“Xarici dövlətlərin hüquqi
və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində
həyata keçirdikləri maliyyə əməliyyatları
barədə məlumatların bu dövlətlərin səlahiyyətli
orqanlarına verilməsi Hədləri və Qaydası”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli
211 nömrəli qərarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 272
Bakı şəhəri,
22 iyun 2018-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015, ¹ 6, maddə 784; 2016, ¹ 3, maddə 616, ¹
4, maddə 775; 2017, ¹ 9, maddə 1727) ilə təsdiq
edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki
şəxslərinin Azərbaycan Respublikası ərazisində
həyata keçirdikləri maliyyə əməliyyatları
barədə məlumatların bu dövlətlərin səlahiyyətli
orqanlarına verilməsi Hədləri və Qaydası” yeni
redaksiyada təsdiq edilsin (əlavə olunur).
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci il
22 iyun tarixli 272 nömrəli qərarı ilə təsdiq
edilmişdir.
Xarici dövlətlərin hüquqi
və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində
həyata keçirdikləri maliyyə əməliyyat-ları
barədə məlumatların bu dövlətlərin səlahiyyətli
orqanlarına verilməsi Hədləri və Qaydası
Ümumi müddəalar
“Xarici dövlətlərin hüquqi
və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində
həyata keçirdikləri maliyyə əməliyyatları
barədə məlumatların bu dövlətlərin səlahiyyətli
orqanlarına verilməsi Hədləri və Qaydası” (bundan
sonra – Qaydalar) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin
(bundan sonra – Vergi Məcəlləsi) 76-1-ci maddəsinə
uyğun olaraq Azərbaycan Respublikasının hesabatverən
maliyyə institutları tərəfindən barəsində
hesabat verilməli hesabların müəyyən edilməsi
üçün həyata keçirilməli olan hərtərəfli
yoxlama prosedurlarını, xarici dövlətlərin hüquqi
və fiziki şəxslərinin Azərbaycan
Respublikasının ərazisində həyata keçirdikləri
maliyyə əməliyyatları barədə məlumatların
bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi
hədlərini və qaydalarını müəyyən edir.
Bu Qaydalarda təsbit
olunan hərtərəfli yoxlama prosedurları nəticəsində
müəyyən olunmuş maliyyə hesabı həmin tarixdən
etibarən hesabat verilməli hesab kimi qiymətləndirilir.
Maliyyə hesabının qalığı və
ya dəyəri təqvim ilinin son gününə müəyyən
edilir.
Azərbaycan
Respublikasının hesabatverən maliyyə institutu bu
Qaydalarla müəyyən edilmiş hesabatvermə və hərtərəfli
yoxlama öhdəliklərinin yerinə yetirilməsi
üçün üçüncü şəxslər (kənar
auditorlar) cəlb edə bilər. Üçüncü
şəxslərin (kənar auditorların) cəlb edilməsi
maliyyə institutunu qanunla müəyyən edilən məsuliyyətdən
azad etmir.
Azərbaycan Respublikasının
hesabatverən maliyyə institutu ölümə görə
sığorta ödənişini alan həyatın
yığım sığortası və ya annuitet
sığortası müqavilələrinin fərdi
benefisiarının (hesab sahibi istisna olmaqla) barəsində
hesabat verilməli şəxs olması barədə əsası
olmadıqda, benefisiarın barəsində hesabat verilməli
şəxs olmasını bilənədək və ya belə
hesab etməyə əsası olanadək, həmin hesaba hesabat
verilməli hesab kimi yanaşmaya bilər.
1.5. Azərbaycan Respublikasının hesabatverən maliyyə
institutu benefisiarla əlaqədar əldə etdiyi məlumatda
bu Qaydaların 4.5.12-ci yarımbəndində qeyd olunan əlamətləri
aşkar edərsə, həmin benefisiarı barəsində
hesabat verilməli şəxs hesab etməyə əsası
vardır və bu Qaydaların 4.5-ci bəndində əks
olunan prosedurlara riayət etməlidir.
1.6. Xarici
dövlətlərin fiziki və ya hüquqi şəxsinə
məxsus hesabların cəmi qalığının və ya
dəyərinin müəyyən edilməsi məqsədi ilə
Azərbaycan Respublikasının hesabatverən maliyyə
institutundan həmin maliyyə institutunda və ya əlaqəli
hüquqi şəxslərdə olan bütün hesabların
toplanılması tələb olunur, bir şərtlə ki, həmin
maliyyə institutunun elektron sistemlərində müştəri
nömrəsinə və ya vergi ödəyicisinin eyniləşdirmə
nömrəsinə istinad etməklə, maliyyə
hesablarının əlaqələndirilməsinə və
hesabların qalıqlarının və ya dəyərinin
toplanılmasına texniki imkanı olsun. Birgə
hesabın cəmi qalığı və ya dəyəri bu bənddə
göstərilən tələblərin tətbiq edilməsi
ilə həmin hesabın hər bir sahibinə
ayrı-ayrılıqda aid edilir.
1.7.
Hesabın yüksək dəyərli hesab olub-olmamasını
dəqiqləşdirmək üçün şəxsə məxsus
hesabların cəmi qalığının və ya dəyərinin
müəyyən edilməsi zamanı müştərilərlə
iş üzrə mütəxəssis tərəfindən
aşağıdakı hesablar aşkar edildiyi halda, Azərbaycan
Respublikasının hesabatverən maliyyə institutundan
bütün hesabların qalığının və ya dəyərinin
toplanılması tələb olunur:
1.7.1. eyni şəxsə birbaşa və ya
dolayısilə məxsus olan hesablar;
1.7.2. eyni şəxs tərəfindən idarə edilən
və ya açılan (etibar edilmiş şəxs qismində
istisna olmaqla) hesablar.
1.8. Azərbaycan Respublikasının hesabatverən maliyyə
institutu hərtərəfli yoxlama prosedurlarının
aparılması ilə bağlı həyata keçirilən
tədbirlərin və bütün dəlillərin qeydiyyatını
aparır və rəsmiləşdirir. Azərbaycan
Respublikasının hesabatverən maliyyə institutu vergi
orqanına təqdim etdiyi e-hesabatların, beynəlxalq
müqavilələr çərçivəsində həmin
hesabatverən maliyyə institutunun yoxladığı
bütün fiziki və hüquqi şəxslərlə əlaqədar
əldə etdiyi sənədlərin və məlumatların
(nəzərdən keçirdiyi məlumatın növü, mənbəyi
və nəzərdən keçirmə tarixinin
qeydiyyatını aparmaqla), həmçinin vergi orqanından
daxil olmuş bütün elektron sənədlərin 7 ildən
az olmayan müddətdə
saxlanılmasını təmin edir.
1.9.
Hesabda olan vəsait ABŞ dollarından fərqli valyutada
olarsa, bu Qaydalarla müəyyən edilmiş məbləğlər
məlumatların aid olduğu təqvim ilinin son günü
üçün Azərbaycan Respublikası Mərkəzi
Bankının rəsmi məzənnəsinə əsasən
ABŞ dollarında əks olunmalıdır.
1.10. Bu Qaydaların məqsədləri üçün
özünüqiymətləndirmə sənədinin
formaları Azərbaycan Respublikasının Vergilər
Nazirliyi (bundan sonra – Vergilər Nazirliyi) tərəfindən
müəyyən edilir.
1.11.
ABŞ şəxslərinə münasibətdə əldə
olunan W-8 BEN (W-8 BEN-E) və W-9 formaları ABŞ-ın Daxili Gəlirlər
Xidmətinin rəsmi internet səhifəsindən əldə
oluna bilər.
Əsas
anlayışlar
Azərbaycan
Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1390-IVQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Hökuməti ilə Amerika Birləşmiş Ştatları
Hökuməti arasında vergi tələblərinin yerinə
yetirilməsi üzrə beynəlxalq qaydalara əməl
olunmasının yaxşılaşdırılması və
Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı
(Foreign Account Tax Compliance Act – FATCA) tələblərinin həyata
keçirilməsi barədə Saziş” çərçivəsində
barəsində hesabat verilməli hesabların müəyyənləşdirilməsi
və həmin hesablar barəsində məlumat verilməsi
prosedurları ilə əlaqədar istifadə edilən
anlayışlar həmin Sazişdə göstərilən mənaları
ifadə edir.
Bu Qaydaların
məqsədləri üçün istifadə olunan
anlayışlar (bu Qaydaların 2.1-ci bəndi istisna olmaqla)
aşağıdakı mənaları ifadə edir:
hüquqi
şəxs – vergi və maliyyə məlumatlarının
mübadiləsini nəzərdə tutan Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə (bundan sonra – beynəlxalq
müqavilələr) nəzərdə tutulmuş fiziki şəxs
olmayan hər hansı şəxsdir;
ümumi
hesabatlılıq standartı – vergi məqsədləri
üçün maliyyə hesabları barədə məlumatların
avtomatik mübadiləsinə dair İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatı tərəfindən qəbul
olunmuş Standart və onun Şərhləridir;
Azərbaycan
Respublikasının maliyyə institutu – Azərbaycan
Respublikasının rezidenti olan maliyyə institutu (həmin
maliyyə institutunun Azərbaycan Respublikasından kənarda
yerləşən hər hansı filialı istisna olmaqla) və
Azərbaycan Respublikasının rezidenti olmayan maliyyə
institutunun Azərbaycan Respublikasında yerləşən hər
hansı filialıdır;
Azərbaycan
Respublikasının hesabatverən maliyyə institutu (bundan
sonra – hesabatverən maliyyə institutu (HVMİ) – beynəlxalq
müqavilələrə əsasən, xarici dövlətlərin
müvafiq səlahiyyətli orqanlarına təqdim edilməsi
nəzərdə tutulmuş məlumatları təqdim etmək
öhdəliyi daşıyan və Maliyyə Tədbirləri
üzrə İşçi Qrupunun (FATF) tövsiyələrinə
uyğun olaraq maliyyə institutu kimi müəyyən
edilmiş aşağıdakı hüquqi şəxslərdir
(bu Qaydaların 2.2.6-cı yarımbəndində göstərilənlər
istisna olmaqla):
2.2.4.1. depozitar fəaliyyətini həyata keçirən
istənilən hüquqi şəxs;
2.2.4.2. bank fəaliyyəti və ya poçt rabitəsinin
milli operatorunun fəaliyyəti çərçivəsində
depozitlər qəbul edən istənilən hüquqi şəxs;
2.2.4.3. həyatın yığım
sığortası və ya annuitet sığortası
müqaviləsini bağlayan, yaxud belə müqavilələr
üzrə ödənişlər etmək öhdəliyini
daşıyan sığorta şirkəti (və ya
sığorta şirkətinin daxil olduğu holdinq şirkəti)
olan istənilən hüquqi şəxs;
2.2.4.4. fəaliyyəti aşağıdakılardan
ibarət olan və həmin fəaliyyətlərdən əldə
etdiyi mənfəət ümumi mənfəətin ən
azı 50 faizini təşkil edən hüquqi şəxs (o
şərtlə ki, əldə edilən mənfəət təsbit
edildiyi ildən əvvəlki ilin 31 dekabrında başa
çatan üçillik müddətdən və ya
hüquqi şəxsin fəaliyyət göstərdiyi müddətdən
daha az vaxtda əldə edilmiş olsun):
qiymətli kağızların (veksellər, depozitar qəbzi və
s.), törəmə maliyyə alətlərinin, xarici valyutaların
məzənnə, faiz dərəcəsi və indeks alətləri,
qiymətli kağızlarla ticarət fəaliyyəti və
investorların portfellərinin idarə edilməsi fəaliyyəti;
bu
yarımbəndin 1-ci abzasında göstərilən fəaliyyəti
həyata keçirən hüquqi şəxs və ya bu
Qaydaların 2.2.4.1-2.2.4.3-cü yarımbəndlərində
göstərilən hüquqi şəxs tərəfindən
idarə olunan (birbaşa və ya üçüncü şəxslər
vasitəsilə bu yarımbəndin 1-ci abzasında göstərilən
fəaliyyətlərlərin idarə olunan hüquqi şəxs
adından həyata keçirilməsi) və ümumi gəliri
əsasən investisiya, yenidən investisiya və ya maliyyə
aktivlərinin ticarəti fəaliyyəti;
maliyyə aktivi – qiymətli kağızlar, tərəfdaşlıq
payları, əmtəə əməliyyatları, svoplar,
sığorta və ya annuitet sığortası müqaviləsi,
yaxud qeyd olunan maliyyə aktivlərindən (fyuçers və ya forvard
müqaviləsi, yaxud opsion da daxil olmaqla) əldə olunan gəlirdir.
Maliyyə aktivi daşınmaz əmlaka edilmiş borc şəklində
olmayan birbaşa investisiyaları əhatə etmir;
Azərbaycan
Respublikasının hesabat verməyən maliyyə institutu –
maliyyə institutu hesab olunan və bu Qaydaların 1 nömrəli
əlavəsində göstərilən istənilən
hüquqi şəxsdir;
maliyyə hesabı – bank və depozitar hesabları da daxil olmaqla,
maliyyə institutunda mövcud olan aşağıdakı
hesablardır:
2.2.7.1. bu Qaydaların 2.2.4.4-cü yarımbəndində
göstərilən hüquqi şəxs olduğu halda, maliyyə
institutunun nizamnamə kapitalında və ya borc öhdəliklərində
pay. Buna baxmayaraq, maliyyə hesabı anlayışına həmin
hüquqi şəxsdə hər hansı bir nizamnamə
kapitalı və ya borc öhdəliklərində pay
aşağıdakılara görə daxil edilmir:
həmin
hüquqi şəxs yalnız investisiyaya dair məsləhət
xidmətləri göstərir və müştərinin
adından çıxış edir;
həmin
hüquqi şəxs olmayan maliyyə institutunda müştərinin
adında saxlanılan maliyyə aktivlərinin investisiya edilməsinin,
idarə olunmasının və üzərində sərəncam
verilməsinin müştəri adından təmin edilməsi
məqsədi ilə müştəri üçün və
ya onun adından portfeli idarə edir;
2.2.7.2. bu Qaydaların 2.2.7.1-ci yarımbəndində
göstərilməyən maliyyə institutuna münasibətdə
həmin maliyyə institutunun nizamnamə kapitalında və ya
borc öhdəliklərində pay
(bu Qaydalara əsasən hesabatların verilməsindən
yayınmaq məqsədi ilə payın əldə edilməsi
halları istisna olmaqla);
2.2.7.3. maliyyə institutu tərəfindən
bağlanılan və ya icra edilən hər hansı həyatın
yığım sığortası müqaviləsi və hər
hansı annuitet müqaviləsidir (bu Qaydaların 2 nömrəli
əlavəsində göstərilən hesab üzrə
ödənilməli pensiya və ya əlilliyə görə
müavinətlər nəzərdə tutulan və fiziki şəxslərlə
bağlanılan investisiya ilə əlaqədar olmayan, köçürülməyən
təcili həyat annuitet müqaviləsi istisna olmaqla);
bank
hesabı – kommersiya hesabı, cari hesab, əmanət hesabı,
müddətli depozit hesabı və ya depozit sertifikatı, əmanət
sertifikatı, investisiya sertifikatı, borc sertifikatı və
ya maliyyə institutları tərəfindən bank işi və
ya analoji fəaliyyətin normal gedişində aparılan digər
analoji alətlə təsdiq olunan hesabdır. Bank
hesablarına, həmçinin zəmanətli investisiya
müqaviləsinə və ya kredit faizlərinin ödənilməsini
nəzərdə tutan digər müqaviləyə əsasən
sığortaçılar tərəfindən saxlanılan məbləğlər
də aiddir;
depozitar
hesabı – maliyyə aktivlərinin digər şəxslərin
xeyrinə saxlanıldığı hesabdır (sığorta
müqaviləsi və ya annuitet sığortası müqaviləsi
üzrə hesablar istisna olmaqla);
nizamnamə
kapitalında pay – təşkilati-hüquqi forması təsərrüfat
ortaqlığı olan maliyyə institutlarına münasibətdə
tərəfdaşlığın nizamnamə kapitalında və
ya gəlirlərində (mənfəətində) paydır;
sığorta
müqaviləsi – ölüm, xəstəlik və ya qəzanın
baş verməsi, öhdəliyin və ya əmlak riskinin
yaranması kimi sığorta hadisələrinin baş verməsi
nəticəsində sığortaçı tərəfindən
sığorta məbləğinin ödənilməsini nəzərdə
tutan müqavilədir (annuitet sığortası müqaviləsi
istisna olmaqla);
annuitet
sığortası müqaviləsi –
sığortaçının bir və ya bir neçə
fiziki şəxsin gözlənilən ömür
uzunluğuna əsasən müəyyən edilən müddət
ödənişlər etməsini nəzərdə tutan
müqavilədir. Bu Qaydaların məqsədləri
üçün annuitet sığortası müqaviləsi, həmçinin
imzalanmış olduğu xarici ölkənin qanunlarına,
qaydalarına və təcrübəsinə əsasən
annuitet müqaviləsi hesab edilən və
sığortaçının müəyyən müddət
ödənişlər etməyə razılıq verməsini
nəzərdə tutan müqavilələri əhatə edir;
həyatın
yığım sığortası müqaviləsi – nağd
pul dəyərinin ödənilməsini nəzərdə
tutan sığorta müqaviləsidir (iki sığorta
şirkəti arasında bağlanılmış təkrar
sığorta müqavilələri istisna olmaqla);
nağd pul dəyəri
– müvafiq tarixə aşağıdakı məbləğlərin
daha böyük olanıdır:
2.2.14.1. həyatın
yığım sığortası və (və ya) annuitet
sığortası müqavilələri üzrə
qaytarılan məbləğ;
2.2.14.2. sığortalının
həyatın yığım sığortası və (və
ya) annuitet sığortası müqavilələri üzrə
borc almaq hüququ olan məbləğ;
hesabat verilməyən
hesab – barələrində hesabat verilməsi tələb
olunmayan və bu Qaydaların 2 nömrəli əlavəsində
göstərilən hesabIardır;
hesabat verilməli
hesab (HVH) – bu Qaydalarda göstərilən hərtərəfli
yoxlama prosedurları nəticəsində müəyyənləşdirilmiş
barəsində hesabat verilməli olan bir və ya bir neçə
şəxsə, yaxud passiv NFE-yə (nəzarət edən
şəxslərdən biri və ya bir neçəsinin
hesabat verilməli şəxs olduğu hallarda) məxsus olan
hesabdır;
hesabat verilməli
şəxs (HVŞ) – aşağıdakılar istisna olmaqla,
xarici dövlətin rezidenti olan istənilən şəxsi
bildirir:
2.2.17.1. səhmləri bir və ya bir neçə tənzimlənən
qiymətli kağızlar bazarında mütəmadi olaraq ticarət
olunan hüquqi şəxs;
2.2.17.2. bu Qaydaların 2.2.17.1-ci yarımbəndində
göstərilən hüquqi şəxslə əlaqəli
olan hüquqi şəxs;
2.2.17.3. dövlət orqanı;
2.2.17.4. beynəlxalq təşkilat;
2.2.17.5. Mərkəzi
Bank;
2.2.17.6. maliyyə institutu;
iştirakçı xarici dövlət – vergi və maliyyə
məlumatlarının mübadiləsini nəzərdə
tutan Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
və Vergilər Nazirliyi tərəfindən dərc edilən
siyahıda adı göstərilən xarici dövlətdir;
nəzarət edən
şəxslər – hüquqi şəxs üzərində nəzarəti
və ya idarəetməni həyata keçirən fiziki şəxsdir.
