“Qeyri-neft məhsullarının
ixracı ilə məşğul olan şəxslərə
ixrac təşviqinin ödənilməsi Qaydası”nın,
“İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının
xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə
Siyahısı”nın və “Məhsulların növündən
asılı olaraq ixrac təşviqinin baza məbləğinə
tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 276
Bakı şəhəri,
25 iyun 2018-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Qeyri-neft
məhsullarının ixracı ilə məşğul olan
şəxslərə ixrac təşviqinin ödənilməsi
Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq
qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin
mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların
növündən asılı olaraq ixrac təşviqinin baza
məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2016, ¹ 10,
maddə 1719) aşağıdakı dəyişikliklər
edilsin:
1. Həmin
qərarla təsdiq edilmiş 1 nömrəli əlavə -
“Qeyri-neft məhsullarının ixracı ilə məşğul
olan şəxslərə ixrac təşviqinin ödənilməsi
Qaydası” üzrə:
1.1. 2.1-ci
bəndə “ərizə ilə” sözlərindən sonra
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanununun 29.1-ci maddəsinə uyğun olaraq, birbaşa və
ya “bir pəncərə” prinsipi əsasında İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
vasitəsilə” sözləri əlavə edilsin;
1.2.
2.2.5-ci və 2.2.6-cı yarımbəndlər
aşağıdakı redaksiyada verilsin:
“2.2.5.
faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ödənilən
vəsaitin malın idxal olunduğu xarici dövlətdəki
idxalatçısı tərəfindən
ixracatçının Azərbaycan Respublikasındakı bank
hesabına xarici valyutada köçürülməsini təsdiq
edən müvəkkil bank və ya kredit təşkilatının
məktubu (məktubda vəsaitin köçürülmə
və mədaxil tarixi, vəsaiti ödəyən və vəsait
ödənilən hüquqi və ya fiziki şəxsin
adı, vəsaitin məbləği, vəsaitin aid olduğu
müqavilə, gömrük bəyannaməsi və invoys,
müvəkkil bank və ya kredit təşkilatının səlahiyyətli
şəxsinin adı və soyadı göstərilir və məktub
həmin səlahiyyətli şəxsin imzası və müvəkkil
bank və ya kredit təşkilatının möhürü
ilə təsdiq olunur);
2.2.6. üzərində Azərbaycan
Respublikasının gömrük orqanının ixrac olunan
malın gömrük ərazisindən
çıxarılması və təyinat ölkəsi də
daxil olmaqla, xarici ölkələrin gömrük
orqanının malın həmin ölkənin gömrük ərazisinə
daxil olması ilə bağlı qeydləri olan növündən
asılı olaraq nəqliyyat sənədinin surəti.”;
1.3.
2.3-cü və 2.4-cü bəndlər aşağıdakı
redaksiyada verilsin:
“2.3. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi ərizənin
qeydiyyata alındığı tarixdən 2 (iki) iş
günü müddətində ərizə və ona əlavə
edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin
tələblərinə uyğunluğunu yoxlayır. Ərizə və ona əlavə edilmiş sənədlər
həmin bəndlərin tələblərinə cavab vermədikdə,
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizə
və ona əlavə olunmuş sənədlərdəki
çatışmazlıqların aradan qaldırılması
barədə məlumatı ərizəçiyə təqdim
edir və ya sifarişli poçt göndərişi vasitəsilə
göndərir və formal tələblərə əməl
olunmamasının hüquqi nəticələrini ona izah edir.
Bütün çatışmazlıqlar eyni
zamanda ərizəçiyə bildirilməlidir.
2.4. Ərizəçi
həmin çatışmazlıqları məlumatı
aldığı vaxtdan ən geci 10 (on) iş günü ərzində
aradan qaldırmalıdır. Bu zaman ixrac təşviqinin
verilməsi ilə bağlı müddətin axımı
dayandırılır və dayandırılmış müddət
ixrac təşviqinin verilməsi müddətinə daxil
edilmir. Çatışmazlıqların aradan
qaldırılması barədə ərizəçinin
müraciətindən sonra müddətin axımı bərpa
olunur.”;
1.4. aşağıdakı məzmunda 2.4-1-ci,
2.4-2-ci, 2.4-3-cü və 2.4-4-cü bəndlər əlavə
edilsin:
“2.4-1. Ərizəçi
ərizədə və ona əlavə edilmiş sənədlərdə
aşkar olunmuş çatışmazlıqları bu
Qaydanın 2.4-cü bəndində göstərilən
müddətdə aradan qaldırmadıqda, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi ərizəni
baxılmamış saxlayır və bu barədə məlumatı
2 (iki) iş günü ərzində ərizəçiyə
təqdim edir və ya sifarişli poçt göndərişi
vasitəsilə göndərir.
