Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 621 nömrəli qərarı ilə təsdiq edilmiş “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

 

¹ 251      

                              Bakı şəhəri, 4 iyun 2018-ci il

 

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 621 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2566) ilə təsdiq edilmiş “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın 3.1-ci bəndinə “Fond,” sözündən sonra “həmin Qanunun 21.0.3-cü, 21.0.4-cü və 21.0.5-ci maddələrində göstərilən mənbələrdən daxilolmalara və” sözləri əlavə edilsin.

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 6 iyun.- S.6.