Suraxanıda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

 

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil, səhiyyə və sənaye müəssisələrində silsilə tədbirlər keçirilir.

Rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 327 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr olunan ümumrayon tədbiri keçirilib.

Rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, ictimaiyyət nümayəndələri, Suraxanıda məskunlaşan xocalılılar əvvəlcə “Xocalısız 26 ilmövzusunda məktəblilər arasında keçirilən rəsm müsabiqəsinin qaliblərinin əl işlərinə baxıblar.

Tədbir  Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Xocalı faciəsinin, o cümlədən, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovet imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixiictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.

XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, NaqasakiSonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

İllər keçdikcə, bu faciənin təfərrüratları beynəlxalq aləm tərəfindən dərk edilir və soyqırımı törədənlər ifşa olunurlar.

Erməni separatçılarının Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırımı və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə qiymət vermək yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra reallaşdı. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli görüldü.

Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyini dəfələrlə vurğulayıb.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu var.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət!” kampaniyası hazırda 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla həyata keçirilir.

Artıq dünyanın iri şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılır, küçə və parklara Xocalı adı verilir. Görülən məqsədyönlü və səmərəli işlər nəticəsində “Xocalıya ədalət!”in miqyası hər il durmadan genişlənir, bu istiqamətdə aparılan fəaliyyət müsbət nəticələr verir.

Tədbirdə Suraxanı rayonunda məskunlaşmış Xocalı şəhər sakini, soyqırımı nəticəsində yaxınlarını itirmiş Qədim Abbasov, şəhid anası Saray Quliyeva çıxış ediblər. 

Sonda 87 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.

 

Vaqif BAYRAMOV


 

Xalq qəzeti.- 2018.- 25 fevral.- S.11.