Bu anlayış Maliyyə Tədbirləri üzrə
İşçi Qrupunun (FATF) tövsiyələrinə
uyğun qaydada təfsir edilməlidir və
aşağıdakıları əhatə edir:
2.2.19.1. trasta münasibətdə, anlayış
trastın təsisçisini, etibar edilmiş mülkiyyətçiləri,
himayəçini (olduğu təqdirdə), benefisiarlar və
ya benefisiarlar qismində təsnifləşdirilmiş şəxsləri
(şəxsin trast üzərində nəzarət edib-etməməsindən
asılı olmayaraq), habelə trast üzərində həqiqi
effektiv nəzarəti (o cümlədən, nəzarət və
ya mülkiyyət zənciri vasitəsilə) həyata
keçirən hər hansı başqa fiziki şəxsi nəzərdə
tutur;
2.2.19.2. trastdan fərqli hüquqi təsisat üzrə
isə, bu anlayış yuxarıda göstərilənlərlə
bərabər trasta nəzarət edən şəxsləri
kimi oxşar mövqelərdə olan şəxsləri də
nəzərdə tutur;
2.2.19.3. nəzarət edən şəxslər
aşağıdakı ardıcıllıqla göstərilən
meyarlara cavab verməklə müəyyən edilir:
1. hüquqi şəxsin nizamnamə kapitalında
iştirak payı 10 faizdən çox olan;
2. qərarların qəbul edilməsində əhəmiyyətli
təsirə malik olan;
3. rəhbər vəzifəli şəxs olan;
NFE –
maliyyə institutu olmayan hüquqi şəxsdir;
passiv NFE – aktiv
NFE olmayan NFE və ya iştirakçı xarici dövlətin
maliyyə institutu olmayan bu Qaydaların 2.2.4.4-cü yarımbəndinin
2-ci abzasında göstərilən hüquqi şəxsdir;
aktiv NFE –
aşağıdakı meyarlardan hər hansı birinə cavab
verən istənilən NFE:
2.2.22.1.
NFE-nin əvvəlki təqvim ili və ya
digər müvafiq hesabat dövrü ərzində ümumi gəlirin
50 faizindən az hissəsi passiv gəlirdir və NFE-yə məxsus
aktivlərin 50 faizindən az hissəsi passiv gəlir gətirir
və ya passiv gəlirin götürülməsi
üçün saxlanılır. Passiv gəlirlərə
Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin 2-ci
abzasında və 99.3.1-99.3.9-cu maddələrində göstərilən
gəlirlər (maliyyə aktivləri ilə bağlı diler
kimi müntəzəm çıxış edən NFE-yə
münasibətdə bu dilerin adi fəaliyyəti ilə
bağlı hər hansı əməliyyatdan əldə
olunan hər hansı gəlir istisna olmaqla) aiddir;
2.2.22.2.
NFE-nin səhmləri tənzimlənən qiymətli
kağızlar bazarında mütəmadi olaraq ticarət olunur
və ya NFE səhmləri tənzimlənən qiymətli
kağızlar bazarında mütəmadi olaraq ticarət olunan
hüquqi şəxslə əlaqəli hüquqi şəxsdir;
2.2.22.3.
NFE dövlət orqanı, beynəlxalq təşkilat və ya
Mərkəzi Bank, yaxud dövlət, beynəlxalq təşkilat
və ya Mərkəzi Bankın təsis etdiyi hüquqi şəxsdir;
2.2.22.4.
NFE-nin fəaliyyətinin əhəmiyyətli hissəsi bir və
ya bir neçə törəmə müəssisənin
dövriyyəyə buraxılmış səhmlərinin saxlanılmasından
(tamamilə və ya qismən) və ya onlara maliyyə xidmətinin
göstərilməsindən ibarətdir. Həmin
törəmə müəssisələri ticarət fəaliyyətindən
və ya maliyyə institutunun fəaliyyətindən fərqli
olan digər sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar.
Hüquqi şəxs investisiya fondu (məsələn, özəl
pay fondu, vençur kapital fondu, borc kapitalı hesabına nəzarət
paketlərinin alınması fondu, yaxud məqsədi şirkətləri
almaq və ya maliyyələşdirmək və sonradan həmin
şirkətlərdəki maraqlardan investisiya üçün
kapital aktivləri kimi istifadə etmək olan hər hansı
digər investisiya vasitəçisi) kimi fəaliyyət
göstərdiyi halda NFE statusu əldə etməyəcəkdir;
2.2.22.5.
NFE tərəfindən fəaliyyəti üzrə hər
hansı əməliyyatın aparılmamasına baxmayaraq,
maliyyə institutunun fəaliyyətindən fərqli
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq
üçün səhmlərə kapital qoyuluşu edir, bu
şərtlə ki, NFE-nin təşkil edildiyi tarixdən 24 ay
keçməsin;
2.2.22.6.
NFE son 5 (beş) ildə maliyyə institutu
olmamışdır və maliyyə institutunun əməliyyatlarından
fərqli olan digər sahibkarlıq fəaliyyətini davam
etdirmək və ya bərpa etmək niyyəti ilə öz
aktivlərinin satılması və ya yenidən təşkil
olunması prosesindədir;
2.2.22.7.
NFE maliyyə institutu olmayan əlaqəli hüquqi şəxslərə
əsasən maliyyə və hedc əməliyyatları
üzrə xidmət göstərir və əlaqəli
hüquqi şəxs olmayan hər hansı hüquqi şəxsə
maliyyə və ya hedc xidmətləri göstərmir, bu
şərtlə ki, həmin əlaqəli hüquqi şəxslər
maliyyə institutunun əməliyyatlarından fərqli olan digər
sahibkarlıq fəaliyyəti ilə məşğul olsunlar;
2.2.22.8.
NFE aşağıdakı tələblərin hamısına
cavab verir:
rezidenti
olduğu dövlətdə müstəsna olaraq dini, xeyriyyə,
elmi, incəsənət, mədəni, idman və ya təhsil
məqsədləri baxımından təsis edilmiş və
idarə olunan; və ya o, rezidenti olduğu dövlətdə
təsis edilmiş və idarə olunan və peşəkar
birlik, sahibkarlar liqası, ticarət palatası, əmək təşkilatı,
kənd təsərrüfatı və ya
bağçılıq təşkilatı, şəhər
liqası və ya müstəsna olaraq sosial rifahın təşviqi
üçün fəaliyyət göstərən təşkilatdır;
rezidenti
olduğu dövlətdə gəlir vergisindən azad
edilmişdir;
onun gəlir
və ya kapitalında mülkiyyətçi və ya benefisiar
maraqları olan payçıları və ya üzvləri
yoxdur;
rezidenti
olduğu dövlətin tətbiq edilən qanunvericiliyi və
ya NFE-nin təsis sənədləri NFE-nin hər hansı gəlirlərinin
və ya aktivlərinin fiziki şəxs və ya xeyriyyə təşkilatı
olmayan təşkilata bölüşdürülməsinə
və ya onların xeyrinə istifadə edilməsinə icazə
vermir (NFE-nin xeyriyyə fəaliyyətinin həyata
keçirilməsinə uyğun olaraq və ya göstərilən
xidmətlərin əvəzinin ədalətli şəkildə
ödənilməsi, yaxud NFE-nin
əldə etdiyi əmlakın ədalətli bazar qiymətini
nəzərdə tutan ödənişin edilməsi halları
istisna olmaqla);
rezidenti
olduğu dövlətin tətbiq edilən qanunvericiliyi və
ya NFE-nin təsis sənədləri NFE-nin ləğv edilməsi
və ya fəaliyyətinə xitam verilməsi hallarında
onun bütün əmlakının dövlət orqanına və
ya digər qeyri-kommersiya təşkilatına
ötürülməsini və ya NFE-nin rezidenti olduğu
dövlətin və ya onun hər hansı siyasi və ya
inzibati ərazi vahidinin balansına keçirilməsini tələb
edir;
hesab sahibi –
hesabın mövcud olduğu maliyyə institutu tərəfindən
maliyyə hesabının sahibi kimi qeyd edilmiş və ya
müəyyənləşdirilmiş şəxsdir. Digər şəxslərin xeyrinə və ya
onların adından maliyyə hesabına malik olan və maliyyə
institutu olmayan şəxs (agent, depozitar, nominal
saxlayıcı, imzalayan şəxs, investisiya məsləhətçisi
və ya vasitəçi) hesab sahibi sayılmır, bu halda
hesab sahibi qismində həmin digər şəxslər
çıxış edirlər. Həyatın
yığım sığortası və ya annuitet
sığortası müqaviləsi üzrə nağd pul dəyərini
əldə etmək və ya müqavilədə faydalanan
şəxsi dəyişmək hüququna malik istənilən
şəxs hesab sahibi sayılır. Nağd
pul dəyərini əldə etmək və ya müqavilədə
faydalanan şəxsi dəyişmək hüququna malik şəxs
mövcud olmadığı təqdirdə, müqavilədə
sahib kimi qeyd edilən və ya müqavilənin şərtlərinə
əsasən ödənişi almaq hüququ verilmiş istənilən
şəxs hesab sahibi sayılır. Həyatın
yığım sığortası və ya annuitet
sığortası müqaviləsinin icra edilməsi vaxtı
çatdıqda, müqaviləyə əsasən ödəniş
almaq hüququna malik olan hər bir şəxs hesab sahibi
sayılır;
hərtərəfli
yoxlama prosedurları – bu Qaydaların tələblərinə
(o cümlədən, AML/KYC prosedurlarının nəticəsi
olaraq əldə edilən məlumatlara) uyğun olaraq, HVH-lərin
müəyyənləşdirilməsi məqsədi ilə
HVMİ tərəfindən aparılan daxili prosedurlardır;
AML/KYC (Anti Money Laundering/Know Your
Customer – Çirkli Pulların Yuyulmasına Qarşı
Mübarizə/Öz Müştərini Tanı)
prosedurları – çirkli pulların yuyulmasına
qarşı mübarizə və oxşar tələblərin
yerinə yetirilməsi üçün HVMİ tərəfindən
həyata keçirilən müştərilərin hərtərəfli
yoxlanılması prosedurlarıdır;
əlaqəli
hüquqi şəxslər – hüquqi şəxslərdən
biri digər hüquqi şəxsə nəzarət edir, yaxud
hər iki hüquqi şəxs ümumi nəzarət
altındadır. Bu yarımbənddə nəzarət dedikdə,
hüquqi şəxsdə səsvermə hüququnun və
hüquqi şəxsin nizamnamə kapitalında iştirak
payının 50 faizindən çoxuna birbaşa və ya
dolayısilə sahiblik nəzərdə tutulur;
VÖEN – vergi ödəyicisinin eyniləşdirmə
nömrəsidir (VÖEN olmadıqda, analoji eyniləşdirmə
nömrəsi);
yazılı dəlillər
aşağıdakılardan hər hansı birini ehtiva edir:
2.2.28.1. ödənişi alan şəxsə rezidenti
olduğunu iddia etdiyi ölkənin səlahiyyətli orqan tərəfindən
verilən rezidentlik arayışı;
2.2.28.2. fiziki şəxsə münasibətdə səlahiyyətli
orqan tərəfindən verilən və şəxsin
adını göstərən və bir qayda olaraq,
identifikasiya məqsədi üçün istifadə olunan
şəxsiyyəti təsdiq edən istənilən
etibarlı sənəd;
2.2.28.3. hüquqi şəxsə münasibətdə
səlahiyyətli orqan tərəfindən verilən və
hüquqi şəxsin adını, rezidenti olduğunu iddia
etdiyi ölkədə olan baş ofisinin ünvanını,
yaxud hüquqi şəxsin qeydiyyatdan keçdiyi və ya təşkil
edildiyi ölkədə ünvanını göstərən
hər hansı rəsmi sənəd;
2.2.28.4. istənilən maliyyə hesabatı,
üçüncü tərəfin kredit hesabatı,
iflasın elanı və ya qiymətli kağızlar üzrə
tənzimləyicinin hesabatı;
hesabatverən
maliyyə institutunun sərəncamında olan məlumatlar –
hesab sahiblərinə məxsus olmaqla kağız
daşıyıcılar və (və ya) elektron məlumat
bazasında saxlanılan məlumatlar;
beynəlxalq
müqavilələr çərçivəsində
mübadilə edilən məlumatlar üzrə elektron hesabat
(bundan sonra – e-hesabat) – beynəlxalq müqavilələrə
uyğun olaraq, barəsində məlumat tələb edilən
xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin
Azərbaycan Respublikasının ərazisində həyata
keçirdikləri maliyyə əməliyyatları barədə
hədləri bu Qaydalarla müəyyənləşdirilmiş
məlumatların HVMİ tərəfindən elektron-rəqəmsal
formada Vergilər Nazirliyinə təqdim edildiyi sənəddir;
paketləmə –
e-hesabat fayllarından vahid arxiv faylının
hazırlanmasıdır;
maliyyə
institutlarında vergi monitorinqi portalı – www.tmfi.gov.az veb səhifəsidir;
e-hesabat tərtibatı
proqramı – e-hesabatların tərtibi və paketlənməsi
üçün istifadə olunan proqram təminatıdır;
e-hesabat faylı
– e-hesabatın tərtibi üçün zəruri olan məlumatların
daxil edilməsi məqsədi ilə Vergilər Nazirliyi tərəfindən
hazırlanmış XML formatlı elektron sənəddir;
gücləndirilmiş
elektron imza əməliyyatını icra etmək
üçün proqram təminatı – oflayn rejimdə
hazırlanaraq paketlənmiş e-hesabatın gücləndirilmiş
elektron imza ilə imzalanması üçün istifadə
olunan proqram təminatıdır;
özünüqiymətləndirmə
sənədi – fiziki və ya hüquqi şəxslərin vergi
rezidentliyinin müəyyən edilməsi məqsədi ilə
HVMİ tərəfindən əldə edilən sənəddir.
Amerika Birləşmiş Ştatlarının hüquqi
və fiziki şəxslərinə məxsus və barəsində
hesabat verilməli hesabların müəyyən edilməsi ilə
bağlı hərtərəfli yoxlama prosedurları
HVMİ Amerika Birləşmiş Ştatlarının
hüquqi və fiziki şəxslərinə məxsus və
barəsində HVH-lərin (bundan sonra – ABŞ-ın HVH-ləri)
müəyyənləşdirilməsi məqsədi ilə bu
Qaydaların 3-cü hissəsində əks olunan hərtərəfli
yoxlama prosedurlarını həyata keçirməlidir.
Açılma
tarixinə görə hüquqi və fiziki şəxslərə
məxsus hesablar aşağıdakılara bölünür:
əvvəlcədən mövcud olan hesablar – 2014-cü il 1
iyul tarixinədək HVMİ-də mövcud olan hesablar;
yeni
hesablar – 2014-cü il 1 iyul tarixində və ya bu tarixdən
sonra HVMİ-də açılan hesablar.
Fiziki
şəxslərin əvvəlcədən mövcud olan
aşağıdakı hesablarının ABŞ-ın HVH-ləri
olmasının müəyyən edilməsi və ya barəsində
hesabat verilməsi tələb edilmir:
2014-cü
il 30 iyun tarixinə qalığı və
ya dəyəri 50 000 ABŞ dollarını keçməyən
hesablar və 250 000 ABŞ dollarını keçməyən
həyatın yığım sığortası müqaviləsi
üzrə hesablar;
Azərbaycan
Respublikasının qanunvericiliyində həyatın
yığım sığortası müqaviləsi və ya
annuitet sığortası müqaviləsinin tərəfi
qismində qeyri-rezidentlərin (o cümlədən, ABŞ
rezidentlərinin) olmaması nəzərdə tutulduğu
halda, həmin müqavilə olan fiziki şəxslərin əvvəlcədən
mövcud olan hesabları;
qalığı 50 000 ABŞ dollarını keçməyən bank
hesabları.
Yoxlanılması,
müəyyən edilməsi və barəsində hesabat verilməsi
tələb edilən fiziki şəxslərin əvvəlcədən
mövcud olan hesablarının aşağıdakı növləri
vardır:
aşağı dəyərli hesablar – 2014-cü il 30 iyun tarixinə
qalığı və ya dəyəri 50 000 ABŞ
dollarını (həyatın yığım
sığortası müqaviləsi üzrə isə nağd
pul dəyəri 250 000 ABŞ dollarını) keçən,
lakin 1 000 000 ABŞ dollarını keçməyən əvvəlcədən
mövcud olan hesablar;
yüksək dəyərli hesablar – 2014-cü il 30 iyun tarixinə və
ya hər hansı növbəti təqvim ilinin 31 dekabr tarixinə
qalığı və ya dəyəri 1 000 000 ABŞ
dollarını keçən əvvəlcədən
mövcud olan hesablar.