2.4-2. Ərizəçi aşkar olunmuş
çatışmazlıqları aradan qaldırdıqdan sonra
ixrac təşviqinin alınması üçün yenidən
ərizə ilə Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.
2.4-3. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən
təqdim olunmuş ərizəyə və ona əlavə
edilmiş sənədlərə baxılmasının nəticəsi
əsasında bu Qaydaya uyğun olaraq ixrac təşviqinin
verilməsindən imtina üçün əsaslar
olmadıqda, ərizənin qeydiyyata alındığı
tarixdən 10 (on) iş günündən gec olmayaraq 2 (iki)
nüsxədə ixrac təşviqinin ödənilməsi
haqqında bu Qaydanın 2 nömrəli əlavəsində
göstərilən formada “MƏKTUB-SƏRƏNCAM” tərtib
edilir və bir nüsxəsi ixracatçıya, digər
nüsxəsi isə Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim olunur.
2.4-4. İxrac təşviqinin verilməsindən imtina bu
Qaydada nəzərdə tutulmuş imtina hallarına istinad
edilməklə, əsaslandırılmalıdır. Ərizəçi ixrac təşviqinin
verilməsindən imtinadan inzibati qaydada və ya məhkəməyə
şikayət verə bilər.”;
1.5.
2.5.2-ci yarımbənddə “bu Qaydanın 2.2-ci bəndində
göstərilən sənədlər təqdim edilmədikdə
və təqdim olunmuş sənədlərdə” sözləri
“Ərizədə və ona əlavə olunmuş sənədlərdə”
sözləri ilə əvəz edilsin;
1.6. aşağıdakı məzmunda 2.9-1-ci,
2.9-2-ci və 2.9-3-cü bəndlər əlavə edilsin:
“2.9-1.
Faktiki ixrac olunan qeyri-neft məhsullarına görə
ixracatçının Azərbaycan Respublikasındakı bank
hesabına köçürülən vəsait həmin məhsullar
üzrə ixrac gömrük bəyannaməsində göstərilən
gömrük dəyərindən çox olduqda, bu məhsulların
ixracına görə ixrac təşviqinin baza məbləği
ixrac gömrük bəyannaməsində göstərilən
gömrük dəyərinin 3 (üç) faizini təşkil
edir.
2.9-2.
Müraciətə əlavə olunmuş iki və daha
çox gömrük bəyannaməsi əsasında ixrac
olunan qeyri-neft məhsullarına görə
ixracatçının Azərbaycan Respublikasındakı bank
hesabına köçürülən vəsait müvafiq
gömrük bəyannamələrində göstərilən
gömrük dəyərinin cəmindən az olduqda, belə bəyannamələr
üzrə ixrac təşviqi daxil olan vəsaitin bu
Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan sənədlər
əsasında həmin gömrük bəyannamələri
üzrə bölgüsünü konkretləşdirməklə
hesablanır. Bu zaman bəyannamələr və
ya onların bəziləri üzrə vəsaitin
bölgüsünü konkretləşdirmək mümkün
olmadıqda, həmin bəyannamələr üzrə ixrac təşviqi
bu bəyannamələr sırasından daha əvvəlki
tarixli gömrük bəyannaməsindən başlayaraq
ardıcıllıq əsasında və daxil olan vəsaitin bəyannamələr
üzrə bölgüsü konkretləşdirilməyən
hissəsi çərçivəsində hesablanır və
ödənilir.
2.9-3.
