hissə
ləğv edilsin.
Abid Şərifov
Azərbaycan Respublikası
Baş nazirinin müavini
Xalq qəzeti.-
2018.- 22 fevral.- S.2.