Kaliforniyanın televiziya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir

 

ABŞ-ın Kaliforniya ştatında Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın LosAnceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən qaçarkən” (Running from the Darkness) sənədli filmi bir sıra yerli ictimai kanallarda nümayiş etdirilir.

Azərbaycanın Los–Ancelesdəki Baş Konsulluğundan APA-ya bildirilib ki, sənədli filmin nümayişi Baş Konsulluğun təşəbbüsü və Şimali Kaliforniyada yaşayan soydaşımız Zərifə Musayevanın təşkilatçılığı ilə həyata keçirilir.

Əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulmuş filmin nümayişinə Şimali Kaliforniyanın San Fransisko, San Xose, Kampbel, Mauntin Vyu, Los Altos, Palo Alto və digər şəhərlərindəki yerli ictimai kanallarda fevral ayının 23-dən start verilibnümayiş bir ay davam edəcək. Sözügedən şəhərlər dünyanın yüksək texnologiyalar mərkəzi olan Silikon Vadisinə daxildir.

Filmdə Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alimjurnalist rəylərinə də yer verilib, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılıb.

 

Xalq qəzeti.- 2018.- 27 fevral.- S.9.