Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci
il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi,
vergi orqanlarının
maddi-texniki bazasının
möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası
Vergilər Nazirliyinin hesabına köçürülən
vəsaitdən istifadə
Qaydası”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 76
Bakı şəhəri,
6 mart 2018-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan
Respublikası Vergilər
Nazirliyinin təklifinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017, ¹ 10, maddə 1904) ilə təsdiq
edilmiş “Vergi orqanları işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi, vergi
orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi,
vergi sahəsində elmi-texniki potensialın
artırılması məqsədi ilə Azərbaycan
Respublikası Vergilər Nazirliyinin hesabına
köçürülən vəsaitdən istifadə
Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
1.
3.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 3.2.6-cı yarımbənd
əlavə edilsin:
“3.2.6.
məqsədli təqaüdlərin ödənilməsinə.”.
2.
3.3-cü bənddə “faizi” sözü “faizinədək olan
məbləği” sözləri ilə əvəz edilsin və
həmin bənddən “(lakin illik əməkhaqqı fondunun məbləğinin
2 mislindən çox olmamaqla)” sözləri
çıxarılsın.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
8 mart.- S.5.