Berlin turizm
sərgisində
Azərbaycan da təmsil
olunub
Berlin şəhərində
keçrilən “İTB 2018” beynəlxalq turizm sərgisində ölkəmizi
Mədəniyyət və
Turizm Nazirliyi, “AZAL” Qapalı Səhmdar Cəmiyyəti, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi,
25 turizm şirkəti
və 4 mehmanxana təmsil edib. Həmçinin, burada respublikamızda
keçirilməsi nəzərdə
tutulan “EXPO 2025” ümumdünya
sərgisi təbliğ
edilib. Bu barədə Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ölkəmizin təmsil olunduğu stend ziyarətçilərin,
o cümlədən turizm
bazarı peşəkarlarının
və potensial turistlərin diqqətini cəlb edib. Azərbaycan stendində
ölkəmizin məşhur
turizm istiqamətləri
barədə təkliflər,
turizm potensialı və görməli yerləri haqqında məlumat diqqət çəkib.
Sərgi
zamanı Azərbaycan
milli stendinə Azərbaycan Respublikasının
Almaniya Federativ Respublikasındakı fövqəladə
və səlahiyyətli
səfiri Ramin Həsənov, Ümumdünya
Turizm Təşkilatının
baş katibi Zurab Pololikaşvili və “AZAL” Qapalı Səhmdar Cəmiyyətinin
vitse-prezidenti Eldar Hacıyev tamaşa etmişlər.
Sərgi çərçivəsində BMÜTT-nin təşkilatçılığı
ilə İpək yolu ölkələrinin turizm nazirlərinin 8-ci görüşü keçirilib. İclasda İpək
yolu mədəni turizm marşrutunun inkişaf strategiyası və digər mühüm məsələlər
barədə müzakirələr
aparılıb. Bununla
yanaşı, mədəniyyət
və turizm nazirinin müavini Nazim Səmədovla Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyi turizm şöbəsinin müdiri Oksana Serdiuk, Almaniya Səyahət Assosiasiyasının
prezidenti Norbert Fibiq,
“TUI Group” şirkətinin prezidenti
Michael Frenzel, həmin
şirkətinin icraçı
direktoru Ralf Horter,
“BBC” telekanalın nümayəndəsi
Sergey Stanovkin, “Messe
Berlin” şirkətinin Rusiya
və MDB üzrə nümayəndəliyinin rəhbəri
İrina Keyko və “ITB Asia” sərgisinin
biznesin inkişafı
meneceri Edvin Zee ilə görüşləri
keçirilib və ikitərəfli əməkdaşlıq
barədə geniş
fikir mübadiləsi aparılıb.
Ülviyyə VAHİDQIZI
Xalq qəzeti.- 2018.-
11 mart.- S.6.