“Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 263

  Bakı şəhəri, 13 iyun 2018-ci il

 

 “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

“Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Əli Əhmədov

Azərbaycan Respublikası

Baş nazirinin müavini

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 iyun tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Tütün məmulatları tullantılarının utilizasiyası

 

QAYDASI

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Tütün məmulatlarının istifadəsinin məhdud-laşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən hazırlanmışdır tütün məmulatları tullantılarının utilizasiyası qaydasını müəyyən edir.

1.2. Bu Qayda mülkiyyət təşkilati hüquqi formasından asılı olmayaraq bütün hüquqi fiziki şəxslərə şamil olunur.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. tütün məmulatları - tütün yarpağından onun kompo-nentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü s.). Bütün növ qəlyanlar elektron siqaretlər tütün məmulatlarına bərabər tutulur;

1.3.2. tütün məmulatlarının tullantıları - qanunvericiliyin müddəalarına müvafiq olaraq kənarlaşdırılan, kənarlaşdırılma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan tütün məmulatları onların qalıqları, tütün məmulatlarının xammal, material, maddə, yarımfabrikatları onların qalıqları;

1.3.3. tütün məmulatları tullantılarının utilizasiyası - tütün məmulatları tullantılarından lazımi materialların enerjinin ayrılaraq təkrar istifadə üçün yararlı hala salınması;

1.3.4. istehsalat tullantılarına aid edilən tütün məmulatlarının tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn ilkin istehlak xüsusiyyətlərini tam ya qismən itirən tütün məmulatları onların qalıqları, tütün məmulatlarının xammal, material, maddə yarımfabrikatları onların qalıqları;

1.3.5. tütün məmulatları tullantılarının sahibi (mülkiyyətçisi) - tütün məmulatları tullantılarının istehsalçısı, təhvil verildikdən sonra onların daşınmasını, habelə utilizasiyasını zərərsizləşdirilməsini həyata keçirən şəxslər.

1.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağandır.

2. Tütün məmulatları tullantılarının utilizasiyası

2.1. Aşağıdakı tütün məmulatları utilizasiyaya yararlı tütün məmulatlarının tullantılarına aid edilir:

2.1.1. keyfiyyətsiz tütün məmulatları - məqsədli istehlak təyinatına uyğun olmayan ya texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməyən, mənşəyi məlum olmayan, üzərində saxlanma (yararlılıq) müddəti göstərilməyən ya saxlanma (yararlılıq) müddəti bitmiş, məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan istehsal edilən ya satılan, qablaşdırılmasına ya etiketlənməsinə dair məcburi tələblərə cavab verməyən tütün məmulatları, tütün məmulatlarının xammal, material, maddə, yarımfabrikatları onların qalıqları;

2.1.2. saxta tütün məmulatları - hüquq sahibinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hüquqlarını pozaraq, əmtəə nişanından, coğrafi göstəricisindən firma adından qanunsuz istifadə etməklə yaradılmış (istehsal edilmiş) tütün məmulatları, tütün məmulatlarının xammal, material, maddə, yarımfabrikat onların qalıqları.

2.2. İstehsal prosesində əmələ gələn tütün məmulatlarının tullantıları utilizasiyadan əvvəl Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası”na uyğun olaraq inventarlaşdırılır.

2.3. Utilizasiya məqsədi ilə tütün məmulatları tullantılarının qəbul edilməsi ya təhvil verilməsi mütləq sənədləşdirilməlidir (bu sənədlərə tütün məmulatları tullantılarının qəbulu ya təhvili, alqı-satqısı, bağışlanması ya mübadiləsi barədə bağlanılmış müqavilələr, təhvil verilmə barədə qaimələr ya təhvil-təslim aktları aiddir).

2.4. Utilizasiyaya yararlı tütün məmulatlarının tullantıları onların sahibi (mülkiyyətçisi) tərəfindən “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yoxlama digər nəzarət tədbirləri çərçivəsində onların dövriyyədən çıxarılması barədə qərar qəbul etmiş yoxlayıcı orqanın mütəxəssislərinin nəzarəti ilə utilizasiya edilməsi üçün müvafiq ixtisaslaşmış müəssisələrə təhvil verilir.

2.5. Aşağıdakı tütün məmulatları utilizasiyaya yararsız tütün məmulatlarının tullantılarına aiddir:

2.5.1 süpürüntü tullantıların tərkibində olan istifadəsi mümkün olmayan tütün məmulatlarının tullantıları;

2.5.2. urnalardan toplanan qarışıq tullantıların tərkibində olan istifadəsi mümkün olmayan tütün məmulatlarının tullantıları.

2.6. Utilizasiyaya yararsız olan tütün məmulatlarının tullantıları ətraf mühitə zərərli təsirin qarşısını almaq şərtilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması zərərsizləşdirilməsi Qaydaları”na uyğun kənarlaşdırılır Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icazəsi əsasında xüsusi ayrılmış ərazilərdə (poliqonlarda) basdırılır.

2.7. Yandırılma üsulu ilə utilizasiya edilmiş tullantıların qalıqları ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədi ilə ekoloji qanunvericiliyə uyğun olaraq, xüsusi ayrılmış yerlərdə təcrid edilir (basdırılır).

3. Tütün məmulatları tullantılarının utilizasiyası ilə bağlı xərclərin ödənilməsi

3.1. Utilizasiyaya yararsız tütün məmulatları tullantılarının təcrid edilməsi utilizasiyaya yararlı tütün məmulatları tullantılarının utilizasiyası ilə bağlı xərclər həmin tütün məmulatları tullantılarının sahibi (mülkiyyətçisi) tərəfindən ödənilir.

3.2. Tütün məmulatları tullantılarının onların utilizasiyasına qədər yığılması (toplanması), daşınması, müvəqqəti saxlanması ilə bağlı xərclər “İstehsalat məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə yoxlama digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən utilizasiyaya yararlı tütün məmulatlarının tədqiqinin (sınağının) aparılması onun nəticələrinə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilməklə dövriyyədən götürülməsi, daşınması saxlanması ilə bağlı xərclər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş “Yoxlama digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi ya məhv edilməsi Qaydası”na uyğun olaraq müəyyən olunur.

 

 

Xalq qəzeti.- 2018.- 15 iyun.- S.10.