Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
11 mart tarixli 73 nömrəli
qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin enerji səmərəliliyinin
artırılması və
enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar”da dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 250
Bakı şəhəri, 4 iyun
2018-ci il
“Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 1 fevral tarixli 982-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında” Azərbaycan
Respublikasının 2012-ci il
29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 6 mart tarixli
1867 nömrəli
Fərmanının 1.3-cü bəndinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
11 mart tarixli 73 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 3, maddə
306; 2015, ¹ 12, maddə 1565; 2017, ¹ 10, maddə 1924) ilə təsdiq edilmiş “Tikinti obyektlərinin enerji səmərəliliyinin
artırılması və
enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar”ın
1.2.2-ci yarımbəndində “və 80.1-ci” sözləri
“, 80.1-ci və 81.1-ci” sözləri
ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.- 6
iyun.- S.6.