“Mixaylo”nu
yaşadan film
Mehdi Hüseynzadə – 100
Bu yaxınlarda Prezident
İlham Əliyev Sovet
İttifaqı Qəhrəmanı Mehdi
Hüseynzadənin 100 illik yubileyininn
keçirilməsi ilə bağlı sərəncam
imzalamışdır. Sərəncamda qeyd olunub ki,
2018-ci ilin dekabr
ayında Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının
görkəmli nümayəndəsi, Sovet
İttifaqı Qəhrəmanı Mehdi Hənifə
oğlu Hüseynzadənin anadan olmasının 100 illiyi
tamam olur.
Mehdi Hüseynzadə Böyük Vətən müharibəsində faşizmə qarşı mübarizədə misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb. Bu mübarizə yolu haqqında əsərlər yazılıb, filmlər çəkilib. “Uzaq sahillərdə” filmi bu sənət əsərləri arasında xüsusi fərqlənir.
Ulu öndər dəfələrlə Mehdi Hüseynzadənin qəhrəmanlıq dolu həyatından danışıb, onunla bağlı olan bəzi problemlərin həllində necə səylə çalışdığını xatırlayıb. Ulu öndər bu barədə demişdir: “ Mehdi Hüseynzadənin kəşf olunmasında mənim şəxsi xidmətim var. O vaxt mən DTK-da işləyirdim, 50-ci illərin əvvəlləri idi. Müharibə vaxtı kimin faşistlərə xidmət etməsi, kimin onlara satılması, kimin qəhrəman olması məsələləri ilə çox məşğul idik. Düzünü deyim, ümumiyyətlə o zaman bizim sistemin istiqaməti də bundan ibarət idi ki, düşmənlərimizə kimin kömək etdiyini axtarıb tapaq. Bu işlər gedirdi. Bunlarla məşğul olarkən təsadüfən Mehdi Hüseynzadə haqqında materiallara rast gəldim. Öncə onu belə təqdim etmişdilər ki, başqaları kimi əsir düşübdür, faşistlərə xidmət edibdir. İlkin məlumatlardan Mehdi Hüseynzadə haqqında belə bir təsəvvür yarandı və bu cür materiallar da hazırlandı. Ancaq xoşbəxtlik orasındadır ki, biz bunun dərinliyinə getdik. Ola bilər, bunu ilk dəfədir deyirəm, şəxsən mən özüm məsələnin dərinliyinə getdim. Baxdıq gördük ki, doğrudan da o, əsir düşübdür, faşistlərin yanında xidmət edibdir. Ancaq bunun xidməti nədən ibarətdir? Bu materialları qaldırdıq. Xatirimdədir, təxminən 1956-57-ci illər idi, bunları qəbul etmək istəmirdilər. Yenə deyirəm, istiqamət ondan ibarət idi ki, düşmənləri tapaq kim gedib legionda qulluq edib, kim faşistlərə xidmət edib. Orada kim qəhrəmanlıq göstərib onları axtaran yox idi. Özü də düşmən arxasındakı qəhrəmanlar sonradan meydana çıxdı. Həmin o "Baharın on yeddi anı" və başqa filmlər nə vaxt çəkildi? Amma "Uzaq sahillərdə"ni biz nə vaxt çəkdik? Görürsünüz, o vaxt biz bu materialları qaldırdıq, verdik. Olan olub, keçən keçib, bu materiallar meydana çıxanda bizim özümüzdə fikir doğdu ki, bu barədə bir oçerk yaradaq. Materialları iki-üç işçimizə verdik ki, onlar yazsınlar. Onlar bunu yazmağa başladılar, ancaq peşəkar deyildilər və bir şey alınmadı. Ona görə müraciət elədik Kommunist Partiyasının Mərkəzi Komitəsinə, materialları oraya verdik. Müraciət etdik ki, bizə kömək etsinlər, bunu bir əsər kimi yaradaq.
Sonra bu
material komsomola təqdim
olundu. Rəhmətlik İmran Qasımov
və Həsən Seyidbəyli bu sahədə işləyən
gənc adamlar idilər və materialı tez götürdülər. Biz
də onlara kömək etdik, nə vardı hamısını verdik.
Onlar bunu yazdılar, sonra da film çəkildi.”
