Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli
118 nömrəli qərarı ilə təsdiq edilmiş
“Yaşıllıqların bərpası Qaydası”nda dəyişiklik
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 275
Bakı şəhəri, 25 iyun
2018-ci il
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 840-VQD nömrəli Qanununun tətbiqi və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 dekabr tarixli 1718 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 3, maddə 516; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 22 may tarixli 234 nömrəli qərarı) ilə təsdiq edilmiş “Yaşıllıqların bərpası Qaydası”na aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:
“1.5. Yaşıllıq salınması üçün faydalı bitki
cinsi və növləri yerli
iqlim şəraiti və torpaqların xüsusiyyətləri
nəzərə alınmaqla, Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən müəyyən
edilir.”.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 28
iyun.- S.7.