Qisas qiyamətə qalmayacaq…
O zaman milliyyətcə erməni olan avropalı jurnalist belə öz soydaşlarının vəhşiliyindən qəzəblə söz açırdı: “Ermənilər Xoçalıda öldürdükləri 100 nəfərin cəsədini yan-yana düzərək körpü yaratdılar. Mən həmin qanlı cəsədlər üzərindən keçib, ayağımı körpə bir uşağın sinəsi üzərinə basarkən bədənimdə dəli bir titrəyiş hiss etdim. Fotoaparatım, bloknotum və qələmim yerə düşərək qana bulaşdı. Erməni qatillərinin bu ağlasığmaz cinayətləri önündə özümü tamam itirdim. Beynimdə dəhşətli bir ağrı başladı. Belə daşürəkli, qəddar bir millətin nümayəndəsi olduğum üçün özümə nifrət etdim”.
Qarabağın ən qədim insan məskənlərindən birində- Xocalıda əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Liditse, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Bu soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlılara qarşı törədilən ən amansız, müdhiş hadisədir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilən keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum zamanı erməni faşizminin caynağından taleyin xoş təsadüfi nəticəsində xilas olan sakinlərin- Xocalı soyqırımı şahidlərinin danışdıqları düşmənin qandonduran vəhşiliklərini gözlərimiz önündə canlandırır və o gecə qatillər tərəfindən tarixi bir fəlakətin yaşandığı təsdiqlənir.
Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetiriblər. Azğınlaşan cəlladlar insanların başlarının dərisini soyub, əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, adamları diri-diri torpağa basdırıb və ya yandırıb, cəsədlərin bir qismini minalayıblar.
Hazırda dövlətimiz tərəfindən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyət göstərilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Xocalı soyqırımının dünyada tanıdılması, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası ardıcıl həyata keçirilir.
Burada bir məqamı da xatırlatmaq istərdik. Xocalı faciəsinin dəhşətini, insanlığa sığmayan vəhşi hərəkət olduğunu ermənilər özləri də gizlətmirlər. Məsələn, xalqımızın qatı düşməni, Qarabağ-Xocalı fəlakətlərinin əsas müəlliflərindən biri olan M.Şahnazarov “Xocalı faciəsinin genosidi xatırlatmasına heç bir şübhə yeri yoxdur”,- deyib. Bəli, Şahnazarovun özü hələ 26 il bundan əvvəl Xocalı faciəsini əsl genosid adlandırıb. Həmin qanlı hadisələrin ilhamçısı Zori Balayan da bu fikirlə razılaşıb. O, “Ruhumuzun dirilməsi” adlı “əsərində” yazıb: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar… Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu 13 yaşındakı türkə onların atalarının bizim uşaqlara elədiklərini etdim: Onun başından, sinəsindən və qarnından dərisini soydum... Xaçatur təzəcə ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklərlə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha üç türk uşağına elədik... Ertəsi gün bir kilsəyə gedərək 1915-ci ildə ölənlərimiz və ruhumuzun dünən gördüyümüz çirkabdan təmizlənməsi üçün dua etdik. Ancaq biz Xocalını vətənimizin bir parçasını işğal edən 30 min nəfərlik çirkabdan təmizləməyi bacardıq…”.
Uşağa əl qaldırmaq, ona işgəncə vermək, silah-süngü yönəltmək, öldürmək insanlığa sığmayan hərəkətdir. Belə isə bu vəhşilikləri törədənlərə nə ad verəsən?!.
Bu, hətta vəhşilikdən də, faşizmdən də betər bir qəddarlıqdır. Bu, elə bir qaniçənlikdir ki, onu yalnız erməni quldurları özlərindən də betər havadarlarının dəstəyi ilə ediblər. İnsan libası geyinən həmin yırtıcılarda insanlıqdan heç bir əlamət belə yoxdur. Çünki insanlıq hissindən zərrə qədər payı olan kəsin qəlbində bir damla sevgi və mərhəmət hissi də olar. Bu qədər qəddar olanların isə öz balasını sevməsi də ciddi sual doğurur. Axı ürəyində övlad məhəbbəti olan, körpə sevgisi bəsləyən heç vaxt, heç yerdə heç bir uşağa silah tuşlaya, zülm edə bilməz.
Xocalı qətliamının şahidləri də şəhərin yaxınlığındakı Qaraqayamış deyilən yerdə eybəcər hala salınan xeyli azərbaycanlı meyiti gördüklərini, onların arasında uşaqların da olduğunu bildirirlər: “Qətlə yetirilən uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar”.
Xocalı sakini
Əntiqə Qəhrəmanova hər dəfə o dəhşət dolu
günləri yada salanda
8 yaşlı nəvəsinin dedikləri gözünün
qarşısına gəlir: “Nəvəm ermənilərin
ayağını qucaqladı ki, “ay erməni, qadan alım, atama dəymə, bəs bizi
kim saxlayacaq?” Erməni də dedi ki, “atana
de ki, torpaq erməninindir, buraxım...”.
