Xocalı soyqırımı xarici mətbuat səhifələrində

 

 

 

Vaşinqton post”: 7 cənazədən ikisi uşaq, üçü qadın idi

 

Tomas Qolts, Ağdam,  Azərbaycan, 27 fevral 1992

 

Döyüş vəziyyətində olan Dağlıq Qarabağın şərqində yerləşən bu şəhərin baş məscidinin xidmətçiləri dedilər ki, bu gün onlar ermənilərin çərşənbə günü işğal etdiyi Xocalıdan gətirilmiş 17 nəfəri dəfn ediblər.

Stepanakertin şimal-qərbində yerləşən Xocalı şəhərindən olan qaçqınlar hücum zamanı qadın uşaqlar daxil olmaqla 500 nəfərin öldürüldüyünü dedilər. Ağdam məscidinin direktoru Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qaçqınlar çərşənbə günündən bəri onun məscidinə 477 meyit gətiriblər.

Bu gün burada gördüyümüz 7 cənazədən ikisi uşaq, üçü qadın idi. Ağdam xəstəxanasında müalicə olunan digər 120 qaçqın ağır yaralardan əziyyət çəkir. Raziyə Aslanova Ağdama çərşənbə günü gecə çatıb. O, dedi ki, çərşənbə axşamı gecə Xocalıya hücuma keçən ermənilər dayanmadan atırdılar. Onun əri kürəkəni öldürülmüş, qızı itkin düşmüşdür.

Dağlıq Qarabağdan bura qaçıb gələn qaçqınlar arasında keçmiş sovet daxili qoşunlarında xidmət edən iki türkmən əsgəri var idi. Onlar ötən cümə hərbi hissələrini tərk etmiş Xocalıda sığınacaq tapmışlar. Əsgərlər dedi ki, erməni çavuşları onlarımüsəlman olduqları üçündöyürdülər.

Fərarilər bildirdilər ki, onların keçmiş hərbi hissəsi 366-cı alay Xocalını işğal edən erməni hərbçilərini dəstəkləyirdi. Onlar bildirdilər ki, qadın uşaqlara qaçmağa kömək edirdilər. Əsgərlərdən biri Ağaməhmət Mütif dedi: “Biz dağlardan keçərək bir qrup gətirirdik. Bu zaman ermənilər bizi gördü atəş açmağa başladılar. On iki nəfər öldürüldü”.

 

İndependent”: Biz ölürük, siz isə baxırsınız

 Elen Vomak, 29 fevral 1992

 

Ağdamdakı “RÖYTER” müxbiri Elif Kaban məlumat vermişdir ki, çərşənbə qırğınından sonra azərilər bu bölgənin ikinci böyük yaşayış mərkəzi olan Xocalı şəhərində ermənilərin işğalı zamanı öldürülmüş onlarca insanı dəfn edirdilər. Dəfndə iştirak edənlərdən biri jurnalistlərin üstünə qışqıraraq demişdir: “Dünya burada baş verənlərə göz yumur. Biz ölürük, siz isə baxırsınız”.

 

Sandey tayms”: Ermənilər yüzlərlə qaçqın ailəsini qırır

Tomas QOLTS, Ağdam, Azərbaycan, 1 mart 1992

 

Sağ qalanların sözlərinə görə, erməni əsgərləri 450-dən çox azərbaycanlıya atəş açmış süngüdən keçirmişlər. Onların çoxu uşaq qadınlar idi. Yüzlərlə, bəlkə minlərlə insan itkin düşmüş ölmüşdür.

İşğalçılar qadın uşaqları müdafiə edən əsgərləri könüllüləri öldürmüşlər. Sonra onlar qorxudan əsən qaçqınlara atəş açmağa başlayıblar. Sağ qalanlardan bir neçəsi baş verənləri belə təsvir etdi: “Elə əsl qırğın belə başladı. Ermənilər dayanmadan atırdılar. Sonra onlar içəri daxil oldular, bıçaq süngü ilə adamları doğramağa başladılar”. Bu, sağ qalan üç əsgərdən biri olan Azər Hacıyevin dedikləri idi.

Raziyə Aslanova Ağdama başqa qadınlar uşaqlarla erməni meşələrindən keçərək gəlmişdir. O, ermənilərin dayanmadan atdığını bildirdi, əri kürəkəninin gözləri qarşısında öldürüldüyünü dedi. Qızı isə hələ tapılmayıb.

Ağdama gələn oğlanlardan biri qulağını itirmişdi. Sağ qalanların dediyinə görə daha 2000 adam hələ tapılmayıb: bəlkə onların çoxu soyuqdan yaxud da aldıqları yaralardan ölüblər.

Dünən gecə Ağdam meyitxanasına 479 meyit gətirildi qəbiristanlıqda 29 nəfər dəfn olundu. Mənim gördüyüm hələ dəfn olunmamış 7 cənazənin 2-si uşaq, 3-ü isə qadın idi. Onlardan birinin sinəsi aldığı güllə yarasından tamamilə dağılmışdı. Ağdam xəstəxanası qan terror səhnəsinə çevrilmişdi. Həkimlər bildirdilər ki, soyqırımdan qaçan 140 xəstə dərin güllə yaralarından əziyyət çəkir.

Ancaq onlar Ağdamda da təhlükəsiz deyildilər. Cümə günü gecə 150 min əhalisi olan şəhərin üzərinə raketlərdən zərbələr endirildi. Bir neçə bina dağıdıldı bir nəfər öldü.

 

Tayms”: Qarabağda cənazə təpələri

 

2 mart 1992

 

Anatol Liven erməni qoşunları tərəfindən həyata keçirilən kütləvi insan qırğını barədə məlumat toplayan zaman atəşə tutulub.