Fiziki
şəxslərin aşağı dəyərli hesabları
üzrə hərtərəfli yoxlama prosedurları
aşağıdakı qaydada həyata keçirilir:
HVMİ
fiziki şəxslərin aşağı dəyərli
hesabları üzrə barəsində HVH-lərin müəyyənləşdirilməsi
məqsədi ilə aşağıdakı əlamətlər
nəzərə alınmaqla, elektron məlumat bazasında olan
məlumatlar əsasında axtarış (bundan sonra – elektron
axtarış) aparmalıdır:
hesab
sahibinin ABŞ vətəndaşı və ya rezidentliyinin
identifikasiyası;
hesab
sahibinin ABŞ-da anadan olmasına dair dəqiq göstərici;
ABŞ-da
cari poçt və ya yaşayış ünvanı;
ABŞ-a aid telefon nömrəsi;
ABŞ-da
olan hesaba vəsaitin köçürülməsinə dair
verilmiş uzunmüddətli ödəniş
tapşırıqları;
ABŞ-da
ünvanı olan şəxsə hesabla əlaqədar
verilmiş qüvvədə olan etibarnamə və ya imza
hüququ;
HVMİ-nin elektron məlumat bazasında hesab sahibinə məxsus
yeganə ünvanın “saxlanılmış poçt” və
ya “nümayəndə” ünvanı.
Əvvəlcədən mövcud aşağı dəyərli
hesabı olan fiziki şəxslərdə ABŞ-dan kənarda
yerləşən istənilən “saxlanılmış
poçt” və ya “nümayəndə” ünvanı ABŞ əlaməti
hesab olunmur.
HVMİ
elektron axtarış zamanı aşağı dəyərli
hesabı olan fiziki şəxslərdə bu Qaydaların
3.5.1-ci yarımbəndində göstərilən ABŞ əlamətlərindən
heç birini aşkar etməzsə, aşağıdakı
hallardan biri baş verməyənə qədər HVMİ tərəfindən
hesabla bağlı bu Qaydalara uyğun olaraq hər hansı tədbirin
görülməsi tələb olunmur:
hesabla əlaqəli
bu Qaydaların 3.5.1-ci yarımbəndində göstərilən
ABŞ əlamətlərindən biri və ya bir neçəsinin
sonradan meydana çıxması;
hesabın sonradan yüksək dəyərli hesaba çevrilməsi.
Elektron axtarış zamanı fiziki şəxslərlə
bağlı bu Qaydaların 3.5.1-ci yarımbəndində
göstərilən əlamətlərin hər hansı biri
aşkar edilərsə və ya hesabla əlaqəli bir və
ya bir neçə əlamətin sonradan meydana
çıxmasına səbəb olan dəyişiklik olarsa,
HVMİ bu Qaydaların 3.5.5-ci yarımbəndində göstərilən
istisnalardan birini tətbiq etmək barədə qərar verməyənə
kimi hesaba ABŞ-ın HVH kimi yanaşmalıdır.
Elektron
axtarış zamanı fiziki şəxslərlə
bağlı bu Qaydaların 3.5.1-ci yarımbəndində
göstərilən əlamətlərin hər hansı
birinin aşkar edilməsinə və ya həmin əlamətlərin
sonradan meydana çıxmasına baxmayaraq,
aşağıdakı hallarda HVMİ-nin hesaba ABŞ-ın
HVH kimi yanaşması tələb olunmur:
bu
Qaydaların 3.5.1.2-ci yarımbəndində göstərilən
əlamət aşkar edildikdə, HVMİ
aşağıdakı sənədlərin hər birini əldə
edirsə və ya daha əvvəl əldə etmişdirsə:
hesab
sahibinin vergi məqsədləri üçün ABŞ vətəndaşı
və ya rezidenti olmamasına dair özünüqiymətləndirmə
sənədi (W-8 BEN forması və digər analoji sənəd);
hesab
sahibinin ABŞ-dan fərqli ölkənin vətəndaşı
olduğunu (və ya heç bir ölkənin vətəndaşı
olmadığını) təsdiq edən rəsmi sənədi
(pasport və ya digər eyniləşdirmə sənədi);
hesab
sahibinin ABŞ vətəndaşlığını itirdiyini
təsdiq edən rəsmi sənədin surəti. Əgər belə bir rəsmi sənəd mövcud
deyildirsə, ABŞ vətəndaşlığından
çıxmasına baxmayaraq, bu rəsmi sənədə
sahib olmamasının səbəblərini göstərən əsaslı
izahat və ya ABŞ-da doğulmasına baxmayaraq, ABŞ vətəndaşlığı
əldə etməməsinin səbəblərini göstərən
əsaslı izahat təqdim edilməlidir.
Bu
Qaydaların 3.5.1.3-3.5.1.7-ci yarımbəndlərində
göstərilən əlamətlərdən hər hansı
biri və ya bir neçəsi aşkar edildikdə, HVMİ
aşağıdakı sənədlərin hər birini əldə
edirsə və ya daha əvvəl əldə etmişdirsə:
hesab
sahibinin vergi məqsədləri üçün ABŞ vətəndaşı
və ya rezidenti olmamasına dair özünüqiymətləndirmə
sənədi (W-8 BEN forması və digər analoji sənəd);
hesab
sahibinin ABŞ statusunun olmamasını sübut edən bu
Qaydaların 3.5.5-ci yarımbəndində göstərilən
hər hansı yazılı dəlil;
fiziki
şəxslərin aşağı dəyərli
hesablarına əlavə olaraq aşağıdakı
prosedurlar şamil edilir:
2016-cı
il 30 iyun fiziki şəxslərin
aşağı dəyərli hesablarında ABŞ əlamətlərinin
nəzərdən keçirilməsinin başa
çatması tarixidir;
bu
Qaydaların 3.3.3-cü yarımbəndində göstərilən
bank hesabları istisna olmaqla, ABŞ-ın HVH sahibi ABŞ vətəndaşlığından
və ya rezidentliyindən çıxanadək barəsində hesabat verilməlidir.
Fiziki
şəxslərin yüksək dəyərli hesabları
üzrə hərtərəfli yoxlama prosedurları
aşağıdakı qaydada həyata keçirilir:
HVMİ
yüksək dəyərli hesabları olan fiziki şəxslərlə
bağlı bu Qaydaların 3.5.1-ci yarımbəndində
göstərilən ABŞ əlamətlərini müəyyən
etmək üçün əvvəlcə elektron
axtarış aparmalıdır;
HVMİ-nin
elektron məlumat bazasında bu Qaydaların 3.6.4-cü
yarımbəndində göstərilən bütün məlumatlar
üçün bölmələr ehtiva olunarsa və
müvafiq məlumatlar həmin bölmələrdə
mövcuddursa, elektron axtarışa əlavə olaraq
kağız daşıyıcılarda saxlanılan məlumatların
axtarılması tələb olunmur;
HVMİ-nin
elektron məlumat bazasında bu Qaydaların 3.6.4-cü
yarımbəndində göstərilən məlumatların
mövcud olmadıqda, HVMİ yüksək dəyərli
hesabları olan fiziki şəxslərlə bağlı bu
Qaydaların 3.5.1-ci yarımbəndində göstərilən
əlamətləri müəyyən etmək
üçün müştəri ilə bağlı sənəd
qovluğunu nəzərdən keçirməli və həmin
sənəd qovluğunda müvafiq məlumatlar
olmadığı təqdirdə, hesabla əlaqədar
HVMİ tərəfindən son 5 (beş) ildə əldə
olunmuş aşağıdakı sənədlərin hər
bir əlamət üzrə axtarışı və
yoxlanılması prosesini (bundan sonra – kağız
daşıyıcılarda axtarış) həyata keçirməlidir:
hesabla əlaqədar
ən son əldə olunmuş yazılı dəlillər;
hesabın açılması üzrə ən yeni müqavilə
və ya digər sənədlər;
AML/KYC
prosedurlarına uyğun olaraq və ya digər tənzimləmə
məqsədləri üçün HVMİ tərəfindən
əldə edilən ən yeni sənədlər;
qüvvədə olan etibarnamə və ya imza hüququnu təsdiqləyən
hər hansı digər sənədlər;
vəsaitlərin köçürülməsinə dair qüvvədə
olan uzunmüddətli ödəniş
tapşırıqları.
HVMİ-nin
elektron məlumat bazasında aşağıdakı məlumatlar
ehtiva edildikdə, həmin maliyyə institutu tərəfindən
bu Qaydaların 3.6.3-cü yarımbəndində göstərilən
kağız daşıyıcılarda axtarış
aparılması tələb edilmir:
hesab
sahibinin vətəndaşlığı və ya rezidentlik
statusu;
hesab
sahibinin HVMİ-nin arxivində olan daimi yaşayış və
poçt ünvanı;
hesab
sahibinin HVMİ-nin arxivində olan telefon nömrəsi
(nömrələri);
hesabdakı vəsaitlərin hər hansı hesaba (HVMİ-nin digər
filialında və ya digər maliyyə institutunda olan hesab da
daxil olmaqla) köçürülməsi üçün
uzunmüddətli ödəniş
tapşırıqlarının olub-olmaması;
hesab
sahibinin “saxlanılmış poçt” və ya “nümayəndə”
ünvanının olub-olmaması;
hesab
üzrə hər hansı etibarnamə və ya imza hüququnun
olub-olmaması;
bu
Qaydaların 3.6.1-3.6.4-cü yarımbəndlərində qeyd
edilən elektron və kağız daşıyıcılarda
axtarışa əlavə olaraq, müştərilərlə
iş üzrə mütəxəssis faktiki olaraq hər
hansı bir yüksək dəyərli hesabı (belə
yüksək dəyərli hesabla əlaqəli olan istənilən
maliyyə hesabları da daxil olmaqla) olan fiziki şəxsin
ABŞ vətəndaşı və ya rezidenti olmasına dair
məlumata malikdirsə, HVMİ həmin hesaba ABŞ-ın HVH
kimi yanaşmalıdır;
yüksək
dəyərli hesabların hərtərəfli
yoxlanılması zamanı bu Qaydaların 3.5.1-ci yarımbəndində
göstərilən əlamətlərdən heç biri
aşkar edilmədikdə və müştərilərlə
iş üzrə mütəxəssis tərəfindən
hesabın müəyyən olunmuş ABŞ şəxsinə
məxsus olması müəyyən edilmədikdə, həmin
hesablarla bağlı bu Qaydaların 3.5.1-ci yarımbəndində
göstərilən əlamətlərdən biri və ya bir
neçəsi sonradan meydana çıxmayana qədər
heç bir tədbirin görülməsi tələb olunmur;
yüksək dəyərli hesabların hərtərəfli
yoxlanılması zamanı bu Qaydaların 3.5.1-ci yarımbəndində
göstərilən əlamətlərdən hər hansı
biri aşkar edilərsə və ya həmin əlamətin
sonradan meydana çıxması ilə nəticələnən
dəyişiklik olarsa və bu Qaydaların 3.5.5-ci yarımbəndində
göstərilən istisnalardan biri tətbiq edilməzsə,
HVMİ hesaba ABŞ-ın HVH kimi yanaşmalıdır;
bu
Qaydaların 3.3.3-cü yarımbəndində göstərilən
bank hesabları istisna olmaqla, ABŞ-ın HVH kimi müəyyən
olunan hər hansı fiziki şəxsin əvvəlcədən
mövcud olan hesabına hesab sahibinin müəyyən
olunmuş ABŞ şəxsi olduğu müddətə
bütün növbəti təqvim illərində
ABŞ-ın HVH kimi yanaşılmalıdır;
fiziki
şəxslərin yüksək dəyərli hesablarına əlavə
olaraq aşağıdakı prosedurlar şamil edilir:
əvvəlcədən mövcud olan hesab 2014-cü il 30 iyun
tarixinə yüksək dəyərli hesabdırsa, 2015-ci il 30
iyun tarixi HVMİ
üçün bu hesabla bağlı bu Qaydaların
3.6.1-3.6.4-cü yarımbəndlərində göstərilən
hərtərəfli yoxlama prosedurlarının başa
çatdırılma tarixidir. Bu yoxlamaya əsasən belə
hesabın 2015-ci il 1 yanvar tarixinədək
ABŞ-ın HVH olduğu müəyyən edilərsə,
HVMİ həmin hesabla bağlı tələb edilən məlumatları
2014-cü ilə münasibətdə hesab üzrə ilk
hesabatda və bundan sonra növbəti hesabat illərində
ABŞ-ın Daxili Gəlirlər Xidmətinə
ötürülməsi üçün Vergilər Nazirliyinə
təqdim etməlidir. Hesabın 2014-cü il 31 dekabr tarixindən
2015-ci il 30 iyun tarixinədək ABŞ-ın HVH olması
müəyyən edilərsə, HVMİ-dən belə hesab
barədə 2014-cü il üzrə məlumatların Vergilər
Nazirliyinə təqdim edilməsi tələb olunmur, lakin
sonrakı illərdə hesab barədə müvafiq məlumatlar
ABŞ-ın Daxili Gəlirlər Xidmətinə
ötürülməsi üçün Vergilər Nazirliyinə
təqdim edilməlidir;
2014-cü
il 30 iyun tarixə yüksək dəyərli hesab olmayan fiziki
şəxslərin əvvəlcədən mövcud olan
hesabı hər hansı növbəti təqvim ilinin son
gününə yüksək dəyərli hesaba çevrilərsə,
HVMİ bu hesabla bağlı həmin hesabın yüksək dəyərli
hesaba çevrildiyi təqvim ilindən sonrakı təqvim
ilinin ilk 6 (altı) ayı ərzində bu Qaydaların
3.6.1-3.6.4-cü yarımbəndlərində göstərilən
hərtərəfli yoxlama prosedurlarını başa
çatdırmalıdır. Bu yoxlamaya əsasən hesab
ABŞ-ın HVH kimi müəyyən olunarsa, HVMİ hesab
sahibi müəyyən olunmuş ABŞ şəxsi statusunu
itirənədək bu hesabın ABŞ-ın HVH kimi müəyyən
olunduğu il və ondan sonrakı illər üzrə hesab barədə
bu Qaydaların 5-ci hissəsində göstərilən məlumatları
illik əsasda təqdim etməlidir;
bu
Qaydaların 3.6.1-3.6.4-cü yarımbəndlərində
göstərilən hərtərəfli yoxlama prosedurları
yüksək dəyərli hesaba tətbiq edilərsə,
HVMİ-dən növbəti təqvim illərində həmin
yüksək dəyərli hesaba bu prosedurları (müştərilərlə
iş üzrə mütəxəssisin sorğuları istisna
olmaqla) yenidən tətbiq etmək tələb edilmir;
müştərilərlə iş üzrə mütəxəssisə
hesab sahibinin bu Qaydaların 3.5.1-ci yarımbəndində
göstərilən əlamətlərin yeni yaranması və
ya dəyişilməsi barədə məlumat verilərsə
və ya həmin mütəxəssis həmin məlumatı
özü əldə edərsə, HVMİ-dən yeni əlaməti
hesabla bağlı dəyişiklik kimi qəbul etməsi tələb
olunur və o, bu Qaydaların 3.5.5-ci yarımbəndinin tətbiqi
barədə qərar qəbul edərsə, hesab sahibindən
müvafiq sənədləşməni əldə etməlidir.
Fiziki
şəxslərin yeni hesabları üzrə hərtərəfli
yoxlama prosedurları aşağıdakı qaydada həyata
keçirilir:
aşağıdakı fiziki şəxslərin yeni
hesablarının ABŞ-ın HVH-ları kimi
yoxlanılması, müəyyən edilməsi və ya barəsində
hesabat verilməsi tələb edilmir:
təqvim
ilinin və ya digər müvafiq hesabat dövrünün
sonunda hesabın qalığı 50 000 ABŞ dollarını
keçməyən bank hesabları;
təqvim
ilinin və ya digər müvafiq hesabat dövrünün
sonunda pul dəyəri 50 000 ABŞ dollarını keçməyən
həyatın yığım sığortası müqavilələri;
yeni hesab
açılarkən HVMİ bütün fiziki şəxslərdən
özünüqiymətləndirmə sənədini
almalıdır;
özünüqiymətləndirmə
sənədinə əsasən hesab açmaq
üçün müraciət etmiş fiziki şəxsin
vergi məqsədləri üçün ABŞ rezidentı
olduğu müəyyən edilərsə, hesaba ABŞ-ın
HVH kimi yanaşılmalı və hesabın sahibi olan fiziki
şəxsdən W-9 formasının (ABŞ-da olan VÖEN-i
göstərilməklə) doldurulması tələb edilməlidir.
Bu məqsədlə hesab sahibi, eyni zamanda, digər ölkənin
vergi rezidenti olduğu halda həmin ABŞ vətəndaşına
vergi məqsədləri baxımından ABŞ rezidentı
kimi yanaşılır;
hesab
açmaq üçün müraciət etmiş fiziki şəxs
tərəfindən özünüqiymətləndirmə sənədi
və W-9 və ya W-8 BEN formalarından uyğun olanı təqdim
edilmədikdə, hesabın açılmasından imtina edilməlidir;
özünüqiymətləndirmə sənədinə əsasən
hesab sahibində bu Qaydaların 3.5.1.2-3.5.1.7-ci yarımbəndlərində
göstərilən bir və ya bir neçə əlamət
aşkar edilərsə və bu Qaydaların 3.5.5-ci yarımbəndində
nəzərdə tutulan sənədlər təqdim edilməzsə,
HVMİ hesaba ABŞ-ın HVH kimi yanaşmalıdır;
hesabın açılması, o cümlədən hərtərəfli
yoxlama prosedurları ilə əlaqədar HVMİ tərəfindən
əldə edilən sənədlərə (AML/KYC
prosedurlarına uyğun olaraq toplanan sənədlər də
daxil olmaqla) əsasən özünüqiymətləndirmə
sənədi, W-8 BEN və ya W-9 formasında əks olunmuş
məlumatların həqiqiliyi, dəqiqliyi və
tamlığı yoxlanılır. Həmin
özünüqiymətləndirmə sənədlərində
əks olunmuş məlumatların qeyri-düzgün
olmasına dair əsaslı şübhələr olduqda,
HVMİ özünüqiymətləndirmə sənədini
nəzərə almamalı və vergi məqsədləri
üçün hesab sahibinin ABŞ vətəndaşı və
ya ABŞ rezidenti olmasını müəyyən etmək məqsədi
ilə əsaslı sənəd və ya məlumat əldə
etmək üçün tədbirlər görməlidir.
HVMİ əsaslı sənəd və ya məlumat
əldə edə bilmədikdə, hesaba ABŞ-ın HVH kimi
yanaşmalıdır.
