Cümhuriyyətin 100 illiyinə həsr olunmuş

“Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalı başlayır

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximizdevizi altında "Bölgələrdən-bölgələrə" Yaradıcılıq Festivalına start verilir.

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası əlaqələrin gücləndirilməsidir.

Festival çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən sənətkarların əl işlərinin satış-sərgiləri, folklor kollektivləri və incəsənət ustalarının konsert proqramları təşkil olunacaq.

Festivalın yay mövsümündə keçirilməsi ölkəmizə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradacaq.

Festivalın ilk tədbiri iyunun 25-də saat 17:00-da Masallı şəhərindəki Heydər Əliyev parkında başlanacaq. Burada Mədəniyyət Nazirliyinin 15 Regional Mədəniyyət İdarəsinin hər birinin festival çadırları qurulacaq, şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və s. əl işləri nümayiş etdiriləcək. Həmçinin hər bir regional idarə üzrə folklor qruplarının, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin çıxışları olacaq.

Növbəti tədbirin 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü Lənkəran şəhərində keçirilməsi planlaşdırılır.

Daha sonra festival digər regionlarda (ümumilikdə 15 şəhər rayonda) davam edəcək. Beləliklə, layihə çərçivəsində ölkəmizin regionlarının mədəni irsi geniş şəkildə, toplu halında bütün ölkə boyu təqdim təbliğ olunacaq.

Qeyd edək ki, ötən illərdə nazirlik tərəfindən həyata keçirilənBölgələrdən paytaxtalayihəsi çərçivəsində şəhər rayonların mədəni irsi Bakıda nümayiş olunmuşdu. Eyni zamanda, ayrı-ayrı regionlar arasında bu qəbildən mədəni mübadilə, qarşılıqlı konsert sərgilər keçirilir. Cümhuriyyətin 100 illiyi şərəfinə təşkil edilən "Bölgələrdən-bölgələrə" yaradıcılıq festivalı ilk dəfə Azərbaycanın bütün regionlarını əhatə etməklə yanaşı, şəhər rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi incəsənəti ilə tanış olmağa imkan yaradacaq, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə zəmin olacaq.

 

Samirə Əliyeva

 

Xalq qəzeti.- 2018.- 23 iyun.- S.9.