Torpağın dövlət ehtiyacları üçün alınması barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 316

Bakı şəhəri, 20 iyul 2018-ci il

 

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqındaAzərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədəAzərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 3692 nömrəli Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilənBakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisilayihəsi çərçivəsində tikinti altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınsın (yerquruluşu xəritəsi əlavə olunur).

2. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılsın:

2.1. alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılsın;

2.2. yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasınınTorpaqların dövlət ehtiyacları üçün alınması haqqındaAzərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilməsini təmin etsin;

2.3. yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlak alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Maliyyə NazirliyiBakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 3692 nömrəli Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilənBakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisilayihəsi çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının maliyyələşdirilməsini təmin etsin.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 24 iyul.- S.2.