Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 255    

     Bakı şəhəri, 7 iyun 2018-ci il

 

 

 Mədəniyyət turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının

Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların

 

SİYAHISI

 

Təhsil müəssisələri:

 

Azərbaycan Turizm və Menecment Universiteti;

Bakı Turizm Peşə Məktəbi;

Mingəçevir Turizm Kolleci.

 

Dövlət qoruqları:

 

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu;

Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu;

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu;

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla);

KişTarix-Memarlıq Qoruğu.

 

Turizm İnformasiya mərkəzləri:

 

Bakı Turizm İnformasiya Mərkəzi (“Baku City Tour” turist avtobusları daxil olmaqla);

Şamaxı Turizm İnformasiya Mərkəzi;

Xaçmaz Turizm İnformasiya Mərkəzi;

Quba Turizm İnformasiya Mərkəzi;

Lənkəran Turizm İnformasiya Mərkəzi;

Gəncə Turizm İnformasiya Mərkəzi;

Şəki Turizm İnformasiya Mərkəzi;

Zaqatala Turizm İnformasiya Mərkəzi;

Qəbələ Turizm İnformasiya Mərkəzi;

İsmayıllı Turizm İnformasiya Mərkəzi;

Bərdə Turizm İnformasiya Mərkəzi.

 

Təsərrüfathesablı qurumlar:

 

 “Azərbaycan Konqreslər Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti;

 “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti;

 “Şahdağ Turizm MərkəziQapalı Səhmdar Cəmiyyəti.

 

Digər qurumlar:

 

 Milli Kulinariya Mərkəzi.

 

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

                       

 

Xalq qəzeti.- 2018.- 13 iyun.- S.4.