1957-ci ildə Mehdi
Hüseynzadəyə Sovet
İttifaqı Qəhrəmanı
adı verildi. Bu ad veriləndən sonra Bakıda Mehdi Hüseynzadənin xatirəsinə
böyük abidə qoyulması da ulu öndərə nəsib oldu.
“Uzaq sahillərdə “ filminin çəkilişi
tanınmış kinorejissor
Tofiq Tağızadəyə
həvalə olundu.
1958-ci ildə ekranlara
çıxan bu ekran əsərinə elə həmin il ölkədə 27,8 milyon tamaşaçı
baxmışdı. Bu, Sovet İttifaqı üçün çox yüksək göstərici
idi. 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalında
nümayiş etdirilən
filmin musiqisinə görə dahi bəstəkarımız Qara
Qarayev xüsusi mükafata layiq görüldü.
Mehdi Hüseynzadəni
obrazını filmdə
gənc aktyor Nodar Şaşıqoğlu
yaradıb Bu, sonralar Xalq artisti kimi
şöhrətlənən sənətkarın kinoda
ilk işi idi. Doğrudur, dövrün
kinoşünas və
kino mütəxəssisləri
Nodar Şaşıqoğlunun
yaratdığı Mixaylonu
çox tənqid etdilər. Əvvəlinci tənqid obyekti
o idi ki, aktyor zahiri görünüşcə
II Dünya müharibəsində
misilsiz qəhrəmanlıqlar
göstərmiş bakılı
partizan Mehdi Hüseynzadəyə, ümumiyyətlə,
oxşamır. Çünki Mehdi ortaboy, enlikürək, qarayanız,
dolusifət bir gənc olmuşdu. Amma hamımızın dəfələrlə
baxdığı filmdə
Nodar Şaşıqoğlunun
yaratdığı Mixaylo
görünüşcə qəhrəman Mehdidən çox fərqlənir.
Mehdi Hüseynzadəni canlı
görən tanışları,
döyüş yoldaşları
Nodarın Mehdidən çox fərqləndiyini
qeyd edirdilər.
Hətta
Mehdi Hüseynzadənin
bacısı Bikəxanım
da filmi izlədikdən sonra bu barədə danışmışdı.
İkinci tənqid isə Nodarın Mehdinin daxili aləmini, ruhunu tam əks etdirə bilməməsi ilə bağlı idi. Şaşıqoğlunun Mixaylosu daha
çox avropalıya bənzəyən ucaboy, ağbəniz, ciddi və soyuqqanlı bir adamdır. Mehdi Hüseynzadə isə xasiyyətcə çox istiqanlı və mehriban olub. Vaqifdən, Ələsgərdən, Molla
Cuma və Səməd Vurğundan xeyli şeirlər deyər, özü də ara-sıra yazarmış. Nodar Şaşıqoğlunun
yaratdığı Mixaylonun
Ələsgərdən, Molla
Cumadan şeir deməyini təsəvvür
etmək belə, çətindir.
Mehdi Hüseynzadə
ilə eyni partizan dəstəsində
vuruşmuş Cavad Həkimlinin münasibəti
də maraqlıdır. O, yazırdı:
“Uzaq sahillərdə”
filmi çəkiləndə
gecələr Bakıda
camaat yatmırdı. Hamı bu filmin necə
alınacağını səbirsizliklə
gözləyirdi. Fimin çəkildiyi
vaxta kimi bu povesti, demək
olar ki, hamı oxumuşdu. Ona görə də kino həvəskarları Mehdi Hüseynzadəni ekranda görməyi səbirsizliklə gözləyirdilər.”
Filmdəki bəzi kadrlar Bakının mərkəzində,
Filarmoniya tərəfdə,
Tağıyevin mülkündə
lentə alınıb. Ümumilikdə çəkilişlər Pribaltikada,
Soçidə (dəniz
səhnələri) və
ölkəmizin Ağsu
bölgəsində lentə
alınıb”.
“Uzaq sahillərdə”
filmi dünyanı dolaşdı. Mehdinin qəhrəmanlığını
bütün dünyaya
yaydı. Bu gün də xalqımızın bu qəhrəman oğlu unudulmur, yaddaşlarda yaşayır. Onun haqqında
çəkilmiş filmi
də tamaşaçılar
60 ildir ki, sevə-sevə izləyirlər.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2018.-
28 iyul.- S.7.