Biz Dağlıq Qarabağın qarla örtülmüş dağlarından aşağı düşərkən səpələnmiş meyitləri gördük. Görünür, qaçqınlar qaçarkən onlara atəş açmışdılar. Bu hadisədən sonra jurnalistlər azərbaycanlı operator tərəfindən çəkilmiş kadrlara baxdılar. Kadrlarda bizim keçdiyimiz həmin dağların müxtəlif hissələrində onlarla insan cənazələri əks etdirilirdi.

Azərbaycanlılar iddia edir ki, keçən həftə ermənilər tərəfindən işğal olunan Xocalı şəhərindən qaçan azərbaycanlıların kütləvi qırğını zamanı, ən azı, 1000 nəfər öldürülüb. Daha 4 min nəfər yaralanmış, donub ölmüş, yaxud itgin düşmüşdür.

Mülki vertolyot dağlara enməli kütləvi qırğınların törədildiyi yerlərdən meyitləri yığmalı idi. Mülki vertolyot 4 meyit yığdı. Həmin vaxt azərbaycanlı operatorun çəkdiyi filmdə isə həmin təpələrdə onlarca meyit göstərilirdi.

Ağdama qayıdan zaman mülki vertolyotun yığdığı cənazələrə baxdıq. İki nəfər yaşlı kişi kiçik bir qız qanına qəltan edilmiş, onların əlləri ayaqları donmuşdu.

 

 Vaşinqton post”: Erməni basqınları, ölüm qaçqınlar

2 mart 1992

 

Xocalının 10 min əhalisindən, təxminən, 1000 nəfəri erməni ordusunun çərşənbə axşamı həyata keçirdiyi hücum zamanı qətlə yetirilmişdir. Azərbaycan televiziyası Xocalı ərazisindən cənazələrin yük maşınları ilə evakuasiyasını göstərmişdir.

 

Nyu York tayms”: Ermənilərin törətdiyi qırğın

 

Ağdam, Azərbaycan, 3 mart 1992

 

Röytersbildirir ki, Azərbaycanın ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağ bölgəsində erməni hərbçilərinin mülkü vətəndaşlara qarşı törətdiyi soyqırımı haqqında bu gün yeni bir sübut əldə olunmuşdur.

Vertolyotla bölgəyə gedən Azərbaycan jurnalistləri rəsmiləri qayıdan zaman özləri ilə üç uşaq meyiti gətirmişlər. Onların başlarının arxa hissəsi tamamilə dağıdılmışdı. Onlar dedilər ki, ermənilərin atəş açması onlara meyitləri yığmağa imkan vermədi.

Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəşov dedi: “Qadınların uşaqların başlarının dərisi soyulmuşdu. Biz meyitləri yığmağa başlayanda onlar bizi gülləborana tutdular”.

Röyters”in fotoqrafı Frederik Lenqan dedi ki o, Ağdam yaxınlığında azərbaycanlıların meyitlərinin iki yük maşınına doldurulduğunu görüb: “Birinci dəfə 35 meyit saydım məncə, ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi bir neçəsi hərbi rəngdə forma geymişdi”.

 

Tayms”: İşıqlandırılmamış soyqırımı

 Anatol Liven, 3 mart 1992

 

Dağlıq Qarabağın təpələrində qadın uşaqlar daxil olmaqla 60-dan çox meyit səpələnmişdi bunlar erməni qoşunlarının Azəri qaçqınlarına qarşı törətdiyi qırğını təsdiq edir. Yüzlərlə adam itgin düşüb, təpə dərələr erməni qüvvələrinin azərbaycanlı qaçqınlara qarşı ötən çərşənbə axşamı törətdiyi soyqırımı nəticəsində öldürülmüş insanların meyitləri ilə dolu idi.

Burada 31 meyit var idi. Ən azı, daha 31 cənazə ötən 5 gün ərzində Ağdama aparılmışdı. Bu rəqəmlərə çərşənbə axşamı gecəsi ermənilərin Azərbaycan şəhəri Xocalını darmadağın etdikləri zaman qətlə yetirilən dinc əhali aid deyil. Həmçinin tapılmamış meyitlər istisna olunur.

Soyqırımı zamanı sağ qalan Zahid Cabbarov dedi: “Biz olduğumuz yerdə 200 nəfər öldürüldü”. Müxtəlif istiqamətlərdən gəlmiş qaçqınlar da gülləborana tutulduqlarını yolboyu çoxlu sayda insanın qətlə yetirildiyini dedilər. Meyitlərin ətrafında əşyalar, paltar şəxsi sənədlər var idi. Cənazələr kəskin şaxtadan donmuşdular, həmçinin qırğından sonra təpə meşələrdə gizlənmiş insanlar da soyuqdan ölmüşdü. Onların hamısı kasıb geyinmiş adi adamların cənazələri idi.

Bizim gördüyümüz 31 nəfərdən yalnız 3 nəfər formada idi, biri polis, ikisi isə milli könüllülər idi. Qalanları mülki şəxslər idi (8 qadın 3 uşaq). İki ailə birlikdə öldürülmüşdü burada qadınlar əliuşaqlı idilər.

Onlardan bir neçəsi başından dəhşətli yaralar almışdı: balaca bir qızın isə yalnız üzü salamat qalmışdı. Sağ qalanlar dedilər ki, onlar yerə uzananda ermənilər dayanmadan onlara atəş açırdılar.

 

Hazırladı:

T.AYDINOĞLU

 

Xalq qəzeti.- 2018.- 25 fevral.- S.11.