Hüquqi
şəxslərin əvvəlcədən mövcud olan
hesabları üzrə hərtərəfli yoxlama
prosedurları aşağıdakı qaydada həyata
keçirilir:
2014-cü
il 30 iyun tarixinə qalığı və
ya dəyəri 250 000 ABŞ dollarını keçməyən
hüquqi şəxslərin əvvəlcədən mövcud
olan hesablarının qalığı və ya dəyəri 1
000 000 ABŞ dollarını keçməyənədək həmin
hesabın ABŞ-ın HVH kimi yoxlanılması, müəyyən
edilməsi və barəsində hesabat verilməsi tələb
edilmir;
yoxlanılması tələb edilən hüquqi şəxslərin əvvəlcədən
mövcud olan hesabları aşağıdakılardır:
2014-cü
il 30 iyun tarixinə qalığı və
ya dəyəri 250 000 ABŞ dollarını
keçən hesablar;
2014-cü
il 30 iyun tarixinə qalığı və
ya dəyəri 250 000
ABŞ dollarını keçməyən, lakin hər
hansı növbəti təqvim ilinin son gününə
qalığı və ya dəyəri 1 000 000 ABŞ
dollarını keçən hesablar;
HVMİ
bu Qaydaların 3.8.2-ci yarımbəndində göstərilən
hesablardan yalnız aşağıdakı şəxslərə
məxsus olan hesablara ABŞ-ın HVH-lar kimi
yanaşmalıdır:
müəyyən olunmuş ABŞ şəxsi olan bir və ya bir
neçə hüquqi şəxsə;
passiv
NFFE-yə (passiv NFFE-nin nəzarət edən şəxslərindən
biri və ya bir neçəsi ABŞ vətəndaşı və
ya rezidenti olduğu hallarda);
əvvəlcədən hesabı olan hüquqi şəxsin
müəyyən olunmuş ABŞ şəxsi, nəzarət
edən şəxslərdən biri və ya bir neçəsi
ABŞ vətəndaşı və ya rezidenti olan passiv NFFE
olmasını müəyyən etmək üçün
HVMİ tərəfindən hərtərəfli yoxlama
prosedurları həyata keçirilməlidir;
hərtərəfli yoxlama zamanı hüquqi şəxsin
ABŞ-da qeydiyyata alındığı (təşkil edildiyi)
və ya ünvanının ABŞ-da olması, ABŞ-da
qeydiyyata alınmış və ya ünvanı ABŞ-da olan
hüquqi şəxsin filialı və ya nümayəndəliyi
olması müəyyən edildikdə, həmin hüquqi
şəxs (filial və ya nümayəndəlik) ABŞ şəxsi
kimi qəbul olunmalıdır. Bu halda HVMİ hesab sahibindən
onun müəyyən olunmuş ABŞ şəxsi
olmadığını təsdiq edən özünüqiymətləndirmə
sənədi (W-8 BEN-E və ya W-9 formaları və ya digər
analoji sənəd) əldə etməyənə və ya mənbəyi
bəlli məlumatlara əsasən hesab sahibinin müəyyən
olunmuş ABŞ şəxsi olmadığını müəyyənləşdirməyənə
qədər hesaba ABŞ-ın HVH kimi yanaşmalıdır;
HVMİ ABŞ-ın Daxili Gəlirlər Xidmətinin
maliyyə institutları barədə dərc edilən
siyahısında olan GIIN-lər və mənbəyi bəlli
digər məlumatlar əsasında əvvəlcədən
mövcud hesabı olan maliyyə institutunun Azərbaycan
Respublikasının və ya digər dövlətin maliyyə
institutu olduğunu müəyyən edə bilər. Bu halda, hesabla bağlı
heç bir əlavə yoxlama, müəyyənetmə və
ya hesabatvermə tədbirinin görülməsi tələb
olunmur;
ABŞ
şəxsi və maliyyə institutu kimi müəyyən
edilməyən, əvvəlcədən mövcud hesabları
olan hüquqi şəxslərə münasibətdə
HVMİ aşağıdakı halları müəyyən etməlidir:
hesab
sahibinin nəzarət edən şəxslərinin
olmasını;
hesab
sahibinin passiv NFFE olmasını;
hesab
sahibinin nəzarət edən şəxslərindən hər
hansı birinin ABŞ vətəndaşı və ya rezidenti
olmasını;
HVMİ
bu Qaydaların 3.8.7-ci yarımbəndində göstərilən
halları aşkar etmək üçün aşağıda
qeyd olunanlara əməl etməlidir:
HVMİ
hesab sahiblərinin nəzarət edən şəxslərinin
müəyyən edilməsi üçün AML/KYC
prosedurlarına əsasən əldə olunan və saxlanan məlumatlardan
istifadə edə bilər;
HVMİ mənbəyi
bəlli məlumatlar əsasında hesab sahibinin aktiv NFFE
olduğunu müəyyən edə bilmədiyi təqdirdə,
hesab sahibinin passiv NFFE olub-olmadığını müəyyən
etmək üçün hesab sahibindən özünüqiymətləndirmə
sənədi (W-8 BEN-E və ya W-9 formaları, yaxud digər
analoji sənəd) tələb etməlidir;
HVMİ passiv
NFFE-nin nəzarət edən şəxslərindən hər
hansı birinin ABŞ vətəndaşı və ya rezidenti
olmasını müəyyən etmək üçün həmin
passiv NFFE-yə məxsus hesablara münasibətdə
aşağıdakı mənbələrdən istifadə
edir:
qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını
keçməyən əvvəlcədən mövcud hesablarla
bağlı AML/KYC prosedurlarına uyğun olaraq əldə
olunmuş və saxlanan məlumatlardan;
qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını
keçən əvvəlcədən mövcud olan hesablarla
bağlı hesab sahibindən və ya nəzarət edən
şəxsdən alınan özünüqiymətləndirmə
sənədindən (W-8 BEN-E və ya W-9 fomraları yaxud digər
analoji sənəd);
bu
Qaydaların 3.8.8.3-cü yarımbəndinə əsasən
passiv NFFE-nin nəzarət edən şəxslərindən hər
hansı birinin ABŞ vətəndaşı və ya rezidenti
olduğu müəyyən edilərsə və ya nəzarət
edən şəxslərdən hər hansı biri tərəfindən
özünüqiymətləndirmə sənədi təqdim
edilməzsə, hesaba ABŞ-ın HVH kimi
yanaşılmalıdır;
əvvəlcədən mövcud olan hüquqi şəxsin
hesablarına aşağıdakı prosedurlar şamil edilir:
2016-cı
il 30 iyun tarixi bu Qaydaların 3.8.2.1-ci
yarımbəndində göstərilən hesabların
yoxlanılması prosedurlarının başaçatma
tarixidir;
2014-cü
il 30 iyun tarixinə qalığı və
ya dəyəri 250 000
ABŞ dollarını keçməyən, lakin hər
hansı növbəti təqvim ilinin 31 dekabr tarixinə 1 000
000 ABŞ dollarını keçən əvvəlcədən
mövcud hesabların yoxlama prosedurları həmin hesabın
qalıq və ya dəyərinin 1 000 000 ABŞ
dollarını keçdiyi təqvim ilinin sonuncu günündən
6 (altı) ay ərzində başa
çatdırılmalıdır;
əvvəlcədən mövcud olan hesablarla bağlı
olan sənədlərin, o cümlədən
özünüqiymətləndirmə sənədlərinin
düzgün olmasına dair əsaslı şübhələr
olarsa, HVMİ hesab sahibinin statusunu yenidən müəyyən
etmək üçün bu Qaydaların 3.8.4-3.8.9-cu yarımbəndlərində
qeyd olunan hərtərəfli yoxlama prosedurlarını həyata
keçirməlidir.
Hüquqi
şəxslərin yeni hesabları üzrə hərtərəfli
yoxlama prosedurları aşağıdakı qaydada həyata
keçirilir:
hüquqi
şəxslərin yeni hesabları üzrə ABŞ-ın
HVH-nin müəyyən edilməsi məqsədi ilə bu
Qaydaların 3.9.2-3.9.9-cu yarımbəndləri üzrə hərtərəfli
yoxlama prosedurları tətbiq edilir;
hüquqi
şəxslərin kredit kart hesabı və ya revolver kredit
hesab olunan yeni hesablarının yoxlanılması, müəyyən
edilməsi və barəsində hesabat verilməsi tələb
edilmir, bu şərtlə ki, həmin hesabı açan
HVMİ hesab sahibinə məxsus hesabın
qalığının 50 000 ABŞ dollarını keçməsini
qadağan edən siyasət və prosedurlar tətbiq etsin;
bu
Qaydaların 3.9.2-ci yarımbəndində qeyd olunmuş
hesablar istisna olmaqla, HVMİ hüquqi şəxslərin yeni
hesabları ilə bağlı aşağıdakıları
müəyyən etməlidir:
hesab
sahibinin müəyyən olunmuş ABŞ şəxsi
olmasını;
hesab
sahibinin Azərbaycan Respublikasının və ya digər Tərəfdaş
Yurisdiksiyanın maliyyə institutu olmasını;
hesab
sahibinin iştirakçı maliyyə institutu, əməl edən
hesab olunan maliyyə institutu və ya imtiyazlı benefisiar
olmasını;
hesab
sahibinin aktiv NFFE və ya passiv NFFE olmasını;
HVMİ
hesab sahibinin aktiv NFFE, Azərbaycan Respublikasının və
ya digər Tərəfdaş Yurisdiksiyanın maliyyə
institutu olmasını hesab sahibinin GIIN-i və mənbəyi bəlli
və ya HVMİ-də
olan məlumatlar əsasında müəyyən edə
bilər;
hesab
açmaq üçün müraciət etmiş hüquqi
şəxsin statusu bu Qaydaların 3.9.4-cü yarımbəndində
nəzərdə tutulan qaydada müəyyən edilə bilməzsə,
HVMİ tərəfindən həmin hüquqi şəxsdən
özünüqiymətləndirmə sənədinin
doldurulması tələb edilməlidir;
özünüqiymətləndirmə sənədinə əsasən
hüquqi şəxsin ABŞ şəxsi olduğu müəyyən
edilərsə, hesaba ABŞ-ın HVH kimi yanaşılmalı
və hesabın sahibi olan hüquqi şəxsdən W-9
formasının doldurulması tələb edilməlidir;
özünüqiymətləndirmə anketinə əsasən:
hesab
sahibinin passiv NFFE olduğu aşkar edildikdə, həmin
hüquqi şəxsin nəzarət edən şəxslərindən
hər hansı birinin ABŞ vətəndaşı və ya
rezidenti olub-olmadığı müəyyən edilməlidir.
Nəzarət edən şəxslərdən hər hansı
birinin ABŞ vətəndaşı və ya rezidenti olduğu
müəyyən edilərsə, həmin nəzarət edən
şəxsdən W-9 formasının doldurulması tələb
edilməli və hesaba ABŞ-ın HVH kimi
yanaşılmalıdır;
hesab
sahibinin aşağıdakı şəxslər olduğu
aşkar edilərsə, hesaba ABŞ-ın HVH kimi
yanaşılması və hesabla bağlı hər hansı
bir hesabatın təqdim edilməsi tələb olunmur:
müəyyən olunmuş ABŞ şəxsi olmayan ABŞ şəxsi;
Azərbaycan
Respublikasının və ya digər Tərəfdaş
Yurisdiksiyanın maliyyə institutu;
iştirakçı maliyyə institutu;
əməl edən hesab olunan maliyyə institutu;
imtiyazlı benefisiar;
aktiv
NFFE;
nəzarət edən şəxslərindən heç biri ABŞ vətəndaşı
və ya rezidenti olmayan passiv NFFE;
hesab
açmaq üçün müraciət etmiş hüquqi
şəxs tərəfindən özünüqiymətləndirmə
sənədi, W-9 və ya W-8 BEN-E formalarından uyğun
olanı təqdim edilmədikdə, hesabın
açılmasından imtina edilməlidir;
hesabın
açılması, o cümlədən hərtərəfli
yoxlama prosedurları ilə əlaqədar HVMİ tərəfindən
əldə edilən sənədlərə (AML/KYC
prosedurlarına uyğun olaraq toplanan sənədlər də
daxil olmaqla) əsasən özünüqiymətləndirmə
sənədi, W-8 BEN-E və ya W-9 formasında əks
olunmuş məlumatların düzgün
olub-olmadığı müəyyən edilməlidir. Həmin özünüqiymətləndirmə sənədlərində
əks olunmuş məlumatların səhv olmasına dair əsaslı
şübhələr olduqda, HVMİ özünüqiymətləndirmə
sənədini nəzərə almamalı və hesab sahibinin
ABŞ vətəndaşı və ya FATCA statusunu müəyyən
etmək məqsədi ilə yazılı dəlil və ya məlumat
əldə etmək üçün tədbirlər görməlidir.
HVMİ yazılı dəlil və ya məlumat
əldə edə bilmədikdə, hesaba ABŞ-ın HVH kimi
yanaşmalıdır.
Ümumi Hesabatlılıq
Standartı əsasında xarici
dövlətlərin fiziki
və hüquqi şəxslərinə məxsus hesablar
üzrə hərtərəfli
yoxlama prosedurları
Ümumi Hesabatlılıq Standartı əsasında
HVH-nın müəyyənləşdirilməsi məqsədi
ilə HVMİ bu Qaydaların 4-cü hissəsində əks
olunan hərtərəfli yoxlama prosedurlarını həyata
keçirməlidir.
Açılma
tarixinə görə hüquqi və fiziki şəxslərə
məxsus hesablar aşağıdakı növlərə
bölünür:
əvvəlcədən mövcud olan hesablar – 2017-ci il 1 iyul
tarixinədək HVMİ-də mövcud olan hesablar;
yeni
hesablar – 2017-ci il 1 iyul tarixində və ya bu tarixdən sonra
HVMİ-də açılan hesablar.
Azərbaycan Respublikasının qanunvericiliyində həyatın
yığım sığortası müqaviləsi və ya
annuitet sığortası müqaviləsinin tərəfi
qismində qeyri-rezidentlərin olmaması nəzərdə
tutulduğu halda, həmin müqavilə üzrə fiziki
şəxslərin əvvəlcədən mövcud olan
hesablarının HVH olmasının müəyyən edilməsi
və ya barəsində hesabat verilməsi tələb edilmir.
Yoxlanılması,
müəyyən edilməsi və barəsində hesabat verilməsi
tələb edilən fiziki şəxslərin əvvəlcədən
mövcud olan hesablarının aşağıdakı növləri
vardır:
aşağıdəyərli hesablar – 2017-ci il 30 iyun tarixinə
qalığı və ya dəyəri 1 000 000 ABŞ
dollarını keçməyən, əvvəlcədən
mövcud olan hesablar;
yüksək dəyərli hesablar – 2017-ci il 30 iyun tarixinə və
ya hər hansı növbəti təqvim ilinin 31 dekabr tarixinə
qalığı və ya dəyəri 1 000 000 ABŞ
dollarını keçən, əvvəlcədən
mövcud olan hesablar.
