Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 avqust tarixli 274 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 281

Bakı şəhəri, 27 iyun 2018-ci il

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 avqust tarixli 274 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 8, maddə 960; 2017, ¹ 4, maddə 618) aşağıdakı dəyişikliklər edilsin:

1.  Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”ndə:

1.1.   2.2.5-ci yarımbənd ləğv edilsin;

1.2.   3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

 “3.5. Liseydə təhsil müddəti 2 (iki) ildir ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edir”;

1.3.   4.4-cü bənd ləğv edilsin;

1.4.   5.4-cü bənddə “IX” rəqəmləri “X” rəqəmi ilə, “14” rəqəmləri “15” rəqəmləri ilə, “16” rəqəmləri “17” rəqəmləri ilə “VIII” rəqəmləri “IX” rəqəmləri ilə əvəz edilsin;

1.5.   5.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.5. Liseyə daxil olmaq üçün namizədlərin seçilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən aparılır. Liseyə qəbul biliyin qiymətləndirilməsi üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda namizədlərin əldə etdikləri nəticələrə əsasən həyata keçirilir.”;

1.6.   6.7.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“6.7.1. mülki işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində təhsilin təşkilinə cavabdeh olan yuxarı idarəetmə orqanının rəhbəri ilə razılaşdırdıqdan sonra işə qəbul işdən azad edir.”.

2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”ndə:

2.1. 2.2.5-ci yarımbənd ləğv edilsin;

2.2. 3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.5. Liseydə təhsil müddəti 2 (iki) ildir ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edir”;

2.3.   4.4-cü bənd ləğv edilsin;

2.4.   5.4-cü bənddə “IX” rəqəmləri “X” rəqəmi ilə, “14” rəqəmləri “15” rəqəmləri ilə, “16” rəqəmləri “17” rəqəmləri ilə və “VIII” rəqəmləri “IX” rəqəmləri ilə əvəz edilsin;

2.5.   5.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.5. Liseyə daxil olmaq üçün namizədlərin seçilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən aparılır. Liseyə qəbul biliyin qiymətləndirilməsi üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda namizədlərin əldə etdikləri nəticələrə əsasən həyata keçirilir.”;

2.6.   6.7.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“6.7.1. mülki işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində təhsilin təşkilinə cavabdeh olan yuxarı idarəetmə orqanının rəhbəri ilə razılaşdırdıqdan sonra işə qəbul və işdən azad edir.”.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının  Baş naziri

 

Xalq qəzeti.- 2018.- 29 iyun.- S.3.