“Qətliamı
gördüm”
Türkiyə mediasında
Xocalı həqiqətləri
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün
başladığı illərdə
Qarabağda baş vermiş qanlı olaylardan dünya mətbuatı ya xəbərsiz idi, ya da təhrif
edilmiş məlumatlar
dərc edirdi. Bu baxımdan Azərbaycan cəmiyyəti və mediası Qarabağ müharibəsi illərində
informasiya blokadasından
çox əziyyət
çəkib. Lakin bütün
bu çətinliklərə
baxmayaraq, xarici mediada Xocalı qətliamı o illərdə
işıqlandırılıb. Xarici mətbuat içərisində
isə qardaş Türkiyə mətbuatı xüsusi yer tutur.
O illərdə hətta Qərb mediasının həqiqətləri
tam demədiyi dövrdə
belə, Türkiyə
mətbuatı Qarabağda
baş vermiş qanlı olayları, erməni təcavüzü və işğalının ağır
nəticələrini geniş
işıqlandırmışdı.
1992-ci il xarici mətbuata nəzər saldıqda, Qarabağ müharibəsi,
xüsusilə də Xocalı qətliamına Türkiyə
mediasının da yer ayırmasını görmək mümkündür.
Türkiyə mediası
Azərbaycanda baş vermiş Xocalı qətliamı ilə bağlı geniş məlumatı ilk olaraq, “Milliyət” qəzetindən oxumuş oldu. “Milliyət” qəzetinin martın 4-ü tarixli sayında həmin qəzetin müxbiri Rəhbər
Bəşiroğlunun hazırladığı
məqalə Xocalı
qətliamını geniş
şəkildə Türkiyə
ictimaiyyətinə çatdırdı. Qəzetin məhz həmin sayının üz qabığında məqalənin
“Qətliamı gördüm”
sərlövhəsi istər
tərtibat, istərsə
də məzmun baxımından diqqəti
cəlb edirdi. Qəzet “müxbirimiz
bu fotoları ağlayaraq çəkdi”—deyə Qarabağdan çəkilmiş fotoları
oxucuların ixtiyarına
verib. “Milliyət” qəzeti “Ermənilər qana doymur, qarınları
deşilmiş uşaqlar,
süngülənmiş qadınlar,
gözləri oyulmuş,
qulaqları kəsilmiş
kişilər...Cəsədlər...Cəsədlər...” ifadələri ilə törədilmiş
cinayəti oxucuya çatdırıb.
Məqalədə qətliam qurbanlarının
və sağ qalmış yaralı insanların şəkilləri
, eləcə də şahidlərin söylədiyi
emosional dolu söhbətlər əslində
o dövrdə
informasiya blokadasında
olan Azərbaycanın Türkiyə başda olmaqla, dünya ictimaiyyətinə
çatdırılan səsi
idi. Məqalədə
müxbirin hadisə yerindən hazırladığı
reportajın o dövrdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq baxımından
əhəmiyyəti böyükdür.
Müxbirin söhbətləşdiyi insanlar həmin gecə Xankəndində yerləşmiş 366-cı motoatıcı
alayın Xocalıya hücumu və insanları hansı qəddarlıq və işgəncə ilə qətlə yetirmələrini
danışıblar.
Ümumiyyətlə, Qarabağ
müharibəsi illərində
Türkiyə mediasının
bir çox nümayəndələri ölkəmizə
gələrək cəbhədəki
vəziyyətlə tanış olmuşdur.
Onlardan Mete Çubukçu,
Yunus Şen, Coşkun Aral və eləcə də digər jurnalistlər Azərbaycana gələrək
Qarabağ müharibəsində
baş vermiş olayları işıqlandırmış,
işğalçı Ermənistanın
qanlı siyasətinin
şahidi olaraq, işğala məruz qalmış tərəf kimi Azərbaycandan reportajlar hazırlamışlar.
26 il keçməsinə baxmayaraq,
bu gün də qardaş Türkiyənin KİV-ləri
öz informasiya siyasətində
Türkiyə-Azərbaycan arasında qardaşlıq
və dostluq əlaqələri başda
olmaqla, həm də Qarabağ həqiqətlərinə,
erməni işğalına
geniş yer ayırır, Azərbaycanın
tarixində silinməz
iz qoymuş və təkcə Azərbaycan türklərinə
deyil, bütövlükdə
insanlığa qarşı
törədilmiş Xocalı
soyqırımına diqqətlə
yanaşır. Bununla bağlı
müxtəlif televiziya
verilişləri, sənədli
filmlər, kitablar hazırlanır.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2018.- 25 fevral.- S.6.