“İnzibati orqanların Təsnifatı”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 321
Bakı şəhəri,
23 iyul 2018-ci il
“Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin struk-turuna daxil olan bəzi
qurumların əsasnamələrinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 4 aprel tarixli 1905 nömrəli Fərmanının
2.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə və 2.4-cü bəndinə
əsasən Azərbaycan
Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007, ¹ 8, maddə 861, ¹ 9, maddə
923, ¹ 10, maddə 1021, ¹ 12, maddə
1331; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddə 150,
¹ 4, maddələr 282, 293, ¹ 8, maddələr 674, 675, 680, ¹ 10, maddələr
846, 852, 856; 2010, ¹ 2, maddələr 146,
161, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 54, ¹ 5, maddə
447, ¹ 9, maddə 855; 2012, ¹ 5, maddə 475, ¹ 8, maddə
817, ¹ 10, maddə 1028, ¹ 11, maddə
1204, ¹ 12, maddələr 1363, 1388; 2013, ¹ 1,
maddə 73, ¹ 8, maddələr
1015, 1038, ¹ 10, maddə 1219; 2014, ¹ 1, maddə 69, ¹ 3, maddə
312, ¹ 6, maddə 736, ¹ 7, maddə
918, ¹ 10, maddə 1308; 2015, ¹ 2, maddə 227, ¹ 5, maddə
612, ¹ 6, maddə 799, ¹ 11, maddə
1413; 2016, ¹ 2 (II kitab), maddə
381, ¹ 4, maddələr 781, 831, ¹ 5, maddə 955, ¹ 7, maddə
1342, ¹ 8, maddələr 1439, 1450, ¹ 9, maddələr 1583, 1585, 1588, ¹ 11, maddə 1976, ¹ 12, maddə
2241; 2017, ¹ 2, maddələr 283, 295, 310, ¹
5, maddə 972, ¹ 8, maddə
1610, ¹ 10, maddə 1920; 2018, ¹ 2, maddə 335, ¹ 3, maddələr
577, 626) ilə təsdiq
edilmiş “İnzibati
orqanların Təsnifatı”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. Aşağıdakı məzmunda
8.3-2-ci və 8.3-3-cü bəndlər
əlavə edilsin:
“8.3-2. Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti
8.3-3. Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin tabeliyində olan regional bölmələri”.
2. 8.4.1-ci
yarımbənddə “ərazi
kənd təsərrüfatı
idarələri” sözləri
“rayon və şəhər
kənd təsərrüfatı
idarələri” sözləri
ilə əvəz edilsin.
3. 8.4.2-ci
yarımbənd ləğv
edilsin.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
25 iyul.- S.4.