Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il  27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər kabinetinin Qərarı

 

¹ 267

  Bakı şəhəri, 14 iyun 2018-ci il

 

“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə 1032; 2014, ¹ 1, maddə 69; 2016, ¹ 2 (II kitab), maddə 361,

¹ 11, maddə 1951; 2017, ¹ 7, maddə 1486; 2018, ¹ 4, maddə 834) ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 1.1-ci bəndinin ikinci cümləsində “layihə-smeta” sözləri “layihə” sözü ilə əvəz edilsin.

 

Əli Əhmədov

Azərbaycan Respublikası

Baş nazirinin müavini

 

Xalq qəzeti.- 2018.- 21 iyun.- S.3.