Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 254   

   Bakı şəhəri, 7 iyun 2018-ci il

 

“Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 6, maddə 749; 2015, ¹ 3, maddələr 333, 338, ¹ 4, maddə 455, ¹ 6, maddə 801, ¹ 10, maddə 1220, ¹ 11, maddə 1425; 2016, ¹ 6, maddə 1195, ¹ 10, maddə 1731, ¹ 11, maddə 1944; ¹ 12, maddə 2243; 2017, ¹ 4, maddə 635, ¹ 11, maddə 2174) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinin 1.1-ci, 1.3-cü, 1.4-cü bəndləri, 4.2.1.3-cü və 4.2.1.4-cü yarımbəndləri, 7.2-ci, 7.3-cü, 7.5-ci, 7.10-cu, 7.11-ci, 7.13-cü, 7.14-cü, 9.1-9.11-ci, 11.3-cü bəndləri və “II. Təsərrüfathesablı qurumlar” bölməsinin 7.4-cü, 7.4-1-ci və 7.6-cı bəndləri ləğv edilsin.

 

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2018.- 13 iyun.- S.4.