Fiziki
şəxslərin aşağı dəyərli hesabları
üzrə hərtərəfli yoxlama prosedurları
aşağıdakı qaydada həyata keçirilir:
HVMİ
fiziki şəxslərin aşağı dəyərli
hesabları üzrə barəsində HVH-nin müəyyənləşdirilməsi
məqsədi ilə aşağıdakı metodların tətbiqi
barədə qərar qəbul edə bilər:
rezidentlik
ünvanı testi;
elektron
axtarış;
HVMİ-də fiziki şəxs olan hesab
sahibinin rezident olduğu xarici dövlətdə daimi
yaşadığı ünvanı (bundan sonra – faktiki
rezidentlik ünvanı) barədə məlumat mövcud olarsa,
bu zaman HVMİ rezidentlik ünvanı testinin tətbiqi barədə
qərar qəbul edə bilər;
HVMİ
aşağıdakı şərtlərə cavab verən
rezidentlik ünvanına əsaslanaraq, fiziki şəxs olan
hesab sahibinə həmin ünvanın aid olduğu dövlətin
vergi məqsədləri üçün rezidenti kimi
yanaşa bilər:
rezidentlik
ünvanı barədə məlumatın mövcudluğu;
rezidentlik
ünvanının faktiki olması;
rezidentlik
ünvanının yazılı dəlillərə əsaslanması;
HVMİ-nin
sərəncamında olan məlumatlarda hesab sahibi ilə əlaqədar
qeyd olunan və ona məxsus ən son daimi
yaşadığı ünvan faktiki rezidentlik ünvanı
hesab olunur;
HVMİ-nin sərəncamında olan
məlumatlarda göstərilən ən son daimi
yaşadığı ünvan əvvəllər poçt məqsədləri
üçün istifadə olunmuşdursa və bu ünvana
göndərilən hər hansı sənəd və ya məktub
geri qayıtmışdırsa, yaxud ünvana
çatmamışdırsa (texniki səbəblər istisna
olmaqla), həmin ünvan faktiki rezidentlik ünvanı kimi qəbul
oluna bilməz;
bu
Qaydaların 4.5.5-ci yarımbəndində qeyd olunan hallardan
asılı olmayaraq, qeyri-aktiv hesaba münasibətdə
HVMİ-nin sərəncamında olan məlumatlarda fiziki şəxs
olan hesab sahibi ilə bağlı göstərilən ən
son rezidentlik ünvanı hesabın qeyri-aktiv olduğu müddətdə
faktiki qəbul olunur. Bu yarımbəndin məqsədləri
üçün hesab (annuitet sığortası müqaviləsi
istisna olmaqla) aşağıdakı hallar baş verdikdə
qeyri-aktiv hesab olunur:
son 3
(üç) ildə hesab sahibi həmin hesabla və ya
HVMİ-də olan hər hansı digər hesabı ilə
bağlı heç bir əməliyyat aparmadıqda;
son 6
(altı) ildə hesab sahibi həmin hesabla bağlı və
ya HVMİ-də olan hər hansı digər hesabı ilə
bağlı HVMİ ilə əlaqə yaratmadıqda;
həyatın yığım sığortası müqaviləsinə
münasibətdə son 6 (altı) ildə HVMİ-nin həmin
hesabla bağlı və ya HVMİ-də olan hər hansı digər
hesabı ilə bağlı hesab sahibi ilə əlaqə
yaratmadıqda;
hesabın qeyri-aktiv hesab olunması ilə bağlı bu
Qaydaların 4.5.6.1-4.5.6.3-cü yarımbəndlərində
göstərilməyən analoji hallarda;
bu Qaydaların
4.5.6-cı yarımbəndinə uyğun olaraq qeyri-aktiv hesab
olunan hesab aşağıdakı hallardan biri baş verdikdə
aktiv hesaba çevrilir:
hesab
sahibi həmin hesabla və ya HVMİ-də olan hər hansı digər
hesabı ilə bağlı əməliyyat apardıqda;
hesab
sahibi həmin hesabla və ya HVMİ-də olan hər hansı digər
hesabı ilə bağlı HVMİ ilə əlaqə
yaratdıqda;
hesabın aktiv hesaba çevrilməsi ilə bağlı analoji
hallarda;
bu
Qaydaların 4.5.3.3-cü yarımbəndinin tələbi o
halda təmin edilmiş hesab olunur ki, HVMİ-nin sərəncamında
olan məlumatlarda faktiki rezidentlik ünvanı yazılı dəlillərdə
(məsələn, şəxsiyyət vəsiqəsi, sürücülük
vəsiqəsi, səsvermə kartı və ya rezidentlik
sertifikatı) qeyd olunan ünvanla eynilik təşkil etsin və
ya müvafiq xarici dövlətə aid olsun. Şəxsiyyəti
təsdiq edən sənədlərdə (pasport, identifikasiya
kartı və s.) ən son daimi yaşadığı
ünvan və ya ümumiyyətlə hər hansı ünvan
qeyd olunmadığı halda, faktiki rezidentlik ünvanı kimi
səlahiyyətli dövlət orqanı və ya digər qurum
tərəfindən verilmiş ən son sənədlərdə
(məsələn, dövlət vergi orqanı tərəfindən
verilmiş bildirişlər, kommunal xidmətlərdən
istifadəyə dair bildirişlər, qəbzlər və ya
digər sənədlər) qeyd olunan ünvan əsas
götürülür;
hesab AML/KYC tələblərinin
Azərbaycan Respublikasında tətbiq edilməsi barədə
qanunvericilik qüvvəyə minənədək
açılmışdırsa, HVMİ-nin sərəncamında
olan məlumatlarda faktiki rezidentlik ünvanı həmin maliyyə
institutunun əldə etdiyi ən son sənədlərdə
(məsələn, dövlət vergi orqanı tərəfindən
verilmiş bildirişlər, kommunal xidmətlərdən
istifadəyə dair bildiriş və ya qəbzlər,
daşınmaz əmlakın icarəsinə dair sənəd və
ya digər sənədlər) olan ünvan hesab olunur. Bu
yarımbənddə nəzərdə tutulan hesaba münasibətdə
HVMİ-dən tələb olunur ki, faktiki rezidentlik
ünvanının dəqiqləşdirilməsi ilə
bağlı hesab sahibi ilə əlaqə saxlayaraq, müvafiq
yazılı dəlillərin əldə olunması
üçün tədbirlər görsün;
həyatın
yığım sığortası müqaviləsinə
münasibətdə faktiki rezidentlik ünvanının
HVMİ tərəfindən qeyri-düzgün hesab edilməsi
və ya hesab edilməyə əsas olmasına səbəb
olan dəyişiklik baş verməsinədək və ya
müqavilənin ödəniş (tam və ya qismən)
tarixinədək HVMİ-nin sərəncamında olan məlumatlardakı
faktiki rezidentlik ünvanı əsas götürülə bilər;
rezidentlik
ünvanı testinə əsaslanan HVMİ-nin yazılı dəlilləri
qeyri-düzgün və ya əsassız hesab etməsi, yaxud
hesab etməyə əsası olmasına səbəb olan dəyişiklik
baş verərsə, həmin maliyyə institutu müvafiq təqvim
ilinin və ya digər hesabat dövrünün sonunadək,
yaxud bu cür dəyişikliyin aşkar edilməsindən
sonra 90 günədək (göstərilən müddətlərdən
daha gec tətbiq olunmaq şərtilə) hesab sahibinin vergi məqsədləri
üçün rezidentliyini müəyyən etmək
üçün özünüqiymətləndirmə sənədi
və yeni yazılı dəlillər əldə etməlidir.
Bu Qaydaların 4.5.10-4.5.11-ci yarımbəndlərindəki
“dəyişikliyin baş verməsi” dedikdə, hesab sahibinin
rezidentlik statusunun müəyyənləşdirilməsinə
təsir edəcək istənilən dəyişiklik (bu
Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən
əlamətlərin sonradan meydana çıxması) nəzərdə
tutulur. HVMİ qeyd olunan müddət özünüqiymətləndirmə
sənədi və yeni yazılı dəlillər əldə
edə bilmirsə, bu Qaydaların 4.5.12-ci yarımbəndinə
uyğun olaraq elektron axtarış aparmalıdır;
faktiki rezidentlik
ünvanı testinin tətbiqi barədə qərar qəbul
etməyən HVMİ fiziki şəxslərin
aşağıdəyərli hesabları üzrə HVH-nin
müəyyənləşdirilməsi məqsədi ilə
aşağıdakı əlamətlər nəzərə
alınmaqla, elektron məlumat bazasında olan məlumatlar əsasında
axtarış (bundan sonra – elektron axtarış)
aparmalıdır:
hesab
sahibinin xarici dövlətin rezidenti kimi identifikasiyası;
xarici
dövlətdə cari poçt və ya yaşayış
ünvanı (abunə qutusu ünvanı daxil olmaqla);
xarici
dövlətdə bir və ya bir neçə telefon nömrəsinin
olması və Azərbaycan Respublikasına aid telefon nömrəsinin
olmaması;
xarici
dövlətdə saxlanılan hesaba vəsait
köçürülməsinə dair bank hesabları istisna
olmaqla, digər hesablar üzrə verilmiş uzunmüddətli
ödəniş tapşırıqları;
xarici
dövlətdə ünvanı olan şəxsə hesabla əlaqədar
verilmiş qüvvədə olan etibarnamə və ya imza
hüququ;
“poçtun saxlanması” göstərişi və
ya HVMİ-nin elektron məlumat bazasında hesab sahibinə məxsus
yeganə ünvanın xarici dövlətə aid “vasitəçi”
ünvanı;
HVMİ elektron axtarış
zamanı aşağı dəyərli hesabı olan fiziki
şəxslərdə bu Qaydaların 4.5.12-ci yarımbəndində
göstərilən əlamətlərdən heç birini
aşkar etməzsə, aşağıdakı hallardan biri
baş verməyənə qədər HVMİ tərəfindən
hesabla bağlı hər hansı tədbirin görülməsi
tələb olunmur:
hesabla əlaqəli
bu Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən
əlamətlərdən biri və ya bir neçəsinin
sonradan meydana çıxması;
hesabın sonradan yüksək dəyərli hesaba çevrilməsi;
elektron axtarış zamanı fiziki
şəxslərlə bağlı bu Qaydaların 4.5.12-ci
yarımbəndində göstərilən əlamətlərin
hər hansı biri aşkar edilərsə və ya hesabla əlaqəli
bir və ya bir neçə əlamətin meydana
çıxmasına səbəb olan dəyişiklik olarsa,
HVMİ bu Qaydaların 4.5.17-ci yarımbəndində göstərilən
istisnanı tətbiq etmək barədə qərar verməyənə
qədər hesab sahibinə aşkar edilmiş hər bir əlamətə
uyğun olaraq müvafiq xarici dövlətin rezidenti kimi
yanaşılmalıdır;
Elektron
axtarış zamanı hesab sahibi barədə yalnız bu
Qaydaların 4.5.12.6-cı yarımbəndində göstərilən
əlamət aşkar olunarsa və hər hansı digər
ünvan aşkar olunmazsa, HVMİ tərəfindən hesab
sahibinin rezidentliyinin müəyyənləşdirilməsi
üçün aşağıdakı tədbirlərdən
biri görülməlidir:
bu
Qaydaların 4.6.3-cü yarımbəndində qeyd olunan
kağız daşıyıcılarda axtarış
aparılmalı;
hesab
sahibinin vergi məqsədləri üçün rezidentliyinin
müəyyənləşdirilməsi üçün
özünüqiymətləndirmə sənədi və ya
yazılı dəlillər əldə edilməli;
bu
Qaydaların 4.5.15-ci bəndinin tələblərinə
uyğun olaraq kağız daşıyıcılarda
aparılmış axtarış nəticəsində hər
hansı əlamət aşkar edilmədikdə və
özünüqiymətləndirmə sənədi və ya
yazılı dəlillər əldə etmək mümkün
olmadıqda, HVMİ həmin hesab barəsində sənədləşdirilməmiş
hesab kimi hesabat verməlidir;
elektron
axtarış zamanı fiziki şəxslərlə
bağlı bu Qaydaların 4.5.12.2-4.5.12.5-ci yarımbəndlərində
göstərilən əlamətlərin hər hansı
birinin aşkar edilməsinə və ya həmin əlamətlərin
sonradan meydana çıxmasına baxmayaraq, HVMİ
aşağıdakı sənədləri əldə edirsə
və ya daha əvvəl əldə etmişdirsə hesab
sahibinə vergi məqsədləri üçün xarici
dövlətin rezidenti kimi yanaşılması tələb
edilmir:
hesab
sahibinin vergi məqsədləri üçün xarici
dövlətin rezidenti olmamasına dair özünüqiymətləndirmə
sənədi;
hesab
sahibinin HVH sahibi statusunun olmamasını göstərən
yazılı dəlil.
Fiziki
şəxslərin yüksək dəyərli hesabları
üzrə hərtərəfli yoxlama prosedurları
aşağıdakı qaydada həyata keçirilir:
4.6.1. HVMİ yüksək dəyərli
hesabları olan fiziki şəxslərlə bağlı bu
Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən
əlamətləri müəyyən etmək üçün
əvvəlcə elektron axtarış aparmalıdır;
4.6.2.
HVMİ-nin elektron məlumat bazasında
aşağıdakı məlumatlar əks olunduqda, həmin
maliyyə institutu tərəfindən bu Qaydaların
4.6.3-cü bəndində göstərilən kağız
daşıyıcılarda axtarış aparılması tələb
edilmir:
hesab
sahibinin rezidentlik statusu;
hesab
sahibinin HVMİ-nin arxivində olan daimi yaşayış və
poçt ünvanı;
hesab
sahibinin HVMİ-nin arxivində olan telefon nömrəsi
(nömrələri);
bank
hesabları istisna olmaqla, digər hesabdakı vəsaitlərin
hər hansı hesaba (HVMİ-nin digər filialında və ya
digər maliyyə institutunda olan hesab daxil olmaqla)
köçürülməsi üçün uzunmüddətli
ödəniş tapşırıqlarının
olub-olmaması;
hesab
sahibinin “poçtun saxlanması” göstərişinin və
ya cari “vasitəçi” ünvanının olub-olmaması;
hesab
üzrə hər hansı etibarnamə və ya imza
hüququnun olub-olmaması;
HVMİ-nin
elektron məlumat bazasında bu Qaydaların 4.6.2-ci yarımbəndində
göstərilən məlumatların mövcud
olmadığı halda, HVMİ yüksək dəyərli
hesabları olan fiziki şəxslərlə bağlı bu
Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən
əlamətləri müəyyən etmək
üçün müştəri ilə bağlı sənəd
qovluğunu nəzərdən keçirməli və həmin
sənəd qovluğunda müvafiq məlumatlar
olmadığı təqdirdə, hesabla əlaqədar
HVMİ tərəfindən son 5 (beş) ildə əldə
olunmuş aşağıdakı sənədlərin hər
bir əlamət üzrə axtarışı və
yoxlanılması prosesini (bundan sonra – kağız
daşıyıcılarda axtarış) həyata keçirməlidir:
hesabla əlaqədar
ən son əldə olunmuş yazılı dəlillər;
ən
son hesabın açılması üzrə müqavilə və
ya digər sənədlər;
AML/KYC
prosedurlarına uyğun olaraq və ya digər tənzimləmə
məqsədləri üçün HVMİ tərəfindən
əldə edilən ən son sənədlər;
qüvvədə olan etibarnamə və ya imza hüququnu təsdiqləyən
hər hansı digər sənədlər;
vəsaitlərin köçürülməsinə dair bank hesabları
istisna olmaqla, digər hesablar üzrə verilmiş qüvvədə
olan uzunmüddətli ödəniş
tapşırıqları;
bu
Qaydaların 4.6.1-4.6.3-cü yarımbəndlərində qeyd
edilən elektron və kağız daşıyıcılarda
axtarışa əlavə olaraq, müştərilərlə
iş üzrə mütəxəssis faktiki olaraq hər
hansı bir yüksək dəyərli hesabı (belə
yüksək dəyərli hesabla əlaqəli olan istənilən
maliyyə hesabları daxil olmaqla) olan fiziki şəxsin
HVŞ olmasına dair məlumata malikdirsə, HVMİ həmin
hesaba HVH kimi yanaşmalıdır;
yüksək
dəyərli hesabların hərtərəfli
yoxlanılması zamanı bu Qaydaların 4.5.12-ci yarımbəndində
göstərilən əlamətlərdən heç biri
aşkar edilmədikdə və müştərilərlə
iş üzrə mütəxəssis tərəfindən
hesabın HVŞ-yə məxsus olması müəyyən
edilmədikdə, həmin hesablarla bağlı bu Qaydaların
4.5.12-ci yarımbəndində göstərilən əlamətlərdən
biri və ya bir neçəsi sonradan meydana çıxmayana qədər
heç bir tədbirin görülməsi tələb olunmur;
yüksək dəyərli hesabların hərtərəfli
yoxlanılması zamanı bu Qaydaların 4.5.12-ci yarımbəndində
göstərilən əlamətlərdən hər hansı
biri aşkar edilərsə və ya həmin əlamətin
sonradan meydana çıxması ilə nəticələnən
dəyişiklik olarsa və bu Qaydaların 4.5.17-ci yarımbəndində
göstərilən istisna tətbiq edilməzsə, HVMİ
aşkar edilmiş əlamət üzrə hər bir xarici
dövlətə münasibətdə hesaba HVH kimi
yanaşmalıdır;
yüksək dəyərli hesabla bağlı hərtərəfli
yoxlama zamanı hesab sahibi barədə yalnız bu
Qaydaların 4.5.12.6-cı yarımbəndində göstərilən
əlamət aşkar olunarsa və hər hansı digər
ünvan aşkar olunmazsa, HVMİ hesab sahibinin vergi məqsədləri
üçün rezidentliyini müəyyən etmək
üçün özünüqiymətləndirmə sənədi
və ya yazılı dəlillər əldə etməlidir.
Bu sənədlərdən hər hansı birini əldə
etmək mümkün olmadıqda, həmin hesab barəsində
sənədləşdirilməmiş hesab kimi hesabat verilməlidir;
fiziki
şəxslərin əvvəlcədən mövcud olan
hesablarının hərtərəfli yoxlanılması 2018-ci
il 30 iyun tarixinədək başa
çatdırılmalıdır;
2017-ci il
30 iyun tarixə fiziki şəxslərin yüksək dəyərli
hesab olmayan əvvəlcədən mövcud olan hesabı hər
hansı növbəti təqvim ilinin son gününə
yüksək dəyərli hesaba çevrilərsə,
HVMİ bu hesabla bağlı həmin hesabın yüksək dəyərli
hesaba çevrildiyi təqvim ilindən sonrakı təqvim ili ərzində
bu Qaydaların 4.6.1-4.6.7-ci yarımbəndlərində
göstərilən hərtərəfli yoxlama
prosedurlarını başa çatdırmalıdır. Bu
yoxlamaya əsasən hesab HVH kimi müəyyən olunarsa,
HVMİ hesab sahibi HVŞ statusunu itirənədək bu
hesabın HVH kimi müəyyən olunduğu il
və ondan sonrakı illər üzrə hesab barədə bu
Qaydaların 5-ci hissəsində göstərilən məlumatları
illik əsasda təqdim etməlidir;
bu
Qaydaların 4.6.1-4.6.7-ci yarımbəndlərində göstərilən
hərtərəfli yoxlama prosedurları yüksək dəyərli
hesaba tətbiq edilərsə, HVMİ-dən növbəti təqvim
illərində həmin yüksək dəyərli hesaba bu
prosedurları (müştərilərlə iş üzrə
mütəxəssisin məlumat toplaması halları istisna
olmaqla) yenidən tətbiq etmək tələb edilmir. Bu
Qaydaların 4.6.7-ci yarımbəndinə əsasən sənədləşdirilməmiş
hesab kimi barəsində hesabat verilən yüksək dəyərli
hesablarla bağlı özünüqiymətləndirmə sənədi
və yazılı dəlillər əldə olunanadək,
HVMİ həmin hesablara münasibətdə illik olaraq hərtərəfli
yoxlama prosedurlarını tətbiq etməlidir;
HVMİ
müştərilərlə iş üzrə mütəxəssis
tərəfindən hesabla bağlı istənilən dəyişikliyin
müəyyən edilməsini təmin etmək
üçün prosedurlar həyata keçirməlidir.
Müştərilərlə iş üzrə mütəxəssisə
hesab sahibinin xarici dövlətdə yeni poçt
ünvanının olması barədə məlumat verilərsə,
HVMİ yeni ünvanı hesabla bağlı dəyişiklik
kimi qəbul etməlidir. Bu halda bu Qaydaların 4.5.17-ci
yarımbəndində göstərilən istisna tətbiq edilərsə,
özünüqiymətləndirmə sənədi və
yazılı dəlillər əldə edilməsi tələb
olunur;
bu
Qaydalara əsasən HVH kimi müəyyən olunan hər
hansı fiziki şəxslərin əvvəlcədən
mövcud olan hesabına hesab sahibi HVŞ statusunu itirənədək
bütün növbəti təqvim illərində HVH kimi
yanaşılmalıdır.
Fiziki
şəxslərin yeni hesabları üzrə hərtərəfli
yoxlama prosedurları aşağıdakı qaydada həyata
keçirilir:
4.7.1. yeni hesab açılarkən HVMİ
bütün fiziki şəxslərdən özünüqiymətləndirmə
sənədini almalıdır. HVMİ-yə
hesab sahibinin vergi məqsədləri üçün
rezidentliyinin müəyyənləşdirilməsinə imkan
yaradan özünüqiymətləndirmə sənədinin
doldurulması hesabın açılması üçün
sənədləşmənin bir hissəsi hesab olunur.
