Məişət abonentlərinin mövcud ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği”nin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 327

 

Bakı şəhəri, 24 iyul 2018-ci il

 

 Sahibkarların mövcud ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı) olan mövcud ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləğitəsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın 1-ci hissəsində nəzərdə tutulan məişət abonentləri istisna olmaqla, məişət abonentlərinin tələb olunan gücü 150 kVt-a qədər (150 kVt daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləğiTikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş məbləğlər üzrə aşağıdakı qaydada müəyyən edilir:

2.1. məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 3 fazlı) olan mövcud ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləğiTikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarının 1 nömrəli əlavəsindəkənd təsərrüfatı təyinatlı obyektlər üçünmüəyyən edilmiş “3 fazlıqoşulma haqqının məbləğində;

2.2. məişət abonentlərinin tələb olunan gücü 20 kVt-dan 150 kVt-a qədər (150 kVt daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləğiTikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarının 1 nömrəli əlavəsindəticarət, ictimai iaşə, məişət digər növ xidmət obyektləri üçünmüəyyən edilmiş “3 fazlıqoşulma haqqının məbləğində.

3. Məişət abonentlərinin mövcud ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 12 (on iki) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği bu qərarın 1-ci 2-ci hissələrində müəyyən edilmiş müvafiq qoşulma haqqı məbləğlərinə    1,5 əmsalı tətbiq olunmaqla müəyyən edilir.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 27 iyul.- S.2.