Əntiqə nənənin qızını,
kürəkənini, nəvəsini
gözünün qabağında
öldürüblər.
O, üç nəvəsi
ilə birgə əsirlikdən azad olunandan sonra Bakıda yerləşib. O
zaman böyük nəvəsinin 8 yaşı,
lap kiçiyinin isə
bir yaşı da yox imiş.
Artıq
o uşaqlar böyüyüblər.
Uşaqların ürəyindəki
həsrət, kədər,
qisas hissi də onlarla bərabər böyüməkdədir...
Soyqırımında üç
övladını itirən
Sədaqət Hüseynova
isə deyir: “Fevralın 25-dən 26-na keçən
o dəhşətli gecədə
bacımla yeddi usağı da götürüb Qarqar çayı istiqamətinə yön aldıq.
Artıq beş gün beş gecə idi ki, ac-susuz
çöllərdə, meşələrdə
idik. Uşaqlar yemək, su istəyirdilər… Taqətdən düşən bacım daha yeriyə bilməyib qarın üstünə çökdü.
Yalvardım ki, bacı,
qalx, uşaqları bu zülümdən qurtaraq. Amma artıq gec idi... Bundan sonra şaxta
gözlərim önündə
ömür çiçəyimin
üçünü də
soldurdu. Bacımın üç ciyərparası
da kol dibində
donub qaldı. Son gücümü toplayaraq bacımın salamat qalan böyük
qızının əlindən
tutub irəliləməyə
çalışdım. Bundan sonra nələr
olduğu yadımda deyil… Gözümü açanda özümü
Ağdam hospitalında
gördüm. Orada
ayaqlarımı əməliyyat
edərək don vurmuş
barmaqlarımı kəsmişdilər…”.
Erməni vandalizminin
qəddarlığından dəhşətə gələn
fransalı müxbir
Jan İv Yunet də Xocalı faciəsi zamanı ermənilərin heç bir rəhm etmədən
uşaqları da süngüyə keçirdiklərini,
vəhşicəsinə öldürdüklərini yazırdı:
“Xocalı faciəsi məni dəhşətə
gətirdi. Yüzlərlə cəsəd gördüm.
Aralarında günahsız qadınlar
və qocalarla yanaşı, uşaqlar da var idi.
Mən alman faşistlərinin yırtıcı xisləti
haqqında çoxlu kitablar oxumuşdum. Ancaq ermənilərin bu məzlum insanları və 5-6 yaşlı körpə uşaqları
öldürərkən etdikləri
vəhşiliklər faşistlərin
törətdikləri cinayətkar
aksiyaları belə kölgədə qoyurdu.
Mən xəstəxanada,
dağıdılan uşaq
bağçalarında, məktəblərdə
və sinif otaqlarında güllələrdən
bədənləri deşik-deşik
olmuş çoxlu yaralı uşaq gördüm…”.
O zaman milliyyətcə erməni
olan avropalı jurnalist David Xeyriyan belə öz soydaşlarının vəhşiliyindən
qəzəblə söz
açırdı: “Ermənilər
Xocalıda öldürdükləri
100 nəfərin cəsədini
yan-yana düzərək
körpü yaratdılar.
Mən həmin qanlı cəsədlər üzərindən
keçib, ayağımı
körpə bir uşağın sinəsi
üzərinə basarkən
bədənimdə dəli
bir titrəyiş hiss
etdim. Fotoaparatım, bloknotum və
qələmim yerə
düşərək qana
bulaşdı. Erməni
qatillərinin bu
ağlasığmaz cinayətləri
önündə özümü
tamam itirdim. Beynimdə dəhşətli bir ağrı başladı.
Belə daşürəkli, qəddar
bir millətin nümayəndəsi olduğum
üçün özümə
nifrət etdim”.
Bu gün o qanlı gecənin dəhşətlərini yaşayan
xocalılar əminliklə
bildirirlər ki, dövlətimizin
ərazi bütövlüyü
təmin ediləcək,
Xocalı soyqırımının
da, digər cinayətlərin də bütün iştirakçıları
layiqli cəzalarını
alacaqlar. Ölkəmiz
dinamik inkişaf edir və onun
hərbi qüdrəti
də gündən-günə artır. Bu gün Azərbaycan
bölgənin lider dövlətidir. Ermənistan heç
bir sahədə özünü Azərbaycanla
müqayisə edə
bilməz. Eyni zamanda,
işğalçı dövlətə
göstərilən təzyiq
də güclənməkdədir.
Beynəlxalq təşkilatlar,
dünya dövlətləri Azərbaycanın
ərazi bütövlüyünü
tanıyır. Bütün bunlar
Azərbaycanın mövqelərini
daha da möhkəmləndirir
və düşməndən
qisas alınacağı,
torpaqlarımızın azad
ediləcəyi günün
o qədər də uzaqda olmadığını
göstərir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.-
2018.- 27 fevral.- S.8.