AML/KYC prosedurlarına uyğun olaraq toplanılan istənilən
sənədləşmə daxil olmaqla, hesabın
açılması ilə bağlı HVMİ-nin əldə
etdiyi məlumatlara uyğun olaraq özünüqiymətləndirmə
sənədində əks olunan məlumatların həqiqiliyi,
dəqiqliyi və tamlığı HVMİ tərəfindən
yoxlanılır və bununla özünüqiymətləndirmə
sənədinin əsaslılığı təsdiq edilir;
4.7.2. özünüqiymətləndirmə sənədinə
əsasən hesab sahibinin vergi məqsədləri
üçün xarici dövlətin rezidenti olması müəyyən
edilərsə, HVMİ hesaba HVH kimi yanaşmalıdır.
Özünüqiymətləndirmə sənədində
hesab sahibinin bu Qaydaların 6.26-cı bəndi nəzərə
alınmaqla, həmin xarici dövlətə aid VÖEN-i və
doğum tarixi əks olunmalıdır;
4.7.3. yeni hesabla bağlı baş vermiş hər
hansı dəyişiklik nəticəsində HVMİ hesab
açılarkən əldə edilmiş özünüqiymətləndirmə
sənədini qeyri-düzgün və ya əsassız hesab edərsə,
HVMİ həmin sənədə əsaslanmamalıdır və
hesab sahibinin vergi məqsədləri üçün
rezidentliyinin müəyyənləşdirilməsi
üçün aşağıdakı sənədlərdən
birini əldə etməlidir:
yeni
özünüqiymətləndirmə sənədi;
hesab
açılarkən əldə edilmiş özünüqiymətləndirmə
sənədinin əsaslılığını təsdiq edən
izahat və mövcud olduğu təqdirdə, digər sənədlər
(surətini saxlamaqla və ya həmin izahatın və sənədlərin
qeydiyyatını aparmaqla);
bu Qaydaların
4.7.3-cü yarımbəndinin tələblərinə əməl
olunması məqsədi ilə hesabla əlaqəli bu
Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən
bir və ya bir neçə əlamətin sonradan meydana
çıxmasına səbəb olan dəyişikliyi müəyyən
etməyə imkan verən tədbirlər HVMİ tərəfindən
görülməli və hesab sahibinə müvafiq dəyişikliklərlə
bağlı HVMİ-ni dərhal məlumatlandırması
öhdəliyinin olması bildirilməlidir.
4.8.
Hüquqi şəxslərin əvvəlcədən mövcud
olan hesabları üzrə hərtərəfli yoxlama
prosedurları aşağıdakı qaydada həyata
keçirilir:
4.8.1.
2017-ci il 30 iyun tarixinə qalığı
və ya dəyəri 250 000 ABŞ dollarını keçməyən
hüquqi şəxslərin əvvəlcədən mövcud
olan hesablarının hər hansı növbəti təqvim
ilinin son gününə qalığı və ya dəyəri
250 000 ABŞ dollarını keçməyənədək, həmin
hesabların Ümumi Hesabatlılıq Standartı əsasında
HVH kimi yoxlanılması, müəyyən edilməsi və
onlarla bağlı hesabat verilməsi tələb edilmir;
4.8.2. yoxlanılması tələb edilən
hüquqi şəxslərin əvvəlcədən mövcud
olan hesabları aşağıdakılardır:
4.8.2.1.
2017-ci il 30 iyun tarixinə qalığı
və ya dəyəri 250 000 ABŞ dolları məbləğini
keçən hesablar;
4.8.2.2.
2017-ci il 30 iyun tarixinə qalığı
və ya dəyəri 250 000 ABŞ dolları məbləğini
keçməyən, lakin hər hansı növbəti təqvim
ilinin son gününə qalığı və ya dəyəri
250 000 ABŞ dolları məbləğini keçən
hesablar;
4.8.3.
HVMİ bu Qaydaların 4.8.2-ci yarımbəndində göstərilən
hesablardan yalnız aşağıdakı şəxslərə
məxsus olan hesablara HVH kimi yanaşmalıdır:
4.8.3.1.
HVŞ olan bir və ya bir neçə hüquqi şəxsə;
4.8.3.2. passiv NFE-yə (passiv NFE-nin nəzarət edən
şəxslərindən biri və ya bir neçəsi
HVŞ olduğu hallarda);
4.8.4. bu Qaydaların 4.8.3.1-ci yarımbəndində
göstərilən şəxsi müəyyən etmək məqsədi
ilə HVMİ aşağıdakı prosedurları həyata
keçirməlidir:
4.8.4.1. hesab sahibinin xarici dövlətin rezidenti
olub-olmamasını göstərən məlumatı müəyyən
etmək üçün HVMİ tənzimləmə və ya
müştərilərlə işin aparılması məqsədləri
üçün saxlanılan məlumatları (AML/KYC
prosedurlarına uyğun olaraq toplanmış məlumatlar daxil
olmaqla) nəzərdən keçirməlidir. Bu halda hesab
sahibinin xarici dövlətin rezidenti olduğunu göstərən
məlumata xarici dövlətdə təsis və ya təşkil
edilmə yeri, yaxud hüquqi ünvanı aiddir;
4.8.4.2. bu Qaydaların 4.8.4.1-ci yarımbəndinə
uyğun olaraq müəyyən edilən məlumat hesab sahibinin
xarici dövlətin rezidenti olmasını göstərirsə,
HVMİ özünüqiymətləndirmə sənədi əldə
etməyənə qədər, yaxud sərəncamında olan
və ya mənbəyi bəlli məlumatlar əsasında
hesab sahibinin HVŞ olmadığını təsdiq etməyənə
qədər hesaba HVH kimi yanaşmalıdır;
4.8.5. bu Qaydaların 4.8.3.2-ci yarımbəndində
göstərilən şəxsi müəyyən etmək məqsədi
ilə HVMİ aşağıdakı prosedurları həyata
keçirməlidir:
4.8.5.1. hesab sahibinin passiv NFE olub-olmamasının
müəyyən edilməsi məqsədi ilə HVMİ sərəncamında
olan və ya mənbəyi bəlli məlumatları
araşdırır. Araşdırma nəticəsində hesab
sahibinin statusunu, yəni passiv NFE, aktiv NFE və ya maliyyə
institutu (bu Qaydaların 2.2.4.4-cü yarımbəndində
göstərilən və iştirakçı olmayan xarici
dövlətin ərazisində təsis edilmiş investisiya
şirkəti istisna olmaqla) olmasını dəqiqləşdirmək
mümkün olmadığı təqdirdə, HVMİ həmin
hesab sahibinin statusunu müəyyən etmək
üçün özünüqiymətləndirmə sənədini
əldə etməlidir;
4.8.5.2. hesab sahibi passiv NFE olduğu halda, onun nəzarət
edən şəxsləri müəyyən edilir. Bu məqsədlə
HVMİ AML/KYC prosedurlarına əsasən əldə
olunmuş və saxlanılan məlumatlardan istifadə edə
bilər;
4.8.5.3.
HVMİ passiv NFE-nin nəzarət edən şəxslərindən
hər hansı birinin HVŞ olmasını müəyyən
edir. Bu məqsədlə HVMİ həmin passiv NFE-yə məxsus
hesablara münasibətdə aşağıdakı mənbələrdən
istifadə edir:
qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını
keçməyən əvvəlcədən mövcud olan
hesablarla bağlı AML/KYC prosedurlarına uyğun olaraq əldə
olunmuş və saxlanılan məlumatlardan;
qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını
keçən əvvəlcədən mövcud olan hesablarla
bağlı hesab sahibindən və ya nəzarət edən
şəxsdən alınan özünüqiymətləndirmə
sənədindən;
4.8.6.
2017-ci il 30 iyun tarixinə qalığı
və ya dəyəri 250 000 ABŞ dollarını keçən
hesabların hərtərəfli yoxlanılması 2018-ci il 30
iyun tarixinədək başa
çatdırılmalıdır;
4.8.7.
2017-ci il 30 iyun tarixinə qalığı
və ya dəyəri 250 000 ABŞ dollarını keçməyən,
lakin hər hansı növbəti təqvim ilinin 31 dekabr
tarixinə 250 000 ABŞ dollarını keçən əvvəlcədən
mövcud olan hesabların hərtərəfli
yoxlanılması həmin hesabların qalıq və ya dəyərinin
250 000 ABŞ dollarını keçdiyi təqvim ilindən
sonrakı təqvim ili ərzində başa
çatdırılmalıdır;
4.8.8.
passiv NFE-nin nəzarət edən şəxsinə münasibətdə
özünüqiymətləndirmə sənədinin əldə
edilməsi tələb olunarsa, lakin həmin sənəd əldə
edilməzsə, HVMİ həmin nəzarət edən şəxsin
HVŞ olub-olmamasını müəyyən etmək
üçün elektron axtarış aparmaqla, bu Qaydaların
4.5.12-ci yarımbəndində göstərilən əlamətlərə
əsaslanmalıdır. HVMİ tərəfindən elektron
axtarış zamanı heç bir əlamət aşkar edilməzsə,
hesabla əlaqəli bir və ya bir neçə əlamətin
sonradan meydana çıxması ilə nəticələnən
dəyişiklik olmayanadək hesabla bağlı hər
hansı tədbirin görülməsi tələb edilmir;
4.8.9. hüquqi şəxslərin əvvəlcədən
mövcud olan hesablarına münasibətdə HVMİ-nin
özünüqiymətləndirmə sənədini və ya
hesabla bağlı digər sənədi qeyri-düzgün və
ya əsassız hesab etməsinə səbəb olan dəyişiklik
olarsa, HVMİ bu Qaydaların 4.8.4-4.8.5-ci yarımbəndlərində
qeyd olunan prosedurlara uyğun olaraq hesabın statusunu yenidən
müəyyən etməlidir;
4.8.10. bu Qaydaların 4.8.9-cu yarımbəndində
qeyd olunan hallarda HVMİ müvafiq təqvim ilinin və ya digər
hesabat dövrünün sonuncu gününə kimi və
yaxud dəyişikliyin aşkar edilməsindən sonrakı 90
təqvim günü ərzində aşağıdakı
prosedurları həyata keçirməlidir:
4.8.10.1. hesab sahibinin HVŞ olub-olmamasının müəyyən
edilməsi ilə əlaqədar HVMİ
aşağıdakı sənədlərdən birini əldə
etməlidir:
yeni
özünüqiymətləndirmə sənədi;
hesab
açılarkən əldə edilmiş özünüqiymətləndirmə
sənədinin və ya digər sənədlərin əsaslılığını
təsdiq edən izahat və mövcud olduğu təqdirdə
digər sənədlər (surətini saxlamaqla və ya həmin
izahatın və sənədlərin qeydiyyatını
aparmaqla);
4.8.10.2. bu Qaydaların 4.8.10.1-ci yarımbəndinin məqsədləri
üçün HVMİ yeni özünüqiymətləndirmə
sənədini ala bilmirsə, yaxud hesab açılarkən əldə
edilmiş özünüqiymətləndirmə sənədinin
və ya digər sənədlərin əsaslılığını
təsdiq edə bilmirsə, hesab sahibinə hər iki xarici
dövlətin HVŞ kimi yanaşmalıdır. Bu yarımbənddə
“hər iki xarici dövlət” dedikdə, həm hesab
açılarkən əldə edilmiş özünüqiymətləndirmə
sənədində göstərilən xarici dövlət, həm
də aşkar edilmiş dəyişikliklə müəyyən
edilmiş xarici dövlət nəzərdə tutulur;
4.8.10.3. hesab sahibinin maliyyə institutu, aktiv NFE və ya
passiv NFE olmasının müəyyən edilməsi ilə əlaqədar
HVMİ əlavə sənədlərin və ya yeni
özünüqiymətləndirmə sənədinin əldə
olunmasını təmin etməlidir. Həmin sənədlər
əsasında hesab sahibinin statusu dəqiqləşdirilir.
HVMİ qeyd olunan sənədləri əldə edə bilmədiyi
halda, hesab sahibinə passiv NFE kimi yanaşmalıdır;
4.8.10.4. passiv NFE-nin nəzarət edən şəxsinin
HVŞ olub-olmamasının müəyyən edilməsi ilə
əlaqədar HVMİ bu Qaydaların 4.8.10.1-ci yarımbəndində
göstərilən sənədlərdən birini əldə
etməlidir. HVMİ yeni özünüqiymətləndirmə
sənədini əldə edə bilmirsə və yaxud hesab
açılarkən əldə edilmiş özünüqiymətləndirmə
sənədinin və ya digər sənədlərin əsaslılığını
təsdiq edə bilmirsə, elektron axtarış aparmaqla bu
Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən
əlamətlərə əsaslanmalıdır.
4.9.
Hüquqi şəxslərin yeni hesabları üzrə hərtərəfli
yoxlama prosedurları aşağıdakı qaydada həyata
keçirilir:
4.9.1.
Ümumi Hesabatlılıq Standartı əsasında HVH-nin
müəyyən edilməsi məqsədi ilə HVMİ bu
Qaydaların 4.9.2-4.9.5-ci yarımbəndlərinə əsasən
hərtərəfli yoxlama prosedurlarını həyata
keçirməklə, yeni hesabların aşağıdakı
şəxslərə məxsus olub-olmamasını dəqiqləşdirir:
barəsində hesabat verilməli olan bir və ya bir neçə şəxsə;
passiv
NFE-yə (passiv NFE-nin nəzarət edən şəxslərindən
biri və ya bir neçəsi barəsində HVŞ olduğu
hallarda).
HVMİ tərəfindən
hüquqi şəxsə hesab açılarkən hesab
sahibinin vergi məqsədləri üçün rezidentliyini
müəyyən etmək məqsədi ilə
özünüqiymətləndirmə sənədinin
doldurulması tələb edilməlidir;
AML/KYC prosedurlarına
uyğun olaraq toplanılan istənilən sənədləşmə
daxil olmaqla, hesabın açılması ilə bağlı
HVMİ-nin əldə etdiyi məlumatlara uyğun olaraq
özünüqiymətləndirmə sənədində əks
olunan məlumatların həqiqiliyi, dəqiqliyi və
tamlığı HVMİ tərəfindən yoxlanılır
və bununla özünüqiymətləndirmə sənədinin
əsaslılığı təsdiq edilir;
bu
Qaydaların 4.9.1.1-ci yarımbəndində göstərilən
şəxsi müəyyən etmək məqsədi ilə
HVMİ aşağıdakı prosedurları həyata
keçirməlidir:
hüquqi
şəxs özünüqiymətləndirmə sənədində
vergi məqsədləri üçün rezidentliyinin
olmamasını bildirərsə, HVMİ hesab sahibinin
rezidentliyini müəyyən etmək üçün
hüquqi şəxsin baş ofisinin ünvanını əsas
götürür;
bu
Qaydaların 4.9.2-ci yarımbəndinə uyğun olaraq əldə
edilmiş özünüqiymətləndirmə sənədi
hesab sahibinin xarici dövlətin rezidenti olmasını
göstərirsə, HVMİ-nin sərəncamında olan və
ya mənbəyi bəlli məlumatlara əsasən hesab
sahibinin həmin dövlətə münasibətdə barəsində
HVŞ olmadığını müəyyənləş-dirənədək
hesaba barəsində HVH kimi yanaşılmalıdır;
bu Qaydaların
4.9.1.2-ci yarımbəndində göstərilən şəxsi
müəyyən etmək məqsədi ilə HVMİ
aşağıdakı prosedurları həyata keçirməlidir:
HVMİ tərəfindən özünüqiymətləndirmə
sənədinə əsaslanaraq, hesab sahibinin passiv NFE
olduğuna dair məlumatın həmin sənəddə
olub-olmaması müəyyənləşdirir. Bu məlumata əsaslanaraq
HVMİ-nin sərəncamında olan və ya mənbəyi bəlli
digər məlumatlara əsasən hesab sahibinin aktiv NFE və
ya maliyyə institutu (bu Qaydaların 2.2.4.4-cü yarımbəndində
göstərilən və iştirakçı olmayan xarici
dövlətin ərazisində təsis edilmiş investisiya
şirkəti istisna olmaqla) olduğunu müəyyənləşdirənədək
HVMİ hesab sahibinə passiv NFE kimi yanaşmalıdır;
hesab
sahibinin nəzarət edən şəxslərinin müəyyən
edilməsi məqsədi ilə HVMİ AML/KYC prosedurlarına
uyğun olaraq toplanılan və saxlanılan məlumatlara əsaslana
bilər;
passiv
NFE-nin nəzarət edən şəxsinin barəsində
HVŞ olub-olmamasını müəyyən etmək məqsədi
ilə HVMİ hesab sahibi və ya həmin nəzarət edən
şəxs tərəfindən doldurulan özünüqiymətləndirmə
sənədinə əsaslanır;
hüquqi
şəxslərın yeni hesablarına münasibətdə
HVMİ-nin özünüqiymətləndirmə sənədini
və ya hesabla bağlı digər sənədi
qeyri-düzgün və ya əsassız hesab etməsinə səbəb
olan dəyişiklik olarsa, HVMİ bu Qaydaların 4.9.4-4.9.5-ci
yarımbəndlərində qeyd olunan prosedurlara uyğun olaraq
hesabın statusunu yenidən müəyyən etməlidir.
Xarici dövlətlərin hüquqi
və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində
həyata keçirdikləri maliyyə əməliyyat-ları
barədə məlumatların həmin
dövlətlərin səlahiyyətli
orqanlarına verilməsi hədləri
5.1. Xarici
dövlətlərin hüquqi və fiziki şəxslərinin
Azərbaycan Respublikası ərazisində həyata
keçirdikləri maliyyə əməliyyatları barədə
məlumatlar həmin dövlətlərin səlahiyyətli
orqanlarına aşağıdakı hədlərdə verilir:
5.1.1.
xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisində
maliyyə əməliyyatları həyata keçirən və
beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində
məlumat tələb edilən hər bir hüquqi və
fiziki şəxsinin adı, ünvanı, rezidentlik dövləti
(dövlətləri) və həmin xarici dövlətdə
aldığı VÖEN (əgər varsa), doğulduğu
tarix və yer (fiziki şəxslərə münasibətdə),
habelə beynəlxalq müqavilələrin tərəfi olan
xarici dövlətin şəxsi hesab olunmayan hüquqi şəxsin
bir və ya bir neçə nəzarət edən şəxsi
həmin dövlətin şəxsi və (və ya) rezidenti
olduğu halda, belə hüquqi şəxsin və nəzarət
edən şəxsin hər birinin adı, ünvanı və
həmin xarici dövlətdə aldığı VÖEN (əgər
varsa), doğulduğu tarix (fiziki şəxslərə
münasibətdə);
5.1.2.
xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisində
maliyyə əməliyyatları həyata keçirən, beynəlxalq
müqavilələrə uyğun olaraq, barəsində məlumat
tələb edilən və həmin xarici dövlətdə
aldığı VÖEN HVMİ-nin məlumat bazasında
olmayan fiziki şəxsinin və beynəlxalq müqavilələrin
tərəfi olan xarici dövlətin şəxsi hesab olunmayan
hüquqi şəxsin həmin xarici dövlətin şəxsi
olan və həmin xarici dövlətdə aldığı
VÖEN HVMİ-nin məlumat bazasında olmayan nəzarət
edən şəxsinin doğulduğu tarix;
5.1.3. hesab nömrəsi (hesab nömrəsi
olmadıqda, digər funksional ekvivalent);
5.1.4.
