“Ezamiyyə xərclərinin
normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli
qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
№ 269
Bakı şəhəri, 20 iyun 2018-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1.
“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14
nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, №
6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66, № 9 maddə
854; 2013, № 2, maddə 197, № 10, maddə 1222; 2015, № 8, maddə
962; 2018, № 3, maddə 592) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 1-ci hissədə “65,0” rəqəmləri “90,0” rəqəmləri ilə, “50,0” rəqəmləri “70,0” rəqəmləri ilə və “45,0” rəqəmləri “65,0” rəqəmləri ilə əvəz edilsin;
1.2. 6-cı hissədə “10,0” rəqəmləri “15,0” rəqəmləri ilə əvəz edilsin.
2. Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə
minir.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 22 iyun.-
S.3.