“The Peninsula” qəzeti:
Xocalı faciəsi zamanı insanların yaşamaq
hüququ kütləvi şəkildə pozulub
Azərbaycanın Qətərdəki səfirliyi tərəfindən Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar həmin ölkənin nüfuzlu ingilisdilli “The Peninsula” qəzetində geniş məqalə dərc edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi qırğının bəşəriyyət tarixində ən qanlı hadisələrdən biri olduğu vurğulanıb. Qeyd edilib ki, Xocalı soyqırımı zamanı 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə beynəlxalq müstəvidə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat kampaniyasının Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Yazıda Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımının bütün elementlərinə görə BMT qətnamələrində nəzərdə tutulan “genosid” məfhumuna uyğun gəldiyi vurğulanıb.
Məqalədə
Dağlıq Qarabağ münaqişəsinə,
bu yöndə BMT Təhlükəsizlik
Şurası tərəfindən qəbul edilmiş
qətnamələrə, Ermənistan tərəfindən həmin
qətnamələrə məhəl qoyulmaması və
Xocalı soyqırımını törədənlərin
indiyədək cəzasız qalması kimi
məsələlərə yer verilib. Azərbaycan xalqının Xocalı
şəhidlərinin xatirəsini həmişə
anacağı və ölkənin ərazi bütövlüyünün
bərpasınadək mübarizəsini davam
etdirəcəyi bildirilib.
Xalq qəzeti.-
2018.- 27 fevral.- S.7.