“Fövqəladə
hallar orqanları əməkdaşlarının attestasiyası
Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 270
Bakı şəhəri, 20 iyun
2018-ci il
“Fövqəladə
hallar orqanlarında xidmətkeçmə haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 31 may tarixli
687-VQD nömrəli Qanununun
tətbiqi və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə
haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 13
avqust tarixli 314 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 12 iyul tarixli 1517 nömrəli Fərmanının 1.3-cü bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
“Fövqəladə
hallar orqanları əməkdaşlarının attestasiya-sı
Qaydası” təsdiq edilsin (əlavə olunur).
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il
20 iyun tarixli 270 nömrəli qərarı
ilə təsdiq edilmişdir.
Fövqəladə hallar orqanları
əməkdaşlarının attestasiyası
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda
“Fövqəladə hallar
orqanlarında xidmətkeçmə
haqqında” Azərbaycan
Respublikası Qanununun
(bundan sonra – Qanun) 17.8-ci maddəsinə
uyğun olaraq hazırlanmışdır və
fövqəladə hallar
orqanlarında xüsusi
rütbələr verilməklə
kiçik, orta və böyük rəis heyəti vəzifələrində çalışan
əməkdaşların (bundan
sonra − əməkdaş)
attestasiyası keçirilməsi
qaydasını müəyyən
edir.
1.2. Hər bir fövqəladə
hallar orqanlarının
əməkdaşının 5 (beş) ildə
bir dəfədən çox olmayaraq attestasiyası keçirilə
bilər.
1.3. Attestasiyanın keçirilməsinin
əsas məqsədləri
aşağıdakılardır:
1.3.1. əməkdaşların tutduqları vəzifələrə
uyğunluğunun müəyyənləşdirilməsi;
1.3.2. əməkdaşların potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara
çıxarılması;
1.3.3. əməkdaşların peşə səriştəliliyinin
artırılmasının stimullaşdırılması;
1.3.4. əməkdaşların təcrübə, yenidənhazırlanma
və ya ixtisasartırma keçmələrinə
zərurət dərəcəsinin
müəyyən edilməsi;
1.3.5. kadrların irəli
çəkilməsi məsələlərinin
həyata keçirilməsi.
1.4. Aşağıdakı əməkdaşların
attestasiyası keçirilmir:
1.4.1. hamilə qadınlar;
1.4.2. uşağının üç yaşınadək
sosial məzuniyyətdə
olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə
çalışan qadınlar
(uşağını təkbaşına
böyüdən kişilər);
1.4.3. tutduğu vəzifədə
faktiki olaraq 1 (bir) ildən az müddətdə qulluq keçən əməkdaşlar.
Attestasiyanın keçirilməsi qaydası
2.1. Attestasiya kollegial, obyektiv surətdə və zəruri hallarda müvafiq sahə üzrə müstəqil
mütəxəssislərin cəlb edilməsi ilə keçirilir.
2.2. Fövqəladə hallar orqanları əməkdaşlarının
attestasiyasının keçirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının
fövqəladə hallar
naziri və ya onun müvafiq
səlahiyyət verdiyi
vəzifəli şəxslər
tərəfindən attestasiya
komissiyası yaradılır.
Attestasiya komissiyası
kollegial orqandır, azı 5 (beş)
nəfərdən ibarət
olmaqla, bütün hallarda tərkibi tək sayda yaradılır.
2.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla
bağlı məlumat
vermiş əməkdaş
attestasiyadan keçirildikdə,
“Korrupsiyaya qarşı
mübarizə haqqında”
Azərbaycan Respublikası
Qanununun 11-2.4-cü maddəsinin
tələblərinə əsasən,
Azərbaycan Respublikası
Fövqəladə Hallar
Nazirliyinin korrupsiya ilə bağlı məlumatların verilməsi
üçün müəyyən
edilən struktur bölməsinin nümayəndəsi
attestasiya komissiyasının
iclasında iştirak
etməlidir.
2.4. Attestasiyanın keçirilməsinin
müddətləri, cədvəli
və bu Qaydanın 2.7-ci bəndində
göstərilən sualların
hazırlanmasında istifadə
olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı
attestasiya komissiyasının
sədri tərəfindən
təsdiq edilir və attestasiyanın başlanılmasına ən
geci 1 (bir) ay qalmış attestasiyadan keçən əməkdaşların
nəzərinə çatdırılır.
2.5. Attestasiyadan keçməli
olan hər bir əməkdaşa attestasiyanın başlanılmasına
ən azı 2 (iki) həftə qalmış onun bilavasitə rəhbəri
tərəfindən hazırlanmış
xidməti xasiyyətnamə
verilir. Həmin əməkdaş ona verilən xasiyyətnamə
ilə tanış
olmalıdır.
2.6. Xasiyyətnamədə əməkdaşın
xidməti fəaliyyətinə
qiymət verilir, fərdi xüsusiyyətləri,
güclü və zəif cəhətləri,
keçən dövr
ərzindəki işinin
nəticələri göstərilir.
Sonrakı attestasiyalarda komissiyaya
əvvəlki attestasiyanın
attestasiya vərəqəsi
də təqdim edilir.
2.7. Attestasiya komissiyasının
üzvləri tərəfindən
əməkdaşa yalnız
tutduğu vəzifəyə,
ixtisasına, icra etdiyi işlərə və onların nəticələrinə, habelə
tutduğu vəzifəyə
uyğunluğunu müəyyən
etmək üçün
qanunvericiliklə müəyyən
edilmiş hüquqlarına,
qulluq funksiyalarına
aid olan məsələlərlə
əlaqədar suallar verilə bilər. Attestasiya olunan əməkdaşa onun xidməti fəaliyyətinə bilavasitə
aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına
və etiqadına görə qiymətləndirilməsi
yolverilməzdir.