HVMİ-nin adı və beynəlxalq müqavilələrə
uyğun olaraq, xarici dövlətin məlumat bazasında maliyyə
institutu kimi qeydiyyata alınması tələb olunduğu
halda, müvafiq identifikasiya nömrəsi;
5.1.5. hesab sahibinin HVMİ-dəki hesablarının
müvafiq təqvim ilinin və ya digər müvafiq hesabat
dövrünün sonuna cəmi qalığı və dəyəri
(həyatın yığım sığortası və (və
ya) annuitet sığortası müqavilələri üzrə
nağd pul dəyəri və ya qaytarılan məbləğ),
əgər hesablar il ərzində
bağlanılmışdırsa, hesabın
bağlanılması barədə məlumat və (və
ya) ABŞ-ın HVH-yə
münasibətdə isə bilavasitə bağlanılmazdan əvvəl
cəmi qalığı və ya dəyəri;
5.1.6. hər hansı depozitar hesabı üzrə:
5.1.6.1. təqvim ili və ya digər müvafiq hesabat
dövrü ərzində hesabda saxlanılan aktivlərlə
bağlı hesaba (və ya hesabla bağlı) ödənilmiş
və ya hesablanmış faizlərin, dividendlərin və digər
gəlirlərin ümumi məbləği;
5.1.6.2.
HVMİ-nin hesab sahibi üçün depozitar, investisiya
şirkəti, nominal saxlayıcı və ya agent kimi
çıxış etdiyi maliyyə aktivinin
satılmasından və ya girovdan azad edilməsindən əldə
olunan və təqvim ili və ya digər
müvafiq hesabat dövrü ərzində hesaba ödənilmiş
və ya hesablanmış ümumi gəlirləri;
5.1.7. təqvim ili və ya digər müvafiq hesabat
dövrü ərzində bank hesabına ödənilmiş və
ya hesablanmış faizlərin ümumi məbləği;
5.1.8. bu Qaydaların 5.1.6-cı və 5.1.7-ci
yarımbəndlərində göstərilməyən hər
hansı hesab üzrə, təqvim ili və ya digər
müvafiq hesabat dövrü ərzində HVMİ-nin öhdəlik
götürdüyü və ya borclu olduğu hesabla əlaqədar
hesab sahibinə ödənilmiş və ya hesablanmış
ümumi məbləğ, o cümlədən hesab sahibinə
geri qaytarılan ödənişlərin ümumi məbləği.
Xarici dövlətlərin hüquqi
və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində
həyata keçirdikləri maliyyə əməliy-yatları
barədə məlumatların hesabatverən maliyyə institutları tərəfindən
Azərbaycan Respublikasının Vergilər Nazirliyinə verilməsi
qaydası
6.1.
HVMİ tərəfindən bütün xarici dövlətlərin
hüquqi və fiziki şəxslərinin Azərbaycan
Respublikası ərazisində həyata keçirdikləri
maliyyə əməliyyatları barədə məlumatlar
Vergilər Nazirliyinə təqdim edilməlidir.
6.2. Beynəlxalq
müqavilələrə uyğun olaraq, hesabat verilməli
maliyyə əməliyyatları barədə məlumatlar
HVMİ tərəfindən beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş müddətlərdə, lakin məlumatların
aid olduğu təqvim ili başa çatdıqdan sonrakı
ilin 1 iyul tarixindən gec olmayaraq Vergilər Nazirliyinə
ötürülməlidir.
6.3. Beynəlxalq
müqavilələrə uyğun olaraq, hesabat verilməli
maliyyə əməliyyatları barədə məlumatlar
HVMİ tərəfindən Vergilər Nazirliyinə
ötürülərkən, Azərbaycan Respublikasının
qanunlarında və beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuş məxfiliklə bağlı tələblərə
əməl edilməlidir.
6.4. Beynəlxalq
müqavilələrə uyğun olaraq, hesabat verilməli
maliyyə əməliyyatları barədə məlumatlar
HVMİ tərəfindən Vergilər Nazirliyinə
ötürülərkən, məbləğlərin əks
olunduğu valyuta mütləq göstərilməlidir.
6.5. Beynəlxalq
müqavilələrə uyğun olaraq, hesabat verilməli maliyyə
əməliyyatları barədə məlumatlar yalnız
forması Vergilər Nazirliyi tərəfindən təsdiq
edilmiş e-hesabat
formasında təqdim edilir.
6.6.
HVMİ elektron sənəd mübadiləsi ilə
bağlı Vergilər Nazirliyinin bütün təlimat və
qaydalarına əməl edir, e-hesabatı bu Qaydaların 6.2-ci
bəndində nəzərdə tutulmuş müddətlərdə
vergi orqanına göndərir. E-hesabatın
HVMİ tərəfindən Vergilər Nazirliyinə təqdim
edilməsi və HVMİ ilə Vergilər Nazirliyi arasında
elektron sənəd mübadiləsinin aparılması gücləndirilmiş
elektron imza vasitəsilə həyata keçirilir.
6.7.
E-hesabat HVMİ tərəfindən maliyyə institutlarında
vergi monitorinqi portalından istifadə edilməklə onlayn
rejimində və ya e-hesabat tərtibatı proqramından və
yaxud e-hesabat faylından istifadə edilməklə oflayn
rejimində tərtib edilə bilər.
6.8.
E-hesabatın onlayn rejimin tərtibi üçün gücləndirilmiş
elektron imza ilə maliyyə institutlarında vergi monitorinqi
portalının “Şəxsi kabinet” bölməsinə daxil
olunur və e-hesabat tərtib olunur. Tərtib
edilmiş e-hesabat bu bölmədə gücləndirilmiş
elektron imza vasitəsilə imzalanaraq Vergilər Nazirliyinə təqdim
olunur.
6.9.
E-hesabatı oflayn rejimində hazırlamaq üçün
e-hesabat tərtibatı proqramı, gücləndirilmiş
elektron imza əməliyyatını icra etmək
üçün proqram təminatı və e-hesabat faylı
HVMİ tərəfindən öz kompüterinə maliyyə
institutlarında vergi monitorinqi portalının müvafiq
bölməsindən yüklənilməlidir.
6.10.
E-hesabat tərtibatı proqramı oflayn rejimində istifadə
üçün Vergilər Nazirliyi tərəfindən
hazırlanır və HVMİ-yə əvəzsiz (ödənişsiz)
verilir.
6.11.
E-hesabatın e-hesabat tərtibatı proqramından istifadə
edilməklə, tərtibi zamanı e-hesabatda göstərilməli
məlumatlar e-hesabat tərtibatı proqramının
müvafiq bölmələrinə daxil edilir və həmin
proqram təminatı vasitəsilə paketlənir.
6.12.
E-hesabatın e-hesabat faylından istifadə edilməklə, tərtibi
zamanı e-hesabatda göstərilməli məlumatlar e-hesabat
faylının müvafiq bölmələrinə yerləşdirilərək
XML fayl hazırlanır və həmin fayl paketlənir.
6.13.
HVMİ e-hesabatı bu Qaydaların 6.11-ci və ya 6.12-ci bəndlərində
nəzərdə tutulmuş qaydada tərtib edərsə, həmin
HVMİ e-hesabatı paketlədikdən sonra gücləndirilmiş
elektron imza əməliyyatını icra etmək
üçün proqram təminatı vasitəsilə
imzalayır, internetə qoşularaq maliyyə institutlarında
vergi monitorinqi portalına bağlanır və
hazırladığı imzalanmış paket faylını
Vergilər Nazirliyinə göndərir.
6.14.
E-hesabat bu Qaydaların 6.8-ci, 6.11-ci və 6.12-ci bəndlərində
nəzərdə tutulmuş qaydada tərtib edilərkən, məlumatlar
HVMİ tərəfindən e-hesabatın tələblərinə
uyğun olaraq daxil edilir. HVMİ tərəfindən
daxil edilmiş məlumatlar müvafiq olaraq maliyyə
institutlarında vergi monitorinqi portalı və ya e-hesabat tərtibatı
proqramı tərəfindən ilkin olaraq yoxlanılır və
müvafiq tələblərə cavab vermədikdə qəbul
edilmir.
6.15.
E-hesabat HVMİ tərəfindən Vergilər Nazirliyinə təqdim
edilməzdən əvvəl HVMİ-nin ən azı iki vəzifəli
şəxsi (rəhbər (İdarə heyətinin sədri,
onun müavini, (baş) direktor və beynəlxalq müqavilələr
üzrə məsul şəxs) (bundan sonra – məsul şəxs)
tərəfindən gücləndirilmiş elektron imza ilə
təsdiq olunmalı və maliyyə institutlarında vergi
monitorinqi portalından istifadə edilməklə Vergilər
Nazirliyinə təqdim olunmalıdır.
6.16.
HVMİ tərəfindən Vergilər Nazirliyinə təqdim
edilmiş müvafiq e-hesabat Vergilər Nazirliyi tərəfindən
beynəlxalq müqavilələrin tərəfi olan xarici
dövlətin səlahiyyətli orqanına ötürülənədək,
həmin e-hesabatdakı məlumatlarda hər hansı dəyişiklik
edilməsinə zərurət yarandığı halda,
HVMİ “dəqiqləşmiş” e-hesabat təqdim edir.
6.17.
HVMİ tərəfindən Vergilər Nazirliyinə təqdim
edilmiş müvafiq e-hesabat Vergilər Nazirliyi tərəfindən
beynəlxalq müqavilələrin tərəfi olan xarici
dövlətin səlahiyyətli orqanına
ötürüldükdən sonra həmin səlahiyyətli
orqan tərəfindən e-hesabatdakı hər hansı hesab
sahibi barədə məlumatlara düzəliş edilməsi tələb
edildikdə, HVMİ müvafiq hesab sahibləri barəsindəki
məlumatların düzəliş edilmiş
versiyasını həmin hesab sahibləri üçün
“düzəliş” bölməsini seçməklə yenidən
tərtib edərək, imzaladıqdan sonra “düzəliş”
e-hesabatı formasında Vergilər Nazirliyinə təqdim
edir.
6.18.
HVMİ tərəfindən Vergilər Nazirliyinə təqdim
edilmiş müvafiq e-hesabat Vergilər Nazirliyi tərəfindən
beynəlxalq müqavilələrin tərəfi olan xarici
dövlətin səlahiyyətli orqanına
ötürüldükdən sonra HVMİ müvafiq e-hesabatdakı
hər hansı məlumatda dəyişiklik etmək istədikdə,
müvafiq hesab sahibləri barəsindəki məlumatların
dəyişiklik edilmiş versiyasını həmin hesab sahibləri
üçün “dəyişiklik” bölməsini seçməklə
yenidən tərtib edərək, imzaladıqdan sonra “dəyişiklik”
e-hesabatı formasında Vergilər Nazirliyinə təqdim
edir.
6.19.
HVMİ tərəfindən Vergilər Nazirliyinə təqdim
edilmiş müvafiq e-hesabat Vergilər Nazirliyi tərəfindən
beynəlxalq müqavilələrin tərəfi olan xarici
dövlətin səlahiyyətli orqanına
ötürüldükdən sonra e-hesabatdakı hər
hansı hesab sahibi barədə məlumatların ləğv
edilərək yenidən göndərilməsi zərurəti
yaranarsa, HVMİ Vergilər Nazirliyinə “ləğv”
e-hesabatı təqdim edir. Bu halda, HVMİ məlumatları ləğv
edilən müvafiq hesab sahibləri barədə təqdim
etdiyi məlumatları “ləğv” bölməsini seçərək
yenidən təqdim etməklə yanaşı, həmin hesab
sahibinə dair məlumatların yenilənmiş
versiyasını “yeni” bölməsini seçməklə əlavə
olaraq e-hesabata daxil edir.
6.20.
E-hesabatın tərtibi və dəqiqləşdirilməsi,
e-hesabata düzəliş və ya dəyişiklik edilməsi,
yaxud e-hesabatdakı məlumatların ləğv edilməsi
üzrə əməliyyatların həyata keçirilməsi
qaydaları Vergilər Nazirliyi tərəfindən müəyyən
edilir.
6.21.
E-hesabatın tərtibi və dəqiqləşdirilməsi,
e-hesabata düzəliş və ya dəyişiklik edilməsi
və ya e-hesabatdakı məlumatların ləğv edilməsi
HVMİ-nin rəhbəri tərəfindən səlahiyyət
verilmiş məsul şəxs tərəfindən həyata
keçirilir (təsdiq olunmaqla) və HVMİ-nin rəhbəri
isə həmin e-hesabatları təsdiq və ya rədd edir.
6.22.
E-hesabatın tərtibi və dəqiqləşdirilməsi,
e-hesabata düzəliş və ya dəyişiklik edilməsi
və ya e-hesabatdakı məlumatların ləğv edilməsi,
yaxud e-hesabatın imzalanması üzrə əməliyyatların
həyata keçirilməsinə icazənin verilməsi rəhbər
tərəfindən maliyyə institutlarında vergi monitorinqi
portalının “Şəxsi kabinet” bölməsində
yaradılmış “İdarəetmə” səhifəsindən
istifadə edilməklə həyata keçirilir və
gücləndirilmiş elektron imza vasitəsilə təsdiq
edilir.
6.23.
HVMİ beynəlxalq müqavilələr çərçivəsində
yoxladığı bütün fiziki və hüquqi şəxslərlə
əlaqədar əldə etdiyi sənədlərin əslini
və ya təsdiq edilmiş surətlərini Vergilər
Nazirliyinin və ya beynəlxalq müqavilələrin tərəfi
olan xarici dövlətin səlahiyyətli orqanının tələbi
əsasında Vergilər Nazirliyinə təqdim edir.
6.24.
HVMİ elektron sənəd mübadiləsinin
aparıldığı iş yerinin təhlükəsizliyini
müstəqil təmin edir.
6.25.
Elektron mübadilənin aparılması prosesində aşkar
edilmiş səhvlərin və ya uyğunsuzluqların aradan
qaldırılması HVMİ-nin və vergi orqanının
qarşılıqlı təşəbbüskarlığı
əsasında həyata keçirilir.
6.26. Bu Qaydaların 5-ci hissəsinin tələblərinə
baxmayaraq, HVMİ-nin sərəncamında olan məlumatlarda
hesab sahibinə məxsus VÖEN və ya doğum tarixi barədə
məlumatlar mövcud olmadığı və (və ya) belə
məlumatların HVMİ tərəfindən
toplanılması tələb olunmadığı hallarda əvvəlcədən
mövcud olan barəsində hesabat verilməli hesablara
münasibətdə həmin məlumatlar barədə hesabat
verilməsi tələb edilmir. Bununla yanaşı,
HVMİ həmin hesabların HVH kimi müəyyən edildiyi
ildən sonrakı təqvim ilinin son gününədək əvvəlcədən
mövcud olan hesablara münasibətdə hesab sahibinə məxsus
VÖEN və doğum tarixi barədə məlumatların əldə
edilməsi üçün tədbirlər görməlidir.
6.27. Bu
Qaydaların 5-ci hissəsinin tələblərinə
baxmayaraq, hesab sahibinə məxsus VÖEN barədə hesabat
verilməsi aşağıdakı hallarda tələb edilmir:
6.27.1. aidiyyəti xarici dövlət tərəfindən
VÖEN verilmir;
6.27.2. aidiyyəti xarici dövlətin qanunvericiliyinə
görə həmin dövlət tərəfindən
verilmiş VÖEN barədə məlumatın hesab sahibləri
tərəfindən üçüncü şəxslərə
məcburi verilməsi tələb edilmir.
Xarici dövlətlərin hüquqi
və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində
həyata keçirdikləri maliyyə əməliy-yatları
barədə məlumatların Azərbaycan
Respublikasının Vergilər Nazirliyi tərəfindən həmin
.dövlətlərin səlahiyyətli
ççççççççççç
çççorqanlarına verilməsi qaydası
7.1. Xarici
dövlətlərin beynəlxalq müqavilələrə
uyğun olaraq, barəsində məlumat tələb edilən
hüquqi və fiziki şəxslərinin Azərbaycan
Respublikasının ərazisində həyata keçirdikləri
maliyyə əməliyyatları barədə bu Qaydalarla
müəyyənləşdirilmiş məlumatlar Vergilər
Nazirliyi tərəfindən beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş müddətlərdə və
qaydalarda iştirakçı xarici dövlətlərin səlahiyyətli
orqanlarına təqdim edilir.
7.2. Xarici
dövlətlərin beynəlxalq müqavilələrə
uyğun olaraq, barəsində məlumat tələb edilən
hüquqi və fiziki şəxslərinin Azərbaycan
Respublikasının ərazisində həyata keçirdikləri
maliyyə əməliyyatları barədə bu Qaydalarla
müəyyənləşdirilmiş məlumatlar Vergilər
Nazirliyi tərəfindən həmin dövlətlərin səlahiyyətli
orqanlarına ötürülərkən, Azərbaycan
Respublikasının
qanunlarında və beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş məxfiliklə bağlı tələblərə
əməl edilməlidir.
7.3. Xarici
dövlətlərin beynəlxalq müqavilələrə
uyğun olaraq, barəsində məlumat tələb edilən
hüquqi və fiziki şəxslərinin Azərbaycan
Respublikasının ərazisində həyata keçirdikləri
maliyyə əməliyyatları barədə bu Qaydalarla
müəyyənləşdirilmiş məlumatlar Vergilər
Nazirliyi tərəfindən həmin dövlətlərin səlahiyyətli
orqanlarına ötürülərkən, məbləğlərin
əks olunduğu valyuta mütləq göstərilməlidir.
