Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı
ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi,
həmin məlumatların
təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 313
Bakı şəhəri,
20 iyul 2018-ci il
“Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 3 aprel tarixli 1059-VQD nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 4 may tarixli 43
nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 1, maddə 56; 2017, ¹ 3, maddə 514) ilə təsdiq edilmiş “Tikintilərin Dövlət
reyestrinə daxil edilən məlumatların
tərkibi, həmin məlumatların təqdim
edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.2-ci bəndində
“10 (on) gün” sözləri
“3 iş günü” sözləri ilə əvəz edilsin.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
24 iyul.- S.2