“Azərbaycan
Respublikasının Torpaq
Məcəlləsinin tələblərinin
pozulmasına görə
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əsasən
Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsi
tərəfindən tətbiq
edilən cərimələrdən
(o cümlədən, onun
tərəfindən inzibati
xəta haqqında protokol tərtib edilərək baxılması
üçün məhkəməyə
göndərilən inzibati
xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan
və həmin orqanın hesabına köçürülən vəsaitdən
istifadə Qaydası”nın
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 253 Bakı şəhəri,
6 iyun 2018-ci il
“Azərbaycan Respublikasının
Torpaq Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
15 dekabr tarixli 947-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının
1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 29 dekabr tarixli 1775 nömrəli Fərmanının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti
QƏRARA ALIR:
“Azərbaycan Respublikasının
Torpaq Məcəlləsinin
tələblərinin pozulmasına
görə Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
əsasən Azərbaycan
Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsi tərəfindən
tətbiq edilən cərimələrdən (o cümlədən,
onun tərəfindən
inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün
məhkəməyə göndərilən
inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən)
toplanan və həmin orqanın hesabına köçürülən
vəsaitdən istifadə
Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 6 iyun tarixli 253 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Torpaq
Məcəlləsinin tələblərinin
pozulmasına görə
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əsasən
Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsi
tərəfindən tətbiq
edilən cərimələrdən
(o cümlədən, onun
tərəfindən inzibati
xəta haqqında protokol tərtib edilərək baxılması
üçün məhkəməyə
göndərilən inzibati
xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan
və həmin orqanın hesabına köçürülən vəsaitdən
istifadə
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasının Torpaq Məcəl-ləsinin 45-ci maddəsinin
4-cü hissəsinə uyğun
olaraq hazırlanmışdır
və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinin
pozulmasına
görə Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
əsasən Azərbaycan
Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsi (bundan sonra – Komitə) tərəfindən tətbiq
edilən cərimələrdən
(o cümlədən, onun
tərəfindən inzibati
xəta haqqında protokol tərtib edilərək baxılması
üçün məhkəməyə
göndərilən inzibati
xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan
və həmin orqanın hesabına köçürülən vəsaitdən
(bundan sonra – büdcədənkənar vəsait)
istifadə qaydasını
müəyyən edir.
1.2. Komitənin büdcədənkənar
vəsaitinin toplanılması
və təyinatı üzrə istifadəsi məqsədi ilə Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin (bundan sonra - Maliyyə Nazirliyi) Dövlət Xəzinədarlığı
Agentliyində Komitənin
xüsusi xəzinə
hesabı açılır.
1.3. Büdcədənkənar vəsaitin
uçotu Maliyyə Nazirliyi tərəfindən
müəyyən edilən
dövlət büdcəsindən
maliyyələşən təşkilatlarda
büdcə təşkilatları
üçün milli
mühasibat uçotu
standartlarına uyğun
olaraq mühasibat uçotunun təşkilinə
və aparılmasına
dair təlimata əsasən həyata keçirilir.
1.4. Büdcədənkənar vəsaitin
toplanılmasına və
həmin vəsa-itdən
istifadə edilməsinə
nəzarət Maliyyə
Nazirliyi tərəfindən
həyata keçirilir.
1.5. Büdcədənkənar vəsaitdən
istifadəyə dair rüblük hesabatlar artan yekunla tərtib
edilir. Rüblük hesabat hər
rübdən sonrakı
ayın 20-dək Komitə
tərəfindən Maliyyə
Nazirliyinə təqdim
edilir.
1.6. Büdcədənkənar vəsaitin
istifadəçisi (sərəncamçısı)
dəyiş-dirilə bilməz.
2. Büdcədənkənar
vəsaitdən istifadə
qaydası
2.1. Büdcədənkənar vəsait
Komitədə işləyən
dövlət qulluq-çularının
sosial müdafiəsinin
gücləndirilməsi məqsədi
ilə aşağıdakı
istiqamətlərə xərclənir:
2.1.1. dövlət qulluqçularının kollektiv
və fərdi qaydada mükafat-landırılmasına;
2.1.2. dövlət qulluqçularına maddi yardımın göstərilməsinə;
2.1.3. Komitənin dövlət qulluqçularının səhiyyə
xidmətlərinin təşkilinə
və müalicə-sağlamlıq
tədbirlərinin həyata
keçirilməsinə;
2.1.4. Komitənin dövlət qulluqçularının kooperativ
mənzil tikintisinin qismən maliyyələşdirilməsinə;
2.1.5. Komitənin dövlət qulluqçularının işçilərinə
ezamiyyə xərclərinin
ödənilməsinə;
2.1.6. sosial sığorta və baş vermiş bədbəxt hadisələrlə
bağlı icbari sığorta haqlarının
ödənilməsinə.
2.2. Büdcədənkənar vəsaitdən
istifadə olunması
ilə bağlı digər məsələlər
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017-ci il 17 noyabr tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
dövlət büdcəsindən
maliyyələşən idarə
və təşkilatların
büdcədənkənar vəsaitləri
haqqında Əsasnamə”yə
uyğun olaraq həyata keçirilir.
3. Dövlət qulluqçularının mükafatlandırılması
3.1. Komitənin dövlət qulluqçularının kollektiv
mükafatlan-dırılması aşağıdakı hallarda
həyata keçirilir:
3.1.1. işlər vaxtında və keyfiyyətlə yerinə
yetirildikdə;
3.1.2. mühüm dövlət tapşırıqları
vaxtında yerinə yetirildikdə;
3.1.3. qanunla müəyyən
edilmiş milli bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar
olduqda.
3.2. Komitənin dövlət qulluqçularının fərdi
mükafatlandırılması aşağıdakı hallarda
həyata keçirilir:
3.2.1. vəzifə təlimatında nəzərdə
tutulan vəzifələr
vaxtında və peşəkarlıqla yerinə
yetirildikdə, səmərələşdirici
təkliflər verildikdə,
təşəbbüskarlıq göstərildikdə, işdə
yeni forma və metodlar tətbiq edildikdə, gənc mütəxəssislərə köməklik
göstərildikdə;
3.2.2. rəhbərliyin tapşırıqları vaxtında
və keyfiyyətlə
yerinə yetirildikdə;
3.2.3. normativ hüquqi
aktların layihələrinin
hazırlanmasında fərqləndikdə.
4. Yekun müddəalar
4.1. Büdcədənkənar
vəsaitin xərclənməsi
zamanı gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq tutulur.
4.2. Büdcədənkənar vəsaitdən
təyinatı üzrə
istifadə edilmə-məsinə
görə vəzifəli
şəxslər Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsinə və
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə uyğun
olaraq məsuliyyət
daşıyırlar.
Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilə bilər.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.- 8
iyun.- S.2.