7.4. Xarici
dövlətlərin beynəlxalq müqavilələrə
uyğun olaraq, barəsində məlumat tələb edilən
hüquqi və fiziki şəxslərinin Azərbaycan
Respublikasının ərazisində həyata keçirdikləri
maliyyə əməliyyatları barədə bu Qaydalarla
müəyyənləşdirilmiş məlumatlar Vergilər
Nazirliyi tərəfindən həmin dövlətlərin səlahiyyətli
orqanlarına kriptoqrafik vasitələrdən istifadə edilməklə
şifrləndikdən və paketləndikdən sonra
ötürülür.
“Xarici dövlətlərin hüquqi
və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində
həyata keçirdikləri maliyyə əməliyyatları
barədə məlumatların bu dövlətlərin səlahiyyətli
orqanlarına çççverilməsi Hədləri və
Qaydası”na
1 nömrəli
əlavə
Azərbaycan
Respublikasının hesabat verməyən
maliyyə institutlarının siyahısı
Azərbaycan
Respublikasının hesabat verməyən maliyyə
institutları aşağıdakılardır:
dövlət orqanı, beynəlxalq təşkilat və ya Mərkəzi
Bank, dövlət mülkiyyətində olan və
paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslər və
büdcə təşkilatları (gəlir əldə etmək
məqsədi ilə sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi halları istisna olmaqla);
geniş
tərkibli təqaüd fondu, məhdud tərkibli təqaüd
fondu, dövlətə, beynəlxalq təşkilata və ya Mərkəzi
Banka məxsus pensiya fondu və yaxud ixtisaslaşmış
kredit kart emitenti;
bu əlavənin
1.1-ci və 1.2-ci bəndlərində göstərilən
hüquqi şəxslərin hər hansı biri ilə əhəmiyyətli
dərəcədə oxşar xüsusiyyətlərə
malik və onun vasitəsilə hesab sahiblərinin vergidən
yayınma riski aşağı olan hər hansı hüquqi
şəxs;
istisna
olunmuş kollektiv investisiya vasitəçisi.
Dövlət
orqanı – Azərbaycan Respublikasının qanunvericilik
aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan
Respublikasının məqsəd və funksiyalarını həyata
keçirən, qanunvericiliyə uyğun olaraq
yaradılmış və dövlət büdcəsindən
maliyyələşdirilən dövlət
qulluqçularının qurumu.
Beynəlxalq
təşkilat – aşağıdakılara cavab verən hər
hansı beynəlxalq təşkilat və yaxud onun tam sahibi
olduğu agentlik və ya vasitəçilər (o cümlədən,
altqurum səviyyəsində fəaliyyət göstərən
beynəlxalq təşkilatlar):
dövlətlərə üzv olan;
Azərbaycan
Respublikası ilə baş qərargah arasında qüvvəyə
minmiş sazişi olan;
əldə edilən gəliri fərdi şəxslərin xeyrinə
bölüşdürməyən.
Mərkəzi
Bank – dövlətin pul və valyuta siyasətini müəyyən
edən və həyata keçirən, habelə
banklararası mərkəzləşdirilmiş və digər
lisenziyalaşdırılmayan ödəniş sistemlərinin
fəaliyyətini təşkil edən, əlaqələndirən,
tənzimləyən və onların üzərində nəzarəti
qanunauyğun olaraq həyata keçirən publik hüquqi
şəxsdir.
Geniş
tərkibli təqaüd fondu – göstərilmiş xidmətlər
müqabilində bir və ya bir neçə işəgötürənin
hazırkı və ya keçmiş işçiləri
(yaxud onların müəyyən etdiyi şəxslər) olan
benefisiarlara təqaüd, əlillik, yaxud ölüm müavinətləri
(yaxud onların birlikdə formasını) ödəmək
üçün təsis olunmuş və
aşağıdakılara cavab verən fonddur:
hər
bir benefisiarın fondun aktivlərdəki payı 5 faizindən
çox olmamalı;
qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərməli və
dövlət vergi orqanlarına hesabatlar təqdim etməli;
aşağıdakı tələblərdən ən
azı birinə cavab verməli:
fondun təqaüd
və ya pensiya planına uyğun olaraq investisiya gəlirləri
üzrə ümumilikdə vergidən azad olunur, yaxud həmin
gəlirlərin vergiyə cəlb olunması təxirə
salınır və ya aşağı dərəcə ilə
vergiyə cəlb olunur;
fond cəmi
ödənişlərin ən azı 50 faizini sponsor işəgötürənlərdən
alır (bu Qaydaların 5-7-ci bəndlərində göstərilən
digər planlardan və ya bu Qaydaların 2 nömrəli əlavəsinin
1-ci bəndində göstərilən təqaüd, yaxud
pensiya hesablarından köçürülən aktivlərdən
başqa);
fond tərəfindən
pulların ayrılması, yaxud köçürülməsi
yalnız pensiya yaşına çatma, əlillik və ya
ölüm hadisələrinin baş verməsi nəticəsində
həyata keçirilə bilər (bu Qaydaların 1 nömrəli
əlavəsinin 5-7-ci bəndlərində göstərilən
digər planlara və ya bu Qaydaların 2 nömrəli əlavəsinin
1-ci bəndində göstərilən təqaüd, yaxud
pensiya hesablarına bərpa olunan köçürmələr
istisna olmaqla), yaxud bu yarımbəndin tələblərinə
əməl edilməməsinə görə cərimə tətbiq
olunur;
işçilərin illik olaraq fonda etdikləri ödənişlərin
məbləği (icazə verilmiş “make-up” ödənişlərdən
başqa) işçinin əldə etdiyi gəlirdən və
ya 50 000 ABŞ dollarından çox ola bilməz. Bu yarımbənddə nəzərdə tutulan məbləğlərin
hesablanması zamanı bu Qaydaların 1.6-cı bəndinin
müddəalarına əməl edilməlidir.
Məhdud
tərkibli təqaüd fondu – göstərilmiş xidmətlər
müqabilində bir və ya bir neçə işəgötürənin
hazırkı və ya keçmiş işçilərinə,
yaxud həmin işçilərin müəyyən etdikləri
şəxslərə (benefisiarlara) təqaüd, əlillik,
yaxud ölüm müavinətləri ödəmək
üçün təsis olunmuş və
aşağıdakılara cavab verən fonddur:
iştirakçılarının sayı 50-dən az
olmalı;
investisiya
təşkilatı, yaxud passiv NFE olmayan bir və ya bir
neçə işəgötürən tərəfindən
maliyyələşdirilməli;
işçinin və işəgötürənin fonda etdikləri
ödənişlərin məbləği (bu Qaydaların 2
nömrəli əlavəsinin 1-ci bəndində göstərilən
təqaüd, yaxud pensiya hesablarından
köçürülən vəsaitlər istisna olmaqla)
müvafiq olaraq işçinin əldə etdiyi gəlirdən
və kompensasiyadan artıq olmamalı;
Azərbaycan
Respublikasının rezidenti olmayan iştirakçılar
fondun aktivlərinin 20 faizindən artıq paya sahib olmaq
hüququna malik olmamalı;
qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərməli və
dövlət vergi orqanlarına hesabatlar təqdim etməlidir.
Dövlət
orqanının, Beynəlxalq təşkilatın və ya Mərkəzi
Bankın digər pensiya fondu – göstərilmiş xidmətlər
müqabilində benefisiarlar və iştirakçılar olan
aşağıdakı şəxslərə təqaüd, əlillik,
yaxud ölüm müavinətləri ödəyən
Dövlət orqanı, Beynəlxalq təşkilat və ya Mərkəzi
Bank tərəfindən təsis edilmiş fonddur:
bir və
ya bir neçə işəgötürənin hazırkı
və ya keçmiş işçilərinə, yaxud həmin
işçilərin müəyyən etdikləri şəxslərə;
bir və
ya bir neçə işəgötürənin hazırkı
və ya keçmiş işçiləri olmayan şəxslərə.
İxtisaslaşmış
kredit kart emitenti – aşağıdakı tələblərə
cavab verən maliyyə institutu:
kredit
kartlarının emitenti olan və depozitləri yalnız kredit
kartı ilə bağlı ödəniş tarixinə ödənilməli
olan məbləğdən artıq ödəniş edildiyi və
bu artıq ödəniş dərhal müştəriyə
qaytarılmadığı təqdirdə müştəridən
qəbul edən;
bu əlavənin
8.1-ci bəndində göstərilən artıq ödənişin
50 000 ABŞ dolları məbləğindən yuxarı
olmaması, yaxud məbləği 50 000 ABŞ dollarından
yuxarı olan artıq ödənişin məbləğinin
60 gün ərzində müştəriyə
qaytarılması üçün 2017-ci il 1 iyul tarixində və
ya ondan əvvəl başlayaraq müvafiq qayda və prosedurlar
tətbiq edən (bu Qaydaların 1.6-cı bəndinin müddəalarına
əməl edilməklə).
Istisna olunmuş Kollektiv İnvestisiya Vasitəçisi –
bütün iştirak paylarının HVŞ olmayan fiziki və
ya hüquqi şəxslərə (nəzarət edən şəxsləri
HVŞ olan passiv NFE istisna olmaqla) məxsus olması və ya
onlar vasitəsilə saxlanılması şərtilə Azərbaycan
Respublikasında təsis edilmiş və kollektiv investisiya
vasitəçisi kimi tənzimlənən investisiya təşkilatıdır.
“Xarici dövlətlərin hüquqi
və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində
həyata keçirdikləri maliyyə əməliyyatları
barədə məlumatların bu dövlətlərin səlahiyyətli
orqanlarına verilməsi Hədləri və Qaydası”na
2 nömrəli
əlavə
Hesabat
verilməyən hesabların siyahısı
Aşağıdakı
hesablar barədə hesabat verilməsi tələb olunmur:
aşağıdakı tələblərə cavab verən
təqaüd və ya pensiya hesabları:
hesab təqaüd
və ya pensiyanın (əlilliyə və ölümə
görə müavinətlər daxil olmaqla) ödənilməsi
üçün şəxsi təqaüd hesabı kimi tənzimlənir
və ya qeydiyyatdan keçmiş, yaxud tənzimlənən təqaüd
və ya pensiya planının bir hissəsi sayılır;
hesaba
daxil olan ödənişlərə münasibətdə vergi
güzəştləri mövcuddur (məsələn, hesaba
daxil olan və başqa halda vergi tutulmalı olan ödənişlər
vergitutma bazasının hesablanması zamanı nəzərə
alınmır, hesab sahibinin ümumi gəlirindən
çıxılır və ya aşağı dərəcə
ilə vergiyə cəlb edilir, hesab üzrə investisiya gəlirindən
verginin tutulmasına möhlət verilir və ya
aşağı dərəcə ilə vergi tutulur);
hesabla
bağlı vergi orqanlarına məlumatların
ötürülməsi tələb olunur;
hesabdan
vəsaitlərin çıxarılması yalnız təqaüd
üçün müəyyən edilmiş yaş həddinə
çatma, əlillik və ya ölüm hadisəsi baş
verdiyi halda yol verilir və ya bu yarımbənddə göstərilən
hadisələr baş vermədiyi hallarda vəsaitlərin
çıxarılmasına görə cərimələr tətbiq
olunur;
hesaba
illik köçürülən vəsaitlər 50 000 ABŞ
dolları məbləğini və ya hesaba
köçürülən vəsaitlər ümumilikdə 1
000 000 ABŞ dolları məbləğini keçməməlidir
(bu Qaydaların 1.6-cı bəndinin müddəalarına əməl
edilməklə).
Aşağıdakı
tələblərə cavab verən hesab:
hesab təqaüddən
fərqli məqsədlər üçün investisiya aləti
kimi tənzimlənir və mütəmadi olaraq tənzimlənən
qiymətli kağızlar bazarında ticarət edilir, yaxud
hesab təqaüddən fərqli məqsədlər
üçün yığım aləti kimi tənzimlənir;
hesaba
daxil olan ödənişlərə münasibətdə vergi
güzəştləri mövcuddur (məsələn, hesaba
daxil olan və başqa halda vergi tutulmalı olan ödənişlər
vergitutma bazasının hesablanması zamanı nəzərə
alınmır, hesab sahibinin ümumi gəlirindən
çıxılır və ya aşağı dərəcə
ilə vergiyə cəlb edilir, hesab üzrə investisiya gəlirindən
verginin tutulmasına möhlət verilir və ya
aşağı dərəcə ilə vergi tutulur);
vəsaitlərin çıxarılması investisiya və ya əmanət
hesabının məqsədləri baxımından xüsusi
meyarlara cavab verdiyi (məsələn, təhsil və tibbi
yardım üzrə müavinətin təmin edilməsi) halda
yol verilir və ya bu bənddə nəzərdə tutulan
şərtlərə əməl edilmədyi hallarda vəsaitlərin
çıxarılmasına görə cərimələr tətbiq
olunur;
hesaba
illik köçürülən vəsaitlər 50 000 ABŞ
dolları məbləğini keçməməlidir (bu
Qaydaların 1.6-cı bəndinin müddəalarına əməl
edilməklə).
Aşağıdakı
tələblərə cavab verən və qüvvədəolma
müddəti sığortalanan şəxsin 90 yaşı
olanadək başa çatan həyatın yığım
sığortası müqaviləsi:
müddət keçdikcə azalmayan və müqavilənin qüvvədə
olduğu müddətdə və ya sığortalanan şəxsin
90 yaşı olanadək (göstərilən müddətlərdən
ən tez baş verəni tətbiq edilməklə) ildə ən azı bir dəfə
ödənilən dövri ödənişləri
(mükafat) nəzərdə tutan;
müqavilə ləğv edilmədən həmin müqavilə
üzrə hər hansı şəxsə vəsait əldə
etmək (vəsaitlərin çıxarılması, kredit və
ya başqa formada) imkanı verməyən;
müqavilənin
qüvvədə olduğu müddət və ya dövrlər
ərzində sığortaçı tərəfindən
ödənilmiş ümumi məbləğdən çox
olmayan və müvafiq məbləğ qədər
azaldılan müqavilənin ləğv edilməsi və ya təxirə
salınması müqabilində ödənilən məbləği
(ölümə görə müavinətdən başqa) nəzərdə
tutan, bu bənddəki “müvafiq məbləğ” dedikdə,
ölümə, xəstəliyə görə məbləğ,
çəkilmiş xərclər (həmin xərcin faktiki
olaraq çəkilib-çəkilməməsindən
asılı olmayaraq), yaxud müqavilənin ləğv edilməsindən
və ya təxirə salınmasından əvvəl ödənilmiş
hər hansı məbləğ nəzərdə tutulur;
dəyər üzrə hüquqi varis müqavilədə tərəf
olaraq çıxış etməyən.
Əmlak hesabı üzrə ölən şəxsin vəsiyyətnaməsinin
və ya ölüm haqqında şəhadətnamənin surətini
ehtiva edən sənədləşmə olarsa, yalnız əmlaka
görə saxlanılan hesab.
Aşağıdakılardan
hər hansı biri ilə bağlı açılmış
hesab:
məhkəmə qərarı və ya hökmü;
daşınmaz və ya daşınar əmlakın satışı, dəyişdirilməsi
və yaxud icarəsi;
5.2.1. bu halda hesab aşağıdakı tələblərə
cavab verməlidir:
5.2.1.1. hesabın maliyyələşdirmə mənbələri
yalnız birbaşa əməliyyatla bağlı öhdəliyin
təmin edilməsi üçün müvafiq məbləğdə
ilkin ödəniş, avans, depozit və ya oxşar ödəniş,
yaxud əmlakın satışı, dəyişdirilməsi və
icarəsi ilə bağlı hesabda yerləşdirilmiş
maliyyə vəsaitləri olduqda;
hesab
yalnız alıcı tərəfindən əmlakın
satış qiymətini ödəmək, satıcı tərəfindən
şərti öhdəliklərini ödəmək, yaxud icarə
müqaviləsi əsasında icarəyə verilmiş əmlaka
dəyən hər hansı zərərin icarəyə verən
və ya icarəçi tərəfindən ödənilməsi
öhdəliyini təmin etmək üçün
açıldıqda və istifadə edildikdə;
5.2.2. əmlak satıldıqda, dəyişdirildikdə
və ya ondan imtina edildikdə, yaxud icarə ləğv
edildikdə, hesabdakı vəsaitlər və həmin vəsaitlərlə
bağlı əldə edilən gəlirlər alıcı,
satıcı, icarəyə verən və ya icarəçinin
(həmin şəxsin öhdəliyinin təmin edilməsi
daxil olmaqla) xeyrinə ödənildikdə və ya digər
formada paylanıldıqda;
5.2.3. hesab maliyyə aktivlərinin satışı və
ya mübadiləsi ilə əlaqədar olaraq
açılmış marjinal hesab və ya buna oxşar hesab
olmadıqda;
5.2.4. hesab bu əlavənin 6-cı bəndində göstərilən
hesabla əlaqəli olmadıqda;
5.3. daşınmaz əmlak olan girovla təmin
edilmiş krediti verən maliyyə institutunun həmin
daşınmaz əmlakla bağlı vergilər və
sığorta üzrə ödənişlərin daha sonra təmin
edilməsi üçün kredit müqabilində ödənilmiş
faizlərin bir hissəsini saxlamaq öhdəliyi;
5.4. maliyyə institutunun daha sonra vergilərin ödənilməsini
təmin etmək öhdəliyi.
Aşağıdakı
tələblərə cavab verən bank hesabı:
kredit
kartı və ya digər kredit aləti ilə bağlı
ödənilməli olan məbləğdən artıq
edilmiş və dərhal müştəriyə
qaytarılmayan ödənişin saxlanılması
üçün mövcud olan;
bu əlavənin
6.1-ci bəndində göstərilən artıq ödənişin 50 000 ABŞ dolları məbləğindən
yuxarı olmaması, yaxud məbləği 50 000 ABŞ dollarından yuxarı
olan artıq ödənişin məbləğinin 60 gün ərzində
müştəriyə qaytarılması üçün
2017-ci il 1 iyul tarixində və ya ondan əvvəl
başlayaraq müvafiq qayda və prosedurlar tətbiq edilən
(bu Qaydaların 1.6-cı bəndinin müddəalarına əməl
edilməklə).
Xalq qəzeti.-
2018.- 26 iyun.- S.2.