Xocalı soyqırımı tarixdə ən qəddar və
amansız terror hadisəsidir
Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov Xocalı soyqırımının tarixdə ən qəddar və amansız terror hadisələrindən biri, xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu vurğulayıb. Rektor xatırladıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalıya hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutub. Hücum zamanı şəhərdə olan üç min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1.275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. A.Məhərrəmov ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində faciəyə hüquqi-siyasi qiymət verildiyini, Prezident İlham Əliyevin onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atdığını bildirib. Rektor Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il dünyanın bir çox ölkələrində silsilə tədbirlərin reallaşdırılmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik
Yaqub Mahmudov Xocalı faciəsinin başvermə
səbəbləri və
acı nəticəsindən
bəhs edib. Xocalı faciəsinin
200 illik qanlı tariximizin son soyqırımı
olduğunu deyən akademik XX əsrdə azərbaycanlıların dörd
dəfə kütləvi
qırğınlara, soyqırımlarına
və etnik təmizləmələrə məruz
qaldığını bildirib.
Tədbirdə BDU-nun və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin dəstəyi ilə hazırlanan, Xocalı soyqırımından bəhs
edən “Cəzasız
cinayət” sənədli
filminin təqdimatı
olub. Tarixi-publisistik, elmi-kütləvi janrları özündə
birləşdirən ekran
əsərində Xocalı
soyqırımının səbəb
və nəticələri
göstərilir, tarixi,
hüquqi, siyasi və psixoloji aspektləri təqdim edilir.
AZƏRTAC
Xalq qəzeti.-
2018.- 23 fevral.- S.5.