“İran və Azərbaycan
ortaq
mədəniyyətə və tarixə malikdir”
Bu sözləri Azərbaycanda İran mədəniyyəti günlərinin
açılışına həsr edilmiş
mətbuat konfransında qonşu ölkənin
mədəniyyət naziri Seyid
Abbas Salehi deyib.
Onun sözlərinə görə,
tarix boyu Azərbaycan və İran xalqları yaxın
münasibətdə olublar: “Biz həm xoşbəxt, həm də
çətin günlərdə bir-birimizi dəstəkləmişik.
Azərbaycanda İran mədəniyyəti günlərinin
keçirilməsi bizim nə dərəcədə yaxın
olmağımızı göstərir”.
Azərbaycanın mədəniyyət
naziri Əbülfəs Qarayev də iki xalqın
yaxınlığını qeyd edib: “Belə tədbirlər
sayəsində ölkələrimiz daha da
yaxınlaşır və biz bütün sahələrdə əməkdaşlığın
yeni yollarını tapa biləcəyik”.
Qeyd
edək ki, mədəniyyət günlərinin proqramına əsasən,
iyunun 27-də Azərbaycan
Dövlət Akademik Filarmoniyasında İran mədəniyyəti
günlərinin rəsmi açılışı və
İran Milli Orkestrinin konserti olub. Həmin gün İran incəsənət
ustalarının əl işləri, milli geyim nümunələri,
turizm, xəttatlıq, foto və rəsm əsərlərindən
ibarət sərgi açılıb.
Dünən Nizami Kino Mərkəzində
tanınmış rejissor Məhəmmədrza Məcidi
Taleşin “Məhəmməd: Allahın elçisi” bədii
filminin təqdimatı keçirilib. Elə həmin gün Azərbaycan
Dövlət Musiqili Teatrında Titovak Teatrının
“İlahi Komediya. Cəhənnəm” tamaşası (ssenari
müəllifi və rejissoru İbrahim Poştkuhi)
nümayiş etdirilib.
Bu gün isə Gəncə Dövlət
Filarmoniyasında İran Milli Orkestrinin konserti olacaq.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2018.- 29 iyun.- S.11.