2.8. Əməkdaş attestasiyadan
keçirilərkən, onun
bilavasitə rəhbəri
attestasiyaya dəvət
edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən əməkdaşın
fəaliyyəti haqqında
onun məlumatını
dinləyir və təqdim edilmiş materialları nəzərdən
keçirir.
2.9. Əməkdaş üzrlü
səbəb olmadan və ya üzrlü
səbəbdən attestasiya
komissiyasının iclasına
gəlmədikdə, attestasiyadan
keçirilməmiş hesab
edilir. Həmin əməkdaş attestasiya komissiyasının
növbəti iclasında
bu Qaydaya uyğun olaraq attestasiyadan keçməlidir.
2.10. Əməkdaş üzrlü
səbəb olmadan attestasiya komissiyasının
iclasına gəlmədikdə,
həmin əməkdaş
barədə Qanunun
31.1-ci maddəsində nəzərdə
tutulmuş intizam tənbehi tədbirləri
tətbiq edilə bilər.
2.11. Əməkdaşın attestasiyasının
nəticələri əsasında
attestasiya komissiyası
aşağıdakı qiymətlərdən
birini verir:
2.11.1. tutduğu vəzifəyə
uyğun gəlir;
2.11.2. işini yaxşılaşdırsa
və komissiyanın tövsiyələrini yerinə
yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə
tutduğu vəzifəyə
uyğun gəlir;
2.11.3. tutduğu vəzifəyə
uyğun gəlmir.
2.12. Attestasiya komissiyası attestasiyanın nəticələri
əsasında ayrı-ayrı
fövqəladə hallar
orqanları əməkdaşlarının
qazandıqları müvəffəqiyyətlərə
görə mükafatlandırılması,
irəli çəkilmək
üçün ehtiyat
kadrlar siyahısına
daxil edilməsi, attestasiyadan keçən fövqəladə hallar orqanları əməkdaşlarının
təcrübə, yenidənhazırlanma
və ya ixtisasartırma keçməsi,
xidməti fəaliyyətinin,
işinin nəticələrinin
yaxşılaşdırılması, aşağı vəzifəyə
keçirilməsi və
ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə
bilər. Bu halda
attestasiya komissiyasının
irəli sürdüyü
tövsiyələr əsaslandırılmalıdır.
2.13. Əməkdaşın attestasiyası
zamanı onun xidməti fəaliyyətinin
qiymətləndirilməsinin nəticələri nəzərə
alınır. Əməkdaşın fəaliyyətinin qiymətləndirilməsi
“Dövlət qulluğu
haqqında” Azərbaycan
Respublikasının Qanunu
ilə müəyyən
edilmiş qaydada həyata keçirilir.
2.14. Əməkdaşın fəaliyyətinə
verilən qiymət və attestasiya komissiyasının tövsiyələri
attestasiyadan keçən
əməkdaşın iştirakı
olmadan komissiyanın iclasında açıq səsvermə yolu ilə qəbul edilir.
2.15. Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin
ən azı üçdə iki hissəsinin iştirakı
ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda,
attestasiyadan keçən
əməkdaş tutduğu
vəzifəyə uyğun
hesab edilir. Attestasiya komissiyasının üzvü
olan əməkdaş
attestasiyadan keçərkən,
səsvermədə iştirak
etmir. Attestasiyanın nəticələri səsvermədən dərhal
sonra əməkdaşa
bildirilir.
Attestasiyanın nəticələrinin rəsmiləşdirilməsi
3.1. Attestasiyanın nəticələri
(qiymət və tövsiyələr), attestasiya
zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib
edilən, sədr, katib və attestasiya
komissiyasının səsvermədə
iştirak etmiş digər üzvləri tərəfindən imzalanan
və nümunəsi bu Qaydanın əlavəsində göstərilən
attestasiya vərəqəsinə
yazılır.
3.2. Attestasiyadan keçən əməkdaşın attestasiya
vərəqəsi və
xasiyyətnaməsi onun
şəxsi işində
saxlanılır və
onların bir surəti arzusuna əsasən həmin əməkdaşa verilir.
3.3. Attestasiya komissiyasının
verdiyi qiymət əsas götürülərək,
bu Qaydanın 2.12-ci bəndində qeyd olunan tövsiyələr nəzərə alınmaqla
və qüvvədə
olan qanunvericiliyə uyğun olaraq, aidiyyəti fövqəladə
hallar orqanının rəhbəri tərəfindən
müvafiq qərarlar qəbul edilir. Həmin qərarlar əməkdaşın
attestasiyadan keçdiyi
gündən sonra ən geci 2 (iki) ay müddətində
qəbul olunur. Bu müddət keçdikdən
sonra attestasiyanın nəticələri əsasında
əməkdaşın aşağı
vəzifəyə keçirilməsi
və ya tutduğu vəzifədən
azad edilməsi haqqında qərarlar qəbul edilə bilməz.
3.4. Əməkdaşın üzrlü
səbəbdən işə
gəlmədiyi, ezamiyyətdə
və məzuniyyətdə
olduğu vaxt həmin 2 (iki) ay müddətinə daxil edilmir.
3.5. Əməkdaş attestasiyanın
nəticələrindən 7 (yeddi) iş günü müddətində
inzibati qaydada və ya məhkəmə
qaydasında şikayət
edə bilər.
Xalq qəzeti.- 2018.-
22 iyun.- S.3.