“Azərbaycan
Respublikasında dövlət büdcəsindən maliyyələşən
idarə, müəssisə və təşkilatlarda nəqliyyat
vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120
nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 277
Bakı şəhəri,
25 iyun 2018-ci il
Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin,
nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin
müəyyən edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında”
2018-ci il 20 fevral tarixli 1841 nömrəli Fərmanına və “F.M.Hacıyevin Azərbaycan
Respublikasının gənclər
və idman nazirinin müavini təyin edilməsi haqqında” 2018-ci il 1 mart tarixli 3727 nömrəli Sərəncamına əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 747; 2012, ¹ 8, maddələr 827, 830; 2013, ¹ 3, maddə 347, ¹ 7, maddə 886, ¹ 8, maddə 1017, ¹ 10, maddə 1218; 2014, ¹ 1, maddələr 51, 69, ¹ 2, maddə 201, ¹ 4, maddə 441, ¹ 5, maddələr 572, 594, ¹ 6, maddə 747, ¹ 8, maddə 1015, ¹ 12, maddələr 1658, 1666; 2015, ¹ 2, maddə 227, ¹ 11, maddə 1417; 2016, ¹ 3, maddə 609, ¹ 4, maddə 831, ¹ 5, maddə 955, ¹ 7, maddə 1353, ¹ 8, maddə 1437, ¹ 9, maddələr 1585, 1589, ¹ 12, maddə 2241; 2017, ¹ 5, maddə 966, ¹ 10, maddələr 1890, 1919, ¹ 11, maddə 2168, ¹ 12 (II kitab), maddələr 2476, 2487, 2507, ¹ 3, maddələr 588, 632) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlində 13-cü hissənin “cəmi” sütununda “81” rəqəmi “82” rəqəmi ilə, “aparat üzrə” sütununda “5” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin.
Azərbaycan Respublikasının
Baş naziri Novruz Məmmədov
Xalq qəzeti.- 2018.- 28
iyun.- S.7.