Elektron hökumətportalına qoşulmalı olan informasiya sistemlərinin ehtiyatlarının Siyahısı”nın İnformasiya sistemlərinin ehtiyatlarının, elektron xidmətlərinElektron hökumətportalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 262  

 Bakı şəhəri, 13 iyun 2018-ci il

 

 Kredit büroları haqqındaAzərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr  tarixli 1145 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 5, maddə 547; 2015, ¹ 8, maddə 974, ¹ 11, maddə 1417; 2016, ¹ 4, maddə 795, ¹ 5, maddə 955, ¹ 6, maddə 1192, ¹ 9, maddə 1582, ¹ 11, maddə 1938, ¹ 12, maddə 2239; 2017, ¹ 3, maddələr 473, 509, ¹ 9, maddələr 1731, 1764; 2018, ¹ 2, maddə 348; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 may tarixli 209 nömrəli qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumətportalına qoşulmalı olan informasiya sistemlərinin ehtiyatlarının Siyahısı”na aşağıdakı məzmunda 45-ci hissə əlavə edilsin:

45. Kredit büroları üzrə

45.1.Kredit tarixçələrinin məlumat bazası

 

 

Əli Əhmədov

Azərbaycan Respublikası

Baş nazirinin müavini

     

Xalq qəzeti.- 2018.- 15 iyun.- S.10.