“Məişət abonentlərinin
mövcud və ya inşa ediləcək tikinti obyektlərinin
elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən)
üçün texniki şərtlərin, layihə sənədlərinin
hazırlanması və verilməsi, habelə enerji təchizatı
şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 326
Bakı şəhəri,
24 iyul 2018-ci il
“Sahibkarların
mövcud və ya inşa ediləcək tikinti obyektlərinin
elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4
aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının
2.5-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Məişət
abonentlərinin tikinti obyektlərinin elektrik enerjisi
(gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən)
üçün texniki şərtlərin, layihə sənədlərinin
hazırlanması və verilməsi, habelə enerji təchizatı
şəbəkəsinə qoşulması Qaydası” təsdiq
edilsin (əlavə olunur).
Novruz Məmmədov
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 27 iyul.- S.2.