“Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi
və hasilatın pay bölgüsü haqqında
Azərbaycan Respublikasının
Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan)
Limited və SOCAR-ın
Ortaq Neft Şirkəti arasında Saziş”ə Azərbaycan
Respublikası Hökumətinin
təminatı və öhdəlikləri barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 318
Bakı şəhəri,
23 iyul 2018-ci il
“Xəzər
dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat
blokunun kəşfiyyatı, işlənməsi və
hasilatın pay bölgüsü haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 2583
nömrəli Sərəncamına əsasən, 2018-ci il 26
aprel tarixində imzalanmış “Xəzər dənizinin Azərbaycan
sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü
haqqında Azərbaycan Respublikasının Dövlət Neft
Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və
SOCAR-ın Ortaq Neft Şirkəti arasında Saziş”ə uyğun olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
“Xəzər dənizinin
Azərbaycan sektorunda
D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü
haqqında Azərbaycan Respublikasının Dövlət Neft
Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və
SOCAR-ın Ortaq Neft Şirkəti arasında Saziş”in 5-ci əlavəsində qeyd
olunmuş “Azərbaycan Respublikası Hökumətinin təminatı
və öhdəlikləri” təsdiq edilsin.
(Azərbaycan Respublikası Baş
nazirinin yanında 2018-ci il 23 iyul tarixində
keçirilmiş müşavirənin 6 nömrəli protokolu əlavə olunur).
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
25 iyul.- S.4.