Müraciətə əlavə olunmuş gömrük bəyannaməsi
əsasında Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən müəyyən edilən ixrac təşviqi
şamil olunan qeyri-neft məhsullarının XİFMN üzrə
siyahısında nəzərdə tutulmuş məhsul (məhsullar)
ilə yanaşı adıçəkilən siyahıda nəzərdə
tutulmamış məhsul (məhsullar) da ixrac edildikdə və
bu zaman gömrük bəyannaməsində nəzərdə
tutulan məhsullara görə ixracatçının Azərbaycan
Respublikasındakı bank hesabına köçürülən
vəsait bu məhsullar üzrə ixrac gömrük bəyannaməsində
göstərilən ümumi gömrük dəyərindən
az olduqda, belə bəyannamə üzrə ixrac təşviqinin
baza məbləği aşağıdakı düstur əsasında
hesablanmış məbləğin 3 (üç) faizini təşkil
edir:
M = (V /
D0) x D1
Burada:
M – hesablanmış məbləğ;
V - ixrac olunan qeyri-neft məhsullarına görə
ixracatçının Azərbaycan Respublikasındakı bank
hesabına köçürülən vəsait;
D0 – ixrac
olunmuş məhsulların gömrük bəyannaməsində
göstərilən ümumi gömrük dəyəri;
D1 – həmin
bəyannamə əsasında ixrac olunmuş yalnız Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilən ixrac təşviqi şamil olunan
qeyri-neft məhsullarının XİFMN üzrə
siyahısında nəzərdə tutulmuş məhsulun (məhsulların)
gömrük dəyəri.”;
1.7.
3.1.14-cü yarımbənddən sonra aşağıdakı
məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd. Bu
Qaydada dəyişikliklər Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
hazırlanması və qəbul edilməsi qaydası
haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə
bilər.”;
1.8.
Qaydaya 1 nömrəli əlavə üzrə:
1.8.1.
“_____________________ manat məbləğində”
sözləri çıxarılsın; (rəqəmlə və
yazı ilə)
1.8.2. cədvəldə “İxrac təşviqinin məbləği
(manatla)” sözləri “Məhsullara dair mənşə
sertifikatının (sertifikatlarının) nömrəsi
(nömrələri)” sözləri ilə əvəz edilsin.
2. Həmin
qərarla təsdiq edilmiş 2 nömrəli əlavə -
“İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının
xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə
Siyahısı” üzrə:
2.1. “0409
00 000 0” mal alt yarımmövqeyinə aid sətirdən əvvəl
aşağıdakı məzmunda sətir əlavə edilsin:
Quş
yumurtası
2.2. “0409
00 000 0” mal alt yarımmövqeyinə aid sətirdən sonra
aşağıdakı məzmunda sətir əlavə edilsin:
Qabığı
təmizlənmiş meşə fındığı
2.3. “0810
90 750 1” mal alt yarımmövqeyinə aid sətirdən sonra
aşağıdakı məzmunda sətir əlavə edilsin:
Digər
zeytun yağı və onun fraksiyaları
2.4. “2205”
mal mövqeyinə aid sətirdən sonra
aşağıdakı məzmunda sətir əlavə edilsin:
Üzüm
şərabları istisna olmaqla, digər meyvə
çaxırları, o cümlədən nar
çaxırı
2.5. cədvəlin sonuna aşağıdakı məzmunda
“Qeyd” əlavə edilsin:
“Qeyd. Bu
Siyahıda dəyişikliklər Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
hazırlanması və qəbul edilməsi qaydası
haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə
bilər.”.
3. Həmin
qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Məhsulların
növündən asılı olaraq ixrac təşviqinin baza
məbləğinə tətbiq olunacaq Əmsallar” üzrə:
3.1. “0409
00 000 0” mal alt yarımmövqeyinə aid sətirdən əvvəl
aşağıdakı məzmunda sətir əlavə edilsin:
Quş
yumurtası
3.2. “0409
00 000 0” mal alt yarımmövqeyinə aid sətirdən sonra
aşağıdakı məzmunda sətir əlavə edilsin:
Qabığı
təmizlənmiş meşə fındığı
3.3. “0810
90 7501” mal alt yarımmövqeyinə aid sətirdən sonra
aşağıdakı məzmunda sətir əlavə edilsin:
Digər
zeytun yağı və onun fraksiyaları
3.4. “2205”
mal mövqeyinə aid sətirdən sonra
aşağıdakı məzmunda sətir əlavə edilsin:
Üzüm
şərabları istisna olmaqla, digər meyvə
çaxırları, o cümlədən nar
çaxırı
3.5. cədvəlin sonuna aşağıdakı məzmunda
“Qeyd” əlavə edilsin:
“Qeyd. Bu
Əmsallarda dəyişikliklər Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
hazırlanması və qəbul edilməsi qaydası
haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə
bilər.”.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 28